18 Fevral 2025 15:37
545
SİYASƏT
A- A+
İndoneziya Nümayəndələr Palatasının sədri: Ölkələrimiz sülhpərvər dəyərlərə malikdirlər

İndoneziya Nümayəndələr Palatasının sədri: Ölkələrimiz sülhpərvər dəyərlərə malikdirlər

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə APA-nın Asiya parlamentlərini birləşdirən mühüm parlament platforması olduğu qeyd edilərək, Bakının ev sahibliyi ilə keçirilən 15-ci plenar sessiyada bir sıra vacib məsələlərin müzakirə olunacağı diqqətə çatdırılıb. Bu cür tədbirlərin ikitərəfli əlaqələrin müzakirəsi və genişləndirilməsi baxımından da əhəmiyyəti qeyd olunub.

Milli Məclisin sədri Sahibə Qafarova Nümayəndələr Palatasının sədri Puan Maharani ilə bundan öncəki görüşlərini məmnunluqla xatırlayaraq, belə görüşlərin və qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına töhfə verdiyini bildirib.

Söhbət zamanı ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda müsbət əməkdaşlıq və qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanıb. Sahibə Qafarova İndoneziyanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində təmsil olunduğunu və Şəbəkənin tədbirlərində iştirak etdiyini bildirib. Azərbaycanın sədrliyi ilə Parlament Şəbəkəsinin qarşısında duran vəzifələr, təşkilatın institusional inkişafı istiqamətində atılan addımlar barədə də danışılıb.

Görüşdə parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərimiz arasında əlaqələrin inkişafına mühüm və müsbət təsir göstərdiyi qeyd edilərək, qanunverici orqanlarımızın Parlamentlərarası İttifaq, İƏTPA, APA kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyi bildirilib. O cümlədən hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin, həmçinin deputatların qarşılıqlı səfərlərinin və sıx təmaslarının münasibətlərimizin daha da genişlənməsinə xidmət etdiyi vurğulanıb.

İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani Azərbaycanda olmaqdan məmnunluğunu bildirərək, plenar sessiyanın uğurla təşkil olunacağına inamını ifadə edib. O, dünyada mövcud olan böhranlar fonunda sülh və təhlükəsizliyin təmin olunmasının çox mühüm əhəmiyyətə malik olduğunu, Azərbaycan və İndoneziyanın sülhpərvər dəyərlərə malik olduqlarını qeyd edib.

Söhbət zamanı Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət, torpaqlarımızın işğaldan azad olunmasından sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri barədə də məlumat verib.

Görüşdə, həmçinin gender məsələləri, qadınların idarəetmədə təmsilçiliyinin artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarkov vilayətinə Rusiyanın endirdiyi zərbələr nəticəsində 6 nəfər həlak olub

16:55
11 Fevral

Azərbaycan–ABŞ münasibətlərində siyasi etimad və strateji əməkdaşlığın yeni dövrü başlayır.  

16:54
11 Fevral

Şri-Lankada məhkəmə 12 nəfərə ölüm hökmü verib

16:52
11 Fevral

Prezident Ərdoğan: Ankara Türkiyə üçün istədiyini dost ölkələrə də arzulayır  

16:36
11 Fevral

Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq  

16:28
11 Fevral

Dünya neft bazarında profisit yaranıb

16:11
11 Fevral

Xankəndinin yolları qardan təmizlənir 

16:09
11 Fevral

Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməyə çağırıb  

16:01
11 Fevral

Tailandda məktəbə silahlı hücum: müəllim və şagirdlər girov götürülüb

15:48
11 Fevral

ANAMA və FAO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

15:37
11 Fevral

Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır

15:29
11 Fevral

Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz  

15:26
11 Fevral

Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib  

15:23
11 Fevral

Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb 

15:23
11 Fevral

Vəhşi təbiətin harmoniyası - Şirvan Milli Parkı 

15:13
11 Fevral

Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9 faiz artıb

15:04
11 Fevral

Xidmət rəisi: AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib

14:57
11 Fevral

Peskov: Moskva Bakı və İrəvanla qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək niyyətindədir  

14:41
11 Fevral

Məsud Pezeşkian: İran nüvə silahı yaratmağa can atmır  

14:01
11 Fevral

Orban: Avropa İttifaqı Macarıstana qarşı müharibə elan edib

13:55
11 Fevral

Fransa mediası ABŞ-ın Vitse-prezidentinin Bakıya səfərindən yazır  

13:43
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!