02 Avqust 2022 01:09
1430
Mədəniyyət
A- A+
İndi yaxşı filmlərə daha böyük ehtiyac var

İndi yaxşı filmlərə daha böyük ehtiyac var

 

"Həyat bir kinoya bənzəyir", "Onun həyatı kino lenti kimi gəlib gözlərim önündən keçdi" və yaxud "Hər şey birdən baş verdi. Sanki bir kinonu seyr edirdim" kimi leksikonumuza daxil olub gündəlik həyatımızda işlətdiyimiz cümlələr kino sənətinin təkcə incəsənətimizin, mədəniyyətimizin bir növü olmadığını, eyni zamanda gerçək həyata daha yaxın olduğunun əyani ifadəsidir. Bütün bunları həm də kinonun yüksək inkişaf yolu keçərək qazandığı uğur da hesab edə bilərik.

Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Onun bir üstünlüyü də əyaniliyində, inandırma gücünə və təsirə malik olmasındadır.

Dünyada hər il dekabrın 28-də Beynəlxalq Kino Günü qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər.

Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaqdır. Ona maraq tezliklə sönəcəkdir. Amma tamamilə bunun əksi baş verdi. İnsanların kinoya olan marağı həyata olan maraq qədər artdı. Kino həyatımızın bir hissəsinə çevrildi.

Kino həyata vəsiqə aldıqdan sonra - 1898-ci ildə fransız əsilli fotoqraf və kinooperator Aleksandr Mişon tərəfindən Azərbaycanda ilk dəfə "Bibiheybətdə neft fontanı yanğını", "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" kimi bir neçə sənədli kinosüjetlər çəkildi. Bununla da Azərbaycan kinematoqrafiyasının əsası qoyuldu. Həmin il avqustun 2-də bu filmlər xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara nümayiş etdirilmişdir.

XX əsrin əvvəllərində Azərbaycanda "Arvad", "Arvadlar ərlərini mənsəbə necə çatdırırlar", "Ayaqyalın məhəbbət", "Ölümünə bir saat qalmış", "Arşın mal alan", "Neftin çıxarılması, "Bakıda xalq azadlığı bayramı" kimi bədii və sənədli filmlər çəkilmişdir.

İbrahim bəy Musabəyovun eyniadlı əsərinin motivləri əsasında rejissor Boris Svetlovun çəkdiyi və 1916-cı ildə ekranlaşdırılan "Neft və milyonlar səltənətində" filmi ilə Azərbaycanda ilk tammetrajlı bədii filmin əsası qoyulmuşdur. Filmdə Lütfəli bəy roluna aktyor Hüseyn Ərəblinski çəkilmişdir.

Azərbaycan XI Qızıl Ordu tərəfindən işğal olunduqdan sonra ölkəmizdə kinonun yeni inkişaf mərhələsi başlanmış, kinemotoqrafiya yeni ideologiyanın güclü təbliğat vasitəsinə çevrilmişdir. Reportaj səciyyəli "XI Qızıl Ordu hissələrinin Bakıya gəlişi", "Sovet Azərbaycanının birinci ildönümü", "Bakıda Şərq xalqlarının birinci qurultayı", "Pyotr meydanında iməcilik" və digər xronikal lentlər Sovet Azərbaycanı kinosunun ilk nümunələridir.

 

Milli düşüncə və  milli ruhlu ilk kino

 

Kino tariximizin əsası 1895-ci ildə qoyulsa da, əslində, ilk milli kinomuzun tarixi 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi ilə başlayır desək, səhv etmərik. Buna qədər çəkilən filmlərdə milli ruh, düşüncə yox idi desək, qəbahət etmiş olmarıq. Xatırladaq ki, "Arşın mal alan" filmi SSRİ dövründə ilk dövlət mükafatına layiq görülən ekran əsəridir. Sonrakı illərdə Üzeyir bəy yaradıcılığının ən gözəl nümunələrindən olan "O olmasın, bu olsun" filmi çəkilib. 

