05 May 2026 18:48
398
SİYASƏT
A- A+
Dünya mətbuatı Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırmaqda davam edir  

Dünya mətbuatı Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırmaqda davam edir  


Dünyanın aparıcı mətbuat orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının “Commonspace.eu” nəşri dövlətimizin başçısının çıxışının tam mətnini dərc edib.

Türkiyənin “Hürriyet qəzetinin “Prezident Əliyevdən Ermənistana barış mesajı” sərlövhəli məqaləsində Azərbaycan-Ermənistan münasibətlərində faktiki sülh mühitinin yarandığı diqqətə çatdırılır, iqtisadi və nəqliyyat əməkdaşlığı üzrə ilk addımların atıldığı qeyd olunur. “İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistana 12 min ton neft məhsulları ixrac edib, həmçinin öz ərazisindən 28 min ton yükün tranzitini asanlaşdırıb”, -deyə nəşr yazır.

Məqalədə, həmçinin Azərbaycanın dövlət başçısının Avropa institutları, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə ikili standartlar tətbiq etməsi barədə fikirləri də yer alıb. Materialda Azərbaycanın öz mövqeyini daha sərt və prinsipial şəkildə beynəlxalq auditoriyaya çatdırdığı vurğulanır. Qeyd olunur ki, Prezident İlham Əliyev Avropa Parlamentinin və AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnamələri “təhqir və yalanlarla dolu” adlandıraraq onları açıq şəkildə tənqid edib.

Qardaş ölkənin “TRT World”, “Akşam”, “Cumhuriyet”, “Haber Global”, “Star”, “Aydınlık”, “Yeşil İğdır”, “Mersin Haber”, “Haber 1”, “Ankahaber” media orqanları da Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışından əsas məqamları dərc edib.

İranın “Tasnim” xəbər agentliyi, “Şafaqna” və “Xabarpru” portalları da Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti bazar ertəsi günü Avropa Parlamentini Azərbaycanla Ermənistan arasındakı sülh prosesini sabotaj etməkdə ittiham edib. “İlham Əliyev İrəvanda keçirilən Zirvə toplantısında videobağlantı vasitəsilə çıxışında bildirib ki, Avropa Parlamenti son beş ildə Bakıya qarşı təhqiramiz tonda 14 qətnamə qəbul edib”, -deyə İran mediası yazır.

Misirin “NDB Masr” nəşri, Yəmənin “Saba” və Livanın NNA xəbər agentlikləri, “Leboanon files” portalı, Qazaxıstanın “Ulısmedia” qəzeti, Tacikistanın “Xabarixuş” saytı da dövlətimizin başçısının “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışına geniş yer verib. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişlərin olduğunu vurğulayıb və bunu konkret iqtisadi və nəqliyyat addımları ilə əsaslandırıb. Həmçinin Azərbaycan Prezidentinin Avropa Parlamenti və digər qurumların qəbul etdiyi qətnamələri kəskin tənqid etdiyi və bu yanaşmanın ədalətsiz olduğunu bildirdiyi də diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sivil cəmiyyətin məhək daşı

09:00
15 May

Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təminatında daha bir addım

08:55
15 May

Üç tərəfdaş, bir layihə

08:50
15 May

Kürdə gursululuq nə qədər davam edəcək?

08:45
15 May

Süni intellekt erası: Azərbaycan üçün yeni inkişaf mərhələsi

08:40
15 May

Regionda yeni təhlükəsizlik arxitekturasını Azərbaycan formalaşdırır

08:35
15 May

Konstitusiya dövlətin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradır

08:30
15 May

İnkişaf ritmi və estetika

08:25
15 May

Ölkəmizin diktə etdiyi geosiyasi reallıqlar

08:20
15 May

Cənubi Qafqazda geosiyasi maraqlar, ikili standartlar, Azərbaycanın strateji xətti

08:15
15 May

Azərbaycanın başlatdığı sülh prosesi

08:10
15 May

Nayrobidən başlanan yol

08:07
15 May

Qlobal şəhərçilik dialoqunun 13-cü ünvanı

08:05
15 May

Azərbaycanın yüksək qlobal nüfuzunun növbəti təcəssümü 

08:00
15 May

Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında

02:06
15 May

B.A.Babayevin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:03
15 May

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında

02:00
15 May

Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun və Tətbiqi Elmlər İnstitutunun yaradılması haqqında  

01:57
15 May

“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

01:51
15 May

"TEMİRLİ QRUP" ASC-nin səhmdarlarının nəzərinə!

01:42
15 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili" adlı müsabiqə keçirir

01:41
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!