03 Oktyabr 2021 00:30
1193
İQTİSADİYYAT
A- A+
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi istiqamətində müvafiq işlər aparılır

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi istiqamətində müvafiq işlər aparılır

 

İdarələrarası Mərkəzin “İqtisadi məsələlər üzrə”  İşçi Qrupunun növbəti iclası keçirilib

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə əlaqədar yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “İqtisadi Məsələlər” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, videoformatda keçirilən iclasda “İqtisadi Məsələlər üzrə” İşçi Qrupunda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin müəyyən edilməsi istiqamətində AMEA-nın İqtisadiyyat İnstitutu və “Boston Consulting Group” məsləhətçi şirkəti ilə birgə müvafiq işlər aparılır. Hazırlanmış Strateji təhlil sənədi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə zəruri infrastrukturun yaradılması, iqtisadi canlanmanın formalaşdırılması, iqtisadi artım prioritetlərinin, xüsusilə əhalinin bölgəyə qayıdışı ilə bağlı onların məşğulluq imkanlarının şirkət tərəfindən hazırlanmış tarazlıq modeli əsasında proqnozlaşdırılması istiqamətində tədqiqatlar aparılır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan ilkin inventarlaşmanın bütün məlumatları Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilib. Belə ki, 14618  daşınmaz əmlakın (11685 ədəd tikili və 2933 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb.

Hazırda 20 dövlət qurumunun və təşkilatının Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə qoşulması təmin edilib, onlara sistemdə işləməklə bağlı təlimlər keçirilib, artıq 15 qurum tərəfindən məlumatların sistemə daxil edilməsinə başlanılıb.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 791 müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi məlumat verib ki, işğaldan azad edilmiş ərazilərdə 14347 hektar sahədə şumlama işləri aparılıb. Həmin ərazilərdə əsasən taxıl əkini planlaşdırılır. Laçın yaylaqlarına qaldırılmış 16 arıçı sahibkara məxsus 531 arı ailəsi, Kəlbəcər rayonu üzrə 53 arıçıya məxsus 2937 arı ailəsi də qışlaqlara köçürülüb. Həmçinin cari ildə Füzuli rayonunun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir. Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bugünə kimi 1800 tona yaxın məhsul tədarük edilib.

Dövlət Turizm Agentliyinin nümayəndəsi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə mehmanxana təsərrüfatı və turizm fəaliyyətlərinin təşkili sahəsində 11 investisiya layihəsinin ilkin qiymətləndirilməsi aparılıb.

 Hadrut qəsəbəsinin sosial-iqtisadi inkişafının turizm aspektindən qiymətləndirilməsi ilə bağlı hesabat hazırlanıb, turizm potensialının qiymətləndirilməsi istiqamətində Kəlbəcər rayonuna səfər təşkil olunub və səfər çərçivəsində Kəlbəcərin turizm potensialı ilə bağlı ilkin qiymətləndirmə həyata keçirilib.

Təqdim olunan hesabatlar işçi qrupun üzvləri tərəfindən geniş müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

15:41
13 May

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

15:37
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!