Azərbaycan filminin əsas inkişaf tarixinin 1969-cu ildən sonrakı dövrlə bağlı olması heç də təsadüfi deyil. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan mədəniyyətində, incəsənətində, ədəbiyyatında təkamül dövrü başlandı. 1976-cı ildə Ulu Öndər Heydər Əliyev "Kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncama əsasən, o zaman valyuta hesabına kino avadanlıqları alındı. 1970-ci ildən başlayaraq ölkəmizdə bir-birinin ardınca sürətlə yeni  ekran əsərləri yaranmağa başladı. Azərbaycan kinosu özünün yeni inkişaf dövrünə qədəm qoydu. Respublikamızda yeni kinoteatrlar tikildi, kino sahəsində kadrların hazırlanmasına diqqət artdı.

 

Milli kinomuzun qızıl dövrü

 

Ötən əsrin 70-80-ci illərini milli kinomuzun qızıl dövrü də adlandırmaq olar. Bu illərdə bir-birinin ardınca maraqlı, yüksəkkeyfiyyətli kinolar ərsəyə gəldi. Azərbaycan filmləri təkcə respublikamızda yox, SSRİ-nin müxtəlif yerlərində nümayiş etdirilir, geniş tamaşaçı auditoriyası qazanırdı. Hətta filmlər o qədər cəlbedici olurdu ki, tamaşaçılar özlərini film qəhrəmanlarına bənzətməyə çalışırdılar. Tarixi, vətənpərvərlik mövzusunda çəkilmiş filmlər gənc nəslin təlim-tərbiyəsində, onların kamil insan kimi formalaşmasında önəmli rol oynayırdı. Bu gün tamaşaçıların yaddaşına möhrünü vurmuş "Babək", "Nəsimi", "İstintaq", "Dəli kür", "Yenilməz batalyon", "Arxadan vurulan zərbə", "Dədə Qorqud", "Mehman", "Bir cənub şəhərində", "Uzaq sahillərdə", "Böyük dayaq", "Atları yəhərləyin", "Yeddi oğul istərəm", "Ulduz", "Ad günü", "Babamızın babasının babası", "Papaq", "Onu bağışlamaq olarmı?", "Tütək səsi", "Telefonçu qız" və adını çəkmədiyimiz onlarca film mədəniyyət tariximizdə əbədiyaşarlıq hüququ almış filmlərdir. O dövrdə çəkilən filmlərdən danışarkən bir faktı da qeyd etmyi vacib sayırıq. Sovet dövründə çəkilən filmləri tamaşaçı yaddaşına həkk olunan filmlər də adlandırmaq olar. Tamaşaçılar indi də o dövrdə çəkilən filmlərdən sitat gətirir, oradakı sözlərdən, fikirlərdən aforizm kimi istifadə edirlər.

 

Müstəqillik dövrünün filmləri

 

Təəssüf ki müstəqillik dövründə çəkilən filmlər haqqında bunları söyləməkdə çətinlik çəkirik. "Fəryad", Dolu" filmləri istisna olmaqla bu illərdə çəkilən filmlərdən birinin adını hər hansı bir tamaşaçının xatırladığına rast gəlmirik. Bu illərdə çəkilən əksər filmlərdə bir natamamlıq olduğunu ən sadə tamaşaçı belə hiss edir.

Tanınmış serial rejissoru Rövşən İsax bugünkü filmlərdən danışarkən dedi:

- Filmlər o zaman yadda qalan olur ki, tamaşaçı ekranda ona nəql olunan hekayənin təbiiliyinə heyran qalır, izlədiyi filmin qəhrəmanlarını ruhən özünə yaxın hiss edir. Yəni həyat həqiqətləri ilə ekran həqiqətləri vəhdət təşkil edir və bu zaman tamaşaçı sözün yaxşı mənasında baxdığı filmə təslim olur, yaddaşına yazılır. Əks təqdirdə tamaşaçıda belə sual yaranır: Mən nəyə baxdım? Hətta tamaşaçı bəzən seyr etdiyi zəmanəyə baxdığını unudur...

