24 İyul 2022 00:39
3349
Elm və texnika
A- A+
İynə-sap və ilk tikişlər

İynə-sap və ilk tikişlər

 

Bəşərin ən vacib kəşflərindən biri də tikiş sənətidir. Soyuqdan qorunmaq, ətrafdakı bir çox təsirlərdən müdafiə olunmaqda əvəzsiz rolu olan geyimlərin məhz başlanğıcı da bu sənətdən başlayır.

Qədim zamanlarda insanlar yalnız təbiətdən əldə etdikləri vasitələrlə müdafiə oluna bilirdilər. Onlar ovlara çıxır, heyvanların soyulmuş dərilərini geyinərək şaxtalı  günlərdən sağ çıxa bilirdilər. Lakin sonrakı vaxtlarda tikiş sənətinin təşəkkül tapması bir çox üstünlüklər yaratdı.

Bu sənətin Paleolit dövründən başladığı təxmin edilir. Həmin zaman tikiş heyvan dərilərini geyim halına gətirmək, sığınacaqlar hazırlamaqda köməyə gəlirdi. Bu, müxtəlif vasitələrlə həyata keçirilirdi. Əsasən, sümüklərdən iynə kimi istifadə olunurdu.

 

Ən qədim iynə

 

Dünyanın ən qədim tikiş iynəsi 2016-cı ildə Sibirdə yerləşən Denisova mağarasından tapılıb. İynə, ehtimal edilir ki, Denisovalılar kimi tanınan nəsli kəsilmiş insan növünün yaradıcılığının nümunəsidir. 7 santimetr ölçülü iynənin naməlum quş sümüyündən hazırlanması və təxminən 50 min il əvvələ aid olduğu bildirilir.

İynənin yuxarı hissəsində ip keçirmək üçün oyulmuş bir gözü də var. Hətta qeyd edilir ki, həmin iynədən bu gün də istifadə edilə bilər. Denisova mağarasının tədqiqatçıları daha əvvəllər də qazıntılar zamanı tikiş iynələri tapmışdılar, lakin heç biri tapılan bu iynə qədər qədim deyildi.

 

Ən qədim sap

 

Bu günə qədər aşkarlanan ən qədim sapın da tarixi 50 min əvvələ gedir. Fransada Abri du Maras mağarasından tapılan ip parçası Neandertal insan tərəfindən hazırlanıb. Mikroskopik tədqiqatdan sonra məlum olub ki, ip parçasının uzunluğu 6, eni isə 0,5 millimetrdir. Araşdırmalar sübut edir ki, bu ip parçası heç də təsadüfi hazırlanan nümunə deyil.

Abri du Maras mağaralarında uzun illərdir araşdırma aparan antropoloq Brus Hardi qeyd edir ki, ibtidai texnologiya əsasında əcdadlarımız bu ipi hazırlaya biliblər. Bu isə o deməkdir ki, neandertallar bacarmadıqları düşünülən bir çox mürəkkəb davranışlara sahib olublar.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın nüfuzunun artırılması istiqamətində səylər davam etdiriləcək  

18:51
01 Aprel

Portuqaliya Azərbaycanda səfirlik açacaq

18:41
01 Aprel

Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir

18:29
01 Aprel

Ekspert: Rusiya və Azərbaycan enerji əməkdaşlığını gücləndirir  

18:22
01 Aprel

Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlıq inkişaf etdiriləcək  

18:21
01 Aprel

Türkmənistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivləri dəyərləndirilib

18:20
01 Aprel

Yeni səfir Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib  

18:20
01 Aprel

Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gəlib

18:01
01 Aprel

Baş Prokuror: Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hüquq sistemlərindəki əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir  

17:57
01 Aprel

Azərbaycan–Şimali Kipr əlaqələri güclənir

17:53
01 Aprel

Yağışların intensivliyinin artması nə ilə bağlıdır?

17:47
01 Aprel

Tramp: Atəşkəsi Hörmüz boğazı açıq, azad və təmiz olanda nəzərdən keçirəcəyik

17:16
01 Aprel

Süni intellekt distant təhsildə yeni mərhələ yaradır  

17:08
01 Aprel

Beynəlxalq turnirin qalibi olan Azərbaycan millisi FIFA reytinqində irəliləyib

17:01
01 Aprel

Abşeron rayonu ərazisindəki yolun çökmə səbəbi açıqlanıb

16:41
01 Aprel

Aviazərbələr nəticəsində İsfahandakı metallurgiya zavoduna ciddi ziyan dəyib

16:37
01 Aprel

Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyinə görə Azərbaycana təşəkkür edib

16:23
01 Aprel

“El Mundo”: NATO İran müharibəsi fonunda dərin böhran yaşayır

16:22
01 Aprel

SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb  

16:21
01 Aprel

Baş nazir Əli Əsədov Şimali kiprli həmkarı ilə görüşüb

16:18
01 Aprel

Gürcüstanda xüsusi əməliyyat: 108 nəfər saxlanılıb

16:17
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!