28 Noyabr 2024 08:00
1496
SİYASƏT
A- A+
İlham Əliyevin "yaşıl gündəliy"i qlobal dəstək aldı

İlham Əliyevin "yaşıl gündəliy"i qlobal dəstək aldı


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın dünyadakı  hörmət və nüfuzunun daha bir təsdiqi oldu. Doğrudur, ölkəmiz indiyədək də bir çox mötəbər beynəlxalq tədbirə evsahibliyi edib və hamısını yüksək səviyyədə keçirib. Lakin COP29 daha qlobal bir tədbir idi və  ona evsahibliyi etməyin şərəfi kimi məsuliyyəti də böyük idi.

Belə bir tədbiri bu cür yüksək səviyyədə keçirməyin öhdəsindən heç də hər ölkə gələ bilməz. Bunun üçün həm maddi-texniki baza, həm beynəlxalq nüfuz, həm hərtərəfli etimad lazımdır. Bir sözlə, belə mötəbər tədbiri keçirən ölkə söz sahibi olmalıdır. Əməkdaşlıq və tərəfdaşlıq etməyi, bunlar üçün körpü salmağı bacarmalıdır.

COP29-un iştirakçıları - dövlət başçılarından sadə qonaqlaradək hamı istər tədbirə hazırlığın, istərsə də gedişinin mükəmməl olduğunu vurğuladı. Bir neçə misal gətirmək kifayətdir. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis COP29-un qısa müddətdə yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısını təbrik etdi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəyi belədir:  "Birləşmiş Millətlər Təşkilatının İqlim Sammitinin uğurla keçirilməsi münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istərdim. Biz hamımız gördük ki, bu, Azərbaycanın nüfuzunun tanınmasıdır. Regionunuzda ilk dəfədir ki, belə möhtəşəm tədbir keçirilir və bu, Azərbaycanın qlobal miqyasda ən yüksək nüfuzunun bariz göstəricisidir".

Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif dövlətimizin başçısına müraciət edərək demişdir: "Cənab Prezident, COP29-a Azərbaycanda, Bakıda evsahibliyi etdiyinizə görə təşəkkür edirəm. Siz həqiqətən də öz rəhbərliyiniz və liderliyinizlə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü yarada bilmərik. Mən Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə təşəkkür edirəm". 

"Mən Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un prezidenti kimi görməkdən çox məmnunam". Bunu isə yaxın qonşumuz Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib və COP29-u belə dəyərləndirib: "Bu tədbir əlamətdar hadisədir, çünki Cənubi Qafqaz regionu ölkəsi ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İştirakçılarının Konfransına evsahibliyi edir. Azərbaycana bu istiqamətdə səmərəli və iddialı nəticələrin əldə edilməsində, danışıqlar prosesində əməkdaşlıq və konstruktiv dialoq ruhunun təşviqində uğurlar arzulamaq istərdim. Bu konfrans kritik bir vaxta təsadüf edir, çünki iqlim dəyişikliyi çağımızın ən aktual problemlərindən biri kimi ortaya çıxır və onun çoxşaxəli nəticələrini həll etmək üçün təcili qlobal fəaliyyət və əməkdaşlıq tələb edir". 

Məlum olduğu kimi, dövlətimizin prioritetlərindən biri ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsidir. Bu prioritet daxilində iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır. Biri yüksəkkeyfiyyətli ekoloji mühit, digəri  "yaşıl enerji" məkanıdır. 

Bütün bunlar COP29-un zirvəsindən daha aydın göründü və qlobal dəstək aldı, təqdir edildi. Belə ki, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan MR Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan edilib. Ümumilikdə ölkəmizin bərpaolunan enerjidə texniki potensialı quruda 135 qiqavat və dənizdə 157 qiqavat təşkil edir. İndiyədək bu istiqamətdə görülən işlər barədə deməyə də  söz var. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin tikdiyi 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verilib. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29-un davam etdiyi günlərdə Cəbrayıl rayonunda Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik stansiyasının təməli qoyulub. Beləliklə, bərpaolunan enerji layihələrimiz getdikcə daha çox bölgəni əhatə etməkdədir. Bu il Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməli qoyulub.

Ümumiyyətlə, 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 qiqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi nəzərdə tutulur. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Külək və günəş enerjisi layihələri hesabına elektrik enerjisinin quraşdırılmış gücündə bərpaolunan enerjinin payı 2027-ci ildə 33 faizə, 2030-cu ildə isə 35,5 faizə  yüksələcək.

Lakin qonaqlarımızı valeh edən təkcə tədbirin möhtəşəm keçirilməsi deyil, həm də ölkəmizin, paytaxt şəhərimizin gözəlliyi, xalqımızın qