13 Noyabr 2022 00:57
1351
Mədəniyyət
A- A+
Kamal Abdullanın "Casus" komediyası  Lənkəran səhnəsində

Kamal Abdullanın "Casus" komediyası  Lənkəran səhnəsində

 

Özünün 132-ci mövsümünə başlayan Lənkəran Dövlət Dram Teatrıının klassik və müasir Azərbaycan dramaturgiyasından nümunələrlə yanaşı, Qərb dramaturgiyasına da cəsarətli müraciəti kollektivin yorulmadan axtarışlarda olmasını göstərir. 
Bu günlərdə teatrda Xalq yazıçısı Kamal Abdullanın "Casus" komediyasının premyerası keçirilmişdir. Tamaşanın quruluşçu rejissoru Anar Babalının 36 yaşı var. O, Lənkəran teatrına qədər İrəvan Dövlət Azərbaycan Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rejissor kimi çalışıb. Cari ilin yanvar ayından isə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Anar Babalının rəhbərliyi ilə qısa müddətdə kollektivdə sağlam yaradıcılıq mühiti formalaşmış, kollektivin hər bir üzvü teatrın inkişafına xidmət etməyə səfərbər olunmuşdur.  "Casus" komediyası isə gənc rejissorun Lənkəran teatrında quruluş verdiyi sayca üçüncü səhnə əsəridir.
Onu da bildirək ki, Xalq yazıçısı Kamal Abdullanın istər bədii, istərsə də elmi yaradıcılığında Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən nadir incilərdən sayılan "Kitabi-Dədə Qorqud" eposunun müstəsna yer tutduğu çoxlarına məlumdur.
"Casus" tamaşasının da süjet xətti məhz "Kitabi-Dədə Qorqud" eposundan qaynaqlanmışdır. Lakin müəllif burada konkret olaraq "Kitabi-Dədə Qorqud"un heç bir boyundan istifadə etməyərək, hadisələri yalnız öz bədii təxəyyülünün süzgəcindən keçirmişdir.  
Səhnə əsəri komediya janrında qurulsa da, bu komikliyin dərin qatlarında ürək sızladan faciə gizlənmişdir. 
Tamaşada Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana bildirir. Digər tərəfdən isə məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Beləliklə, Oğuz elinin bilicisi olan Dədə Qorqud xəyanət edən bir casusu hifz etməklə, böyük bir fəlakətin qarşısını almağa nail olur.
Səhnə əsərində Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), aktyorlardan Əlibala Əsgərov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla Xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz Qoca), Səyyad Əliyev və Emil Rzayev (Beyrək) iştirak edirlər.
Qeyd edək ki, tamaşanın premyerasını əsərin müəllifi, Xalq yazıçısı Kamal Abdulla və Bakıdan gəlmiş sənət xadimləri, qələm sahibləri də izləyiblər.
Yaxın günlərdə "Casus" komedıyasının paytaxt tamaşaçıları qarşısında da oynanılması nəzərdə tutulmuşdur.

Ağaddin BABAYEV,
Lənkəran 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Papa XIV Leo tənqidlərə sülh çağırışı ilə cavab verdi

18:23
06 May

Süni intellektdə uşaqların təhlükəsizliyi ilə bağlı yeni reytinqlər hazırlanır

18:13
06 May

ABŞ-nin Aİ avtomobillərinə tarif artımı dünya bazarına təsir edəcək

18:08
06 May

Aİ ilə ticarət razılaşması Böyük Britaniyada qlifosat istifadəsini məhdudlaşdıra bilər

17:59
06 May

Cəbəllütariqdə çirkab sularının dənizə axıdılması problemi davam edir

17:51
06 May

Nissan Avropada ixtisarlara başlayır

17:43
06 May

Hörmüzdə gərginlik davam edir

17:31
06 May

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

17:30
06 May

Su qıtlığı və yeni çağırışlar: kənd təsərrüfatında prioritetlər açıqlandı

17:27
06 May

Aqrar sektora kreditlər 2,1 milyard manata çatıb

17:26
06 May

Süni kürünün “təbii kürü” adı ilə satılması istehlakçıların aldadılmasıdır – XƏBƏRDARLIQ

16:56
06 May

Aprel və may ayları günəş enerjisi üçün ən əlverişli dövrdür

16:49
06 May

Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin yeni tarixləri müəyyənləşib  

16:43
06 May

Bakıda 5-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib - YENİLƏNİB

16:42
06 May

Azərbaycan ilə Türkiyə arasında görüşlər iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir

16:36
06 May

Tramp: İran razılaşmasa, bombardman başlayacaq

16:33
06 May

Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib  

16:32
06 May

III Respublika Hüquq Olimpiadasına start verilib

16:29
06 May

Neft qiymətləri 100 dollardan aşağı enib

16:27
06 May

Xüsusi ambulator tibb məntəqələrində çalışan tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb  

16:25
06 May

AFFA İntizam Komitəsi “Sumqayıt”ın prezidenti və baş məşqçisini cəzalandırıb

16:02
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!