Kino günü ilə bağlı görüşüb söhbət etdiyimiz digər mütəxəssislər də maraqlı fikirlər səsləndirdilər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev sualımızı cavablandırarkən kinomuzun bu gününü "reanimasiyada yatan ağır xəstə"yə bənzətdi. Xalq artisti onu da dedi ki, "Vəziyyəti ağır olsa da, kinomuz hələ ölməyib. Onu müalicə edib həyata qaytarmaq mümkündür. Cənab Prezidentin son günlər yeni kino agentliyinin yaranması haqqında verdiyi fərman deməyə ümid verir ki, yaxın günlərdə bütün sahələrdə olduğu kimi, kinoda da uğurlu yeniliklərin şahidi olacağıq. Çox ciddi hadisələrin baş verdiyi bir zamanda  yaşayırıq. Xalqımız, dövlətimiz şərəfli tarixi günlərin şahidinə çevrilir. İnanıram ki, ordumuzun qazandığı bu böyük qələbə, torpaqlarımızı azad edərkən qəhrəmanlıq göstərən oğullarımızın həyatı, şücaəti bədii əsərlərə, ekranlara gətiriləcək. Bu qələbə təkcə ordumuzun qələbəsi kimi həyatımızda qalmamalıdır. Həm də bu, ədəbiyyatımızın, sənətimizin, musiqimizin də qələbəsi olmalıdır".

Kinorejissor Ramiz Həsənoğlu isə bir qədər fərqli düşünür. O, söhbət zamanı bildirdi: "Kinomuz SSRİ dönəmindəki kimi olmasa da, çox uğurlu layihələrə imza atılıb. Xüsusilə Rövşən İsaxın, Rövşən Ağayevin, Namiq Ağayevin gördüyü işlər kinomuzun uğurlu gələcəyindən xəbər verir".

Hər dövrün öz qanunları var. Bu gün insanlar yaradıcılıq biznesi ilə məşğul olurlar. Öz beyinlərinin məhsullarını "bazara" çıxarırlar. Bu bir reallıqdır ki, bütün sahələrdə olduğu kimi, "kino bazarı" da öz şərtlərini bu fəaliyyət növü ilə məşğul olanlara diktə edir. Kino ilə məşğul olan insanlar da o şərtləri qəbul etmək məcburiyyətində qalırlar.

Bu məqamda haqlı olaraq ənənəvi sual yaranır: Sənət sənət üçün olmalıdır, ya bazar qanunlarına tabe edilməlidir? Rejissor Rövşən İsax sualımızı belə cavablandırdı:

- Bizim bir atalar sözümüz var. Deyir, "malın mal olunca, bazarın bazar olsun". Yəni bazar tələbkar bazar olsa, sənət bazara işləyəndə, əslində, həm də sənət üçün işləyəcək. Bu gün Azərbaycanda neçə kinoteatr var? Barmaqla saymaq olar. Onun da böyük əksəriyyəti Bakıda yerləşir. Gəncədə və digər böyük şəhərlərdə, ümumiyyətlə, bir və ya iki kinoteatr ola, ya olmaya. Yəni artıq biz sənətin bazara işləməyindən danışa bilmərik. Qaldı sənətin sənət üçün işləməyi... Sənət üçün çəkiləcək filmə maliyyə qaynağı tapmaq günün günorta çağı çıraqla nəsə axtarmağa bənzəyir. Ona görə də ilk sualınıza cavabımda dedim ki, kinomuzun yaxşı gələcəyinə ümid edək. Həm bazar olsun, həm sənət.

Bu gün Azərbaycanda kino günüdür. Ömrünü bu sənətə həsr etmiş, adını milli mədəniyyətimizin tarixinə, xalqımızın yaddaşına yaza bilmiş sənətkarlar var. Peşələri ilə qürur duyan, onu yaşadan və yaşaması üçün çalışan kino işçilərini peşə bayramları münasibətilə təbrik edirik.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!