Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci, 24-cü və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 132, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 9, № 4 (I kitab), maddə 318, № 5, maddə 436) 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu və onuncu abzaslarında "işçi heyətinin" sözləri "fiziki şəxslərin" sözləri ilə əvəz edilsin.
Maddə 2. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365, № 11, maddə 1181, № 12 (II kitab), maddə 1331; 2025, № 4 (I kitab), maddə 316) 21-ci maddəsinin birinci hissəsində "işçi heyətinin" sözləri "fiziki şəxslərin" sözləri ilə əvəz edilsin.
Maddə 3. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626) 30.1-ci maddəsində "işçi heyətinin" sözləri "fiziki şəxslərin" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında"Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 758 (Cild I); 2025, № 6, maddə 522) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1-ci maddə üzrə:
4.1.1. 1.0.1-ci, 1.0.3-cü, 1.0.8-ci, 1.0.9-cu və 1.0.10-cu maddələrdə "işçi heyətin" sözləri "fiziki şəxslərin" sözləri ilə əvəz edilsin;
4.1.2. 1.0.12-ci maddədə "etalon material" sözləri "standart nümunə" sözləri ilə və "etalon materialların" sözləri "standart nümunələrin" sözləri iləəvəz edilsin;
4.1.3. 1.0.19-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.20 - 1.0.22-ci maddələr əlavə edilsin:
"1.0.20. səriştəlilik sınağı - nəticələrini təqdim edən şəxslərin fəaliyyətinin laboratoriyalararası müqayisələr vasitəsilə qiymətləndirilməsi prosesi;
1.0.21. validasiya - obyektiv sübutların təqdim edilməsi yolu ilə bəyan edilmiş məlumatın təsdiqi;
1.0.22. verifikasiya - qiymətləndirmə obyektlərinin texniki normativ hüquqi aktlarda müəyyən edilmiş tələbləri yerinə yetirdiyinə dair təqdim olunmuş sübutlara əsasən təsdiqlənməsi.";
4.1.4. aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:
"1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.".
4.2. 2-ci maddə üzrə:
4.2.1. 2.1.4-cü maddədə "işçi heyətinin" sözləri "fiziki şəxslərin" sözləri ilə əvəz edilsin;
4.2.2. 2.1.6-cı maddədə "etalon material" sözləri "standart nümunə" sözləri ilə əvəz edilsin;
4.2.3. 2.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.9 - 2.1.11-ci maddələr əlavə edilsin:
"2.1.9. səriştəlilik sınaqlarının təşkili üzrə təminatçılar;
2.1.10. validasiya orqanları;
2.1.11. verifikasiya orqanları.";
4.2.4. 2.2-ci maddədə "işçi heyətinin" sözləri "fiziki şəxslərin" sözləri ilə əvəz edilsin.
4.3. 4-1.1-ci maddəyə "rəyinin," sözündən sonra "səriştəlilik sınaqlarının təşkili üzrə təminatçılar, validasiya və verifikasiya orqanları tərəfindən hesabatların," sözləri əlavə edilsin və həmin maddədə "işçi heyətin" sözləri "fiziki şəxslərin" sözləri ilə əvəz edilsin;
4.4. 6.5-ci maddəyə "görə" sözündən sonra "akkreditasiya orqanı ilə uyğunluğu qiymətləndirən qurum arasında bağlanılmış müqavilə əsasında" sözləri əlavə edilsin;
4.5. 7.2-ci maddənin birinci cümləsinə "hallarda" sözündən sonra "akkreditasiya orqanından" sözləri əlavə edilsin.
Maddə 5. "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1175 (Cild I); 2025, № 6, maddə 522) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci maddə üzrə:
5.1.1. 1.0.15-ci maddədə "işçi heyəti" sözləri "fiziki şəxslər" sözləri ilə əvəz edilsin;
5.1.2. 1.0.23-cü maddədə"işçi heyətin" sözləri "fiziki şəxslərin" sözləri ilə əvəz edilsin;
5.2.2.2-ci və 4.1.2-ci maddələrdə "işçi heyətinin" sözləri "fiziki şəxslərin" sözləri ilə əvəz edilsin;
5.3. 12.1-ci, 12.2-ci maddələrdə, 13.1-ci maddənin ikinci cümləsində, 13.5-ci maddənin birinci və ikinci cümlələrində "işçi heyətin" sözləri "fiziki şəxslərin" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2025-ci il