15 May 2025 17:59
1863
İQTİSADİYYAT
A- A+
İqtisadiyyat naziri AYİB-nin İllik Toplantısı çərçivəsində sessiyalarda və görüşdə iştirak edib  

İqtisadiyyat naziri AYİB-nin İllik Toplantısı çərçivəsində sessiyalarda və görüşdə iştirak edib  


Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısında iştirak məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Bankın Müdirlər Şurasının açılış və plenar sessiyalarında iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində iqtisadiyyat naziri “Oliver Wyman Group” şirkətinin sənaye üzrə qlobal rəhbəri ilə görüşüb.

Nazir Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində bankın Müdirlər Şurasının açılış sessiyasında iştirak edib. Sessiya zamanı qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr və potensial imkanlar müzakirə olunub.

AYİB-nin İllik Toplantısı çərçivəsində Bankın Müdirlər Şurasının Plenar Sessiyası keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. AYİB-nin əməkdaşlıq etdiyi ölkələrə davamlı dəstəyi vurğulanıb. Qeyd olunub ki, ötən il AYİB üçün böyük investisiyalar və layihələrlə yadda qalıb ki, bu da bankın beynəlxalq maliyyə sferasında artan təsirini nümayiş etdirir. AYİB ilə dövlət-özəl tərəfdaşlığının inkişafı, kiçik və orta müəssisələrə dəstəyin genişləndirilməsi kimi istiqamətlər üzrə əməkdaşlıq xüsusilə önəmlidir. Bununla yanaşı, bankın qlobal iqtisadi artımın və yaşıl keçidin sürətlənməsinə təkan verən investisiyaları mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə vurğulanıb ki, Azərbaycan qlobal çağırışların həlli və yaşıl keçid prosesini inkişaf etdirmək məqsədlərinə sadiqdir. Ölkəmiz COP29-a ev sahibliyi etməklə qlobal liderlik nümayiş etdirib və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsini üç dəfə artırmaqla əlamətdar razılaşma əldə olunub. Bu razılaşma həmin ölkələr üçün iqlim maliyyəsinə görə 2035-ci ilə qədər hər il 300 milyard dollarlıq vəsaiti nəzərdə tutur.

Tədbirdə ölkəmizin beynəlxalq enerji və ticarət platformasında strateji rolu, təşəbbüsləri və bu sahələrdə əməkdaşlıq imkanları haqqında məlumat verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Oliver Wyman Group” şirkətinin sənaye üzrə qlobal rəhbəri Ted Moynihanla görüşüb. Görüşdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər biznes mühitində mövcud çağırışlar fonunda ölkə iqtisadiyyatında əlavə dəyərin və ixracın artırılması, investisiyaların cəlbi istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 1 milyonu ötüb

11:23
05 Mart

Baş nazirin müavini: Azərbaycan iqtisadi siyasətini qlobal proseslərin real təsirləri nəzərə alınmaqla formalaşdırır  

11:17
05 Mart

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilir

11:07
05 Mart

Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsi yola salınıb

10:51
05 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:50
05 Mart

Dünya bazarında qızıl 40 dollaradək bahalaşıb

10:16
05 Mart

Dünya birjalarında neft bahalaşıb

10:08
05 Mart

Azərbaycan nefti ucuzlaşıb

10:02
05 Mart

Keçmiş məcburi köçkün: Sevincimizin həddi-hüdudu yoxdur 

09:47
05 Mart

Ağdam sakini: Həmişə düşünürdüm ki, mütləq qayıdacağıq 

09:36
05 Mart

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

Keçmiş məcburi köçkün: 32 yaşımda 4 nəfərlə çıxmışdıq, 66 yaşımda 10 nəfərlə qayıdıram 

09:13
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Ağdam şəhərinə daha 90 ailə köçürülüb

09:04
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!