22 Dekabr 2025 09:23
179
SİYASƏT
A- A+
İnsan amili dövlət siyasətinin mərkəzində dayanır  

İnsan amili dövlət siyasətinin mərkəzində dayanır  


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi və Milli Məclis tərəfindən qəbul olunan amnistiya aktı cəmiyyətimizin hüquqi və mənəvi inkişafına töhfə verən mühüm sənəddir. Bu təşəbbüs, Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyində əsasını qoyduğu humanizm və ədalət prinsiplərinin bu gün də uğurla davam etdirildiyinin əyani sübutudur.

Məlumdur ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizdə əfv və amnistiya institutlarının hüquqi əsaslar və humanist dəyərlər üzərində formalaşdırılmasına xüsusi önəm vermiş, bu sahədə sistemli və dərin islahatların başlanğıcını qoymuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə – 1998-ci ildə atılan tarixi addım, yəni ölüm hökmünün ləğv olunması, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində dönüş nöqtəsi olmuşdur. Bu qərar beynəlxalq ictimaiyyət tərəfindən də böyük rəğbətlə qarşılanmış və Azərbaycanı dünyada humanist dəyərlərə sadiq dövlət kimi tanıtmışdır. Onun rəhbərliyi ilə həyata keçirilən bu siyasət bir tərəfdən cəza tədbirlərinin hüquqa əsaslanan şəkildə tətbiqinə, digər tərəfdən isə cəmiyyətdən təcrid olunmuş şəxslərin yenidən sosial həyata qayıdışına şərait yaratmışdır.

Bu gün həmin ali dəyərlərin daşıyıcısı kimi çıxış edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə bu prinsiplərə sadiqliyini nümayiş etdirmiş, insan amilini dövlət siyasətinin mərkəzində saxlamışdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da deputatlıq fəaliyyəti dövründə bu irsə sadiqliyini qoruyaraq bir sıra amnistiya təşəbbüsləri ilə çıxış etmiş, yüzlərlə ailəyə sevinc, cəmiyyətə isə ümid bəxş etmişdir.

Bu baxımdan, amnistiya qərarı həm hüquqi, həm də mənəvi baxımdan yüksək dəyərlərə əsaslanan bir sənəddir. Bu sənəd yalnız hüquqi akt deyil, eyni zamanda, cənab Prezident İlham Əliyevin öz vətəndaşına olan inamının və mərhəmətinin təcəssümüdür.

Əminik ki, bu təşəbbüs bir çox insanlara yeni başlanğıc üçün imkan yaradacaq, onların cəmiyyətə inteqrasiyasını sürətləndirəcək və sosial sabitliyə öz töhfəsini verəcəkdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu humanist təşəbbüsünü yüksək qiymətləndirir və ölkəmizdə həyata keçirilən hüquqi islahatların ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bir daha vurğulamaq istəyirəm.

Çox sağolun, var olun cənab Prezident!


Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən  

13:13
22 Dekabr

Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə növbəti köç karvanı yola salınıb  

13:02
22 Dekabr

Nigeriyada silahlıların oğurladığı daha 130 məktəbli azad edilib  

12:58
22 Dekabr

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Zəfər parkını ziyarət edib  

12:53
22 Dekabr

Avtomobilin partlaması nəticəsində Rusiya ordusunun generalı həlak olub  

12:46
22 Dekabr

İcma sədri: Bu günə qədər beynəlxalq təşkilatlara və onların rəhbərlərinə 119 müraciət ünvanlamışıq

12:41
22 Dekabr

“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib  

12:39
22 Dekabr

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri baş müfti şeyx Ravil Qaynutdindən  

12:36
22 Dekabr

Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Oqtaydan  

12:31
22 Dekabr

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçdən

12:29
22 Dekabr

Əziz Ələkbərli: Qərbi Azərbaycan həqiqətlərinin tədqiqi və təbliği istiqamətində fəaliyyət ardıcıl şəkildə davam edir  

12:28
22 Dekabr

Böyük Qayıdış: Ağdərə rayonuna növbəti köç karvanı yola düşüb 

12:24
22 Dekabr

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən  

12:21
22 Dekabr

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib  

12:17
22 Dekabr

Niderland Krallığında fəaliyyət göstərən Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımovdan

12:16
22 Dekabr

Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanovdan  

12:14
22 Dekabr

Kanadada fəaliyyət göstərən “Az Media Group”un rəhbəri Yaşar Pur Əlidən  

12:11
22 Dekabr

“Fitch Ratings” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb  

12:07
22 Dekabr

Fransada Luvr muzeyindən oğurlanan zinət əşyalarının sayı açıqlanıb

12:01
22 Dekabr

Qızılın qiyməti bahalaşaraq yeni rekord müəyyən edib  

11:57
22 Dekabr

Azərbaycan humanizmə əsaslanan dövlətçilik modelini seçmişdir  

11:47
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!