22 Dekabr 2025 12:39
130
CƏMİYYƏT
A- A+
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib  

“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib  


“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın aqrar sektorunda əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən iclasda “Aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi: mövcud vəziyyət və növbəti addımlar” mövzusunda geniş müzakirələr aparılıb.

İclasda Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbiri açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə əmək münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, dayanıqlı məşğulluğun təmin edilməsi, muzdlu işçilərin hüquqlarının qorunması, rəsmi məşğulluğun təşviqi və insan resurslarının inkişafı sektorun davamlı inkişafında mühüm rol oynayır. Nazir qeyd edib ki, dövlət tərəfindən həyata keçirilən proqramlar və dəstək mexanizmləri ilə yanaşı, əmək münasibətlərinin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında aqrar sahədə əmək münasibətlərinin inkişafı baxımından dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, işəgötürən və işçilər arasında şəffaf və sağlam əmək münasibətlərinin qurulmasının, eləcə də beynəlxalq təcrübədən istifadənin vacibliyini qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev aqrar sektorda əmək münasibətlərinin leqallaşdırılması, muzdlu işçilərin rəsmi qeydiyyatının genişləndirilməsi, əmək müqavilələrinin tətbiqinin təşviqi, sosial sığorta mexanizmlərinin gücləndirilməsi və mövsümi məşğulluğun tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib.

“Agrarco” MMC-nin İdarə Heyətinin sədri Şahmurad Yəhyayev şirkətin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda şirkətin əsas fəaliyyət istiqamətləri, aqrar sahədə həyata keçirdiyi layihələr, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində müəyyən edilmiş inkişaf hədəfləri və gələcək planlar barədə məlumat verilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi mövzusunda təqdimatla çıxış edib. O, əməkhaqqı islahatlarının nəticələri, əmək münasibətlərinin elektronlaşdırılması, bu sahədə əldə olunmuş əsas nailiyyətlər, ƏMAS üzrə yeni funksionallıqlar, əmək qanunvericiliyində edilən yeniliklər, əməyin mühafizəsi sahəsində görülən tədbirlər, eləcə də “DOST Müfəttiş” layihəsinin tətbiqi barədə ətraflı danışıb.

Müzakirələr zamanı aqrar sahədə əmək münasibətlərinin şəffaflığının artırılması, qeyri-formal məşğulluğun azaldılması, muzdlu işçilərin sosial müdafiəsinin gücləndirilməsi və əmək münasibətlərinin daha effektiv tənzimlənməsi istiqamətində növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir

15:07
22 Dekabr

Amnistiya aktı 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra edilib  

15:05
22 Dekabr

Kolumbiyanın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır  

15:04
22 Dekabr

Türkiyəli politoloq: Ermənistana neft məhsullarının tədarükü münasibətlərin mərhələli normallaşması məntiqini əks etdirir  

15:03
22 Dekabr

Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb  

14:43
22 Dekabr

Xocalı sakini: Sanki bütün bu illərin yükü üstümdən götürülüb  

14:41
22 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan  

14:34
22 Dekabr

Yaponiya 15 ildən sonra dünyanın ən böyük atom elektrik stansiyasını yenidən işə salmağa hazırlaşır  

14:08
22 Dekabr

Köç karvanı Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə çatıb - YENİLƏNİB  

14:07
22 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək  

14:02
22 Dekabr

Azərbaycanda aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM  

14:01
22 Dekabr

2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib  

14:00
22 Dekabr

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ümummilli Liderin məzarını ziyarət edib  

13:59
22 Dekabr

Amnistiya aktı Bakı İstintaq Təcridxanasında icra olunub

13:54
22 Dekabr

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında  

13:52
22 Dekabr

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında  

13:51
22 Dekabr

Amnistiya aktı yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə icra olunub  

13:49
22 Dekabr

Xocalı sakini: Arzusu ilə yaşadığımız doğma elimizə geri dönürük  

13:45
22 Dekabr

Məlahət İbrahimqızı: Qərbi Azərbaycana qayıdış həm də tarixi ədalət məsələsidir  

13:28
22 Dekabr

Akademik: Qərbi Azərbaycan məsələsinin tarixi kökləri Türkmənçay müqaviləsindən sonrakı dövrə gedib çıxır  

13:13
22 Dekabr

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən  

13:13
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!