04 Sentyabr 2026 12:30
129
CƏMİYYƏT
A- A+
İnformasiya Texnologiyaları İnstitutunun sosial media platformalarında fəaliyyəti yenidən qurulur 

İnformasiya Texnologiyaları İnstitutunun sosial media platformalarında fəaliyyəti yenidən qurulur 


Müasir dövrdə elmi biliklərin, xüsusilə rəqəmsal texnologiyalar və süni intellekt sahəsində əldə olunan nailiyyətlərin geniş ictimaiyyət arasında yayılması və əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə ölkəmizdə həyata keçirilən rəqəmsal siyasətin əsas istiqamətlərindən biri də İKT biliklərinin təbliği və populyarlaşdırılması, qabaqcıl texnologiyaların, bilik və təcrübənin Azərbaycana transferi və cəmiyyətin rəqəmsal savadlılığının yüksəldilməsinə töhfə verilməsidir. Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu da müasir çağırışları və yeni reallıqları nəzərə alaraq qeyd olunan istiqamətlərdə fəaliyyətin gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun sosial media ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə dair məsələlər müzakirə olunub.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxışında bildirib ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində qarşıya qoyulan mühüm vəzifələrdən biri də müvafiq sahədə maarifləndirmənin gücləndirilməsi, insanlara zəruri rəqəmsal bilik və bacarıqların aşılanmasıdır.

Akademik Rasim Əliquliyevin sözlərinə görə, bu tələblərdən irəli gələn vəzifələri nəzərə almaqla, İnformasiya Texnologiyaları İnstitutu da fəaliyyətini müasir çağırışlara uyğun olaraq yenidən qurur, qabaqcıl sosial media platformalarının geniş imkanlarından istifadəyə xüsusi diqqət yetirir: “Rəqəmsal və süni intellekt texnologiyaları ilə bağlı əldə olunan yeni elmi biliklərin daha geniş ictimaiyyətə elmi-populyar üslubda çatdırılması vacib məsələlərdəndir. Bu məqsədlə mediada müntəzəm çıxışlar, sosial şəbəkə və video resurslarının imkanlarından geniş istifadə olunması böyük əhəmiyyət kəsb edir”.

Sonra Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov institutun müxtəlif sosial media platformalarında fəaliyyəti, görülən işlər, problemlər və qarşıda duran vəzifələrə dair məruzə ilə çıxış edib. O, institutun elmi fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması məqsədilə sosial media fəaliyyətinin vahid və məqsədyönlü idarəetmə modeli əsasında təşkili, müxtəlif platformalar üçün uyğun məzmun strategiyasının formalaşdırılması və digər məsələlərə dair həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Qeyd edilib ki, elmi bilik və nəticələrin yalnız akademik mühitdə deyil, həm də cəmiyyət üçün əlçatan formada təqdim olunması, təhsil prosesinə inteqrasiya edilməsi, eləcə də ölkəmizdə həyata keçirilən dövlət siyasətinə dəstək göstərilməsi elmi müəssisələrin, alim və mütəxəssislərin qarşısında duran əsas vəzifələrdəndir. Məhz bu reallıqlar İnformasiya Texnologiyaları İnstitutunun sosial media fəaliyyətinin təkmilləşdirilməsi, daha da inkişaf etdirilməsi və elmi biliklərin cəmiyyətə operativ şəkildə ötürülməsini zəruri edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Depozit Mərkəzinin iki beynəlxalq depozitar sistemə üzvlüyü ilə bağlı məsələlər nəzərdən keçirilib

12:56
04 Sentyabr

Le Pen “qadağandır!” dedi, fransız qadınlar nə etdi?!

12:44
04 Sentyabr

Şənbə gününə olan hava proqnozu açıqlanıb

12:40
04 Sentyabr

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək

12:39
04 Sentyabr

MİDA: Satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib

12:35
04 Sentyabr

İnformasiya Texnologiyaları İnstitutunun sosial media platformalarında fəaliyyəti yenidən qurulur 

12:30
04 Sentyabr

Xüsusi tapşırıqlar üzrə səfir: “Cənubi Qafqazda münaqişə gündəliyini sülh gündəliyi əvəz edir“

12:27
04 Sentyabr

Mariyana Kuyundziç: “Aİ-Azərbaycan münasibətləri dinamik inkişaf edir“

12:25
04 Sentyabr

Fərid Şəfiyev Avropa-Azərbaycan gündəliyində əsas prioritetləri açıqlayıb

12:20
04 Sentyabr

Güzəştli mənzil layihəsindən yararlanan ailələrin sayı açıqlanıb

12:17
04 Sentyabr

Macarıstanda kommunist dövrünə aid məxfi xidmət arxivlərindən 80 minədək şəxsin adı açıqlana bilər

12:15
04 Sentyabr

Azərbaycan və Özbəkistan arasında mədəni körpülər Buxarada möhkəmlənir

12:13
04 Sentyabr

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

12:10
04 Sentyabr

İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq

12:07
04 Sentyabr

Bakıda Azərbaycan-Avropa münasibətlərinin perspektivləri müzakirə olunur

12:05
04 Sentyabr

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib 

12:03
04 Sentyabr

Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

12:00
04 Sentyabr

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

11:57
04 Sentyabr

Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib 

11:55
04 Sentyabr

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

11:53
04 Sentyabr

Azərbaycan neftinin qiyməti 105 dollara çatır

11:50
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!