19 Aprel 2025 09:55
598
DÜNYA
A- A+
İrəliləyiş olmasa, ABŞ sülh danışıqlarını tərk edəcək

İrəliləyiş olmasa, ABŞ sülh danışıqlarını tərk edəcək


Marko RUBİO: "Donald Tramp müharibənin bitməsini istəyir, lakin səbri tükənir"


ABŞ-nin Dövlət katibi Marko Rubio Parisdə Avropa rəsmiləri ilə görüşdən sonra xəbərdarlıq edib ki, Vaşinqton Ukraynada döyüşlərin bitməsini istəyir, lakin bu, onların müharibəsi deyil. 

Vaşinqton yaxın vaxtlarda Ukraynada atəşkəsin mümkün olub-olmadığı barədə qərar verməlidir. Bu barədə aprelin 18-də Fransanın paytaxtını tərk edən ABŞ Dövlət katibi Marko Rubio Paris-Le Burje Hava Limanında bildirib. 

Rubionun fikrincə, sülhə nail olmaq mümkündürsə, onlar iştirak edəcəklər, mümkün deyilsə, o zaman diqqət yetirməli olduqları başqa prioritetlər var.

"The New York Times" qəzetinin yazdığına görə, ABŞ Dövlət Departamentinin rəhbəri xatırladıb ki, Prezident Donald Tramp bu müharibəyə son qoymaq üçün dəfələrlə səy göstərib. İndi iş o yerə çatıb ki, bunun mümkün olub-olmamasına qərar  verilsin.

Qəzet əlavə edib ki, aprelin 17-də Amerika, Avropa və Ukrayna rəsmiləri arasında keçirilən danışıqlar, əslində, Tramp administrasiyası ilə Avropanı Ukraynadakı müharibə ilə bağlı yaxınlaşdırmağa yönəlmiş ilk görüş olub. Rəsmi Vaşinqton ümid edir ki, Böyük Britaniya, Fransa və Almaniya hər şeyi irəli aparmağa kömək edəcək.

Rubio Parisdəki danışıqların konstruktiv keçdiyini bildirib. Eyni zamanda, görünür ki, Trampın səbri tükənməkdədir: "Biz istərdik ki, avropalılar  iştirakda qalsınlar... Düşünürəm ki, Böyük Britaniya, Fransa və Almaniya bizə məsələni irəli aparmağa və onun həllinə yaxınlaşmağa kömək edə bilərlər. Hesab edirəm  ki, onlar öz ideyaları ilə çox konstruktiv idilər".

Paris danışıqlarında iştirak edən rəsmilər gələn həftə Londonda görüşməyə razılaşıblar və Rubio onun da iştirak edə biləcəyini deyib.

ABŞ-nin baş diplomatı ümid etdiyini bildirib ki, Avropa ölkələri Rusiyaya qarşı onun Ukraynaya genişmiqyaslı işğalından sonra tətbiq edilən sanksiyaları ləğv etməyi nəzərdən keçirəcəklər.

Parisdəki görüşdə ABŞ nümayəndə heyətini Dövlət katibi Marko Rubio, Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil ediblər. Danışıqlarda rəsmi Kiyev tərəfindən Ukrayna Prezidenti Vladimir Zelenskinin aparatının rəhbəri Andrey Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiqa və müdafiə naziri Rustem Umerov iştirak ediblər.

Almaniya tərəfindən Xarici İşlər Nazirliyinin siyasi direktoru Günter Sautter və Federal hökumətin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner  danışıqlara qatılıblar.

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs Vaşinqtonun bütün tərəflərə güclü və davamlı sülhün konturlarını açıqladığını iddia edib, lakin detallar barədə məlumat verməyib.

Brüsun bildirdiyinə görə, Paris görüşündən sonra Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon danışığında ABŞ komandasının Parisdəki Ukrayna nümayəndə heyətinə və Vaşinqtonun avropalı müttəfiqlərinə verdiyi eyni mesajı çatdırıb: "Prezident Donald Tramp və ABŞ bu müharibənin bitməsini istəyirlər".

Rusiya Xarici İşlər Nazirliyi Rubionun Lavrovla danışığı faktını təsdiqləyib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb  

22:57
17 Mart

Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb  

22:50
17 Mart

Şuşada İlaxır çərşənbə: Qala qapısı qarşısında bayram tonqalı qalanıb  

21:23
17 Mart

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb  

20:51
17 Mart

Tramp NATO-dan çıxmaq barədə: Bu düşünməli olduğumuz bir məsələdir  

20:43
17 Mart

Xocavənd şəhərində 34 ildən sonra Novruz bayramının rəmzi olan tonqal alovlandırılıb  

20:19
17 Mart

Ağdam şəhərində Novruza həsr olunmuş bayram konserti

20:03
17 Mart

Tramp: Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur

19:47
17 Mart

Nazir: Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub

19:01
17 Mart

Milli Məclis Aparatının rəhbəri: Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlıq qurulub

18:21
17 Mart

İranla müharibəyə görə ABŞ-də ilk istefa

18:17
17 Mart

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:05
17 Mart

Məcnun Məmmədov: Kənd təsərrüfatı innovasiya, texnologiya və sahibkarlığın birləşdiyi strateji sahəyə çevrilir  

17:58
17 Mart

“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiqlənib  

17:43
17 Mart

Hörmüz boğazında böhran qlobal maliyyə sistemində sarsıntıları dərinləşdirir  

17:37
17 Mart

Neft qiymətləri Yaxın Şərqdəki münaqişə başlayandan bəri 40 faizdən çox artıb  

17:13
17 Mart

“Paris-2024”də 2-ci yeri tutan Azərbaycan boksçusunun da medalı dəyişdiriləcək  

17:08
17 Mart

Polşa Baş nazirinin müavini Azərbaycana qarşı həyata keçirilən dron hücumlarını pisləyib  

17:00
17 Mart

“Starlink” şəbəkəsində internet peyklərinin sayı 10 mini ötüb  

16:57
17 Mart

Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

16:56
17 Mart

Kənd təsərrüfatı nazirinin müavini Goranboyda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

16:50
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!