11 Avqust 2026 16:48
244
İDMAN
A- A+
İslam Maxaçev UFC tarixində ən uzun qələbə seriyası üzrə rekord müəyyənləşdirə bilər  

İslam Maxaçev UFC tarixində ən uzun qələbə seriyası üzrə rekord müəyyənləşdirə bilər  


Avqustun 15-də Filadelfiyada keçiriləcək “UFC 330” turnirinin əsas döyüşündə yarımorta çəki dərəcəsində hazırkı çempion İslam Maxaçev İen Maçado Qerri ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, dağıstanlı döyüşçü rəqibini məğlub edəcəyi təqdirdə UFC tarixində ən uzun qələbə seriyası üzrə yeni rekord müəyyənləşdirəcək.

Maxaçev peşəkar MMA karyerasında 28 qələbə qazanıb, bir dəfə məğlub olub. Qerrinin hesabında isə 17 qələbə və bir məğlubiyyət var. Maxaçev UFC-də isə ardıcıl 16 dəfə rəqiblərinə qalib gəlib və bu göstərici üzrə əfsanəvi Anderson Silvanın rekordunu təkrarlayıb. Qerri üzərində mümkün qələbə Maxaçevi rekordun mütləq sahibi edəcək.

Qeyd edək ki, İen Maçado Qerri ilə döyüş İslam Maxaçev üçün yarımorta çəki dərəcəsində ilk titul müdafiəsi olacaq. O, 2025-ci il noyabrın 15-də Nyu-Yorkda keçirilmiş “UFC 322” turnirinin əsas döyüşündə avstraliyalı Cek Della Maddalena üzərində qələbə qazanaraq UFC-nin yarımorta çəki üzrə çempionu olub. O, bundan əvvəl yüngül çəki dərəcəsində çempion idi və titulunu dörd dəfə qoruyub. Maxaçev yarımorta çəkiyə keçmək üçün 2025-ci ilin mayında yüngül çəki üzrə çempionluq kəmərindən imtina edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş Prokurorluq: Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib  

17:31
11 Avqust

Dünyanın diqqətini Zəngəzur dəhlizinə cəlb edən nədir?  

17:29
11 Avqust

“Məkkə Müdafiə Sazişi”: Azərbaycanın mövqeyini gücləndirən əsaslar 

17:28
11 Avqust

İstanbulda müasir müstəmləkəçilikdən təsirlənən regionlarda humanitar diplomatiya mövzusu müzakirə edilir  

16:59
11 Avqust

İslam Maxaçev UFC tarixində ən uzun qələbə seriyası üzrə rekord müəyyənləşdirə bilər  

16:48
11 Avqust

Altı ayda Azərbaycan 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

16:41
11 Avqust

UEFA futbol hakimlərinin qərarına aydınlıq gətirəcək yeni platforma tətbiq edir  

16:34
11 Avqust

Ekspert: TRIPP çoxfunksiyalı regional enerji və nəqliyyat qovşağına çevrilə bilər  

16:26
11 Avqust

Beyin özünü əvvəllər düşünüldüyündən daha yaxşı bərpa edir

16:19
11 Avqust

Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

15:23
11 Avqust

Osman Kepenek: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiya nəqliyyat sistemində rolunu gücləndirəcək

15:21
11 Avqust

Luis Suares 39 yaşında Uruqvay millisinə qayıda bilər

15:06
11 Avqust

İkinci Dünya müharibəsi bombası Dunayda yoxa çıxıb

15:04
11 Avqust

Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb

15:03
11 Avqust

Aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artıb

15:02
11 Avqust

“Ritm” rəqs qrupu Azərbaycanı Fransada beynəlxalq folklor festivalında təmsil edir  

15:00
11 Avqust

Bir həftəlik meditasiyanın beyinə təsiri müəyyən olunub

14:47
11 Avqust

“Nvidia” AI infrastrukturu üçün 500 milyard dollar investisiya cəlb edir

14:45
11 Avqust

Piylənmədən qoruyan nadir gen kəşf edilib

14:43
11 Avqust

Tənhalıq insan orqanizminə necə təsir edir?

14:40
11 Avqust

Okeanlarda rekord istiləşmə qeydə alınıb

14:37
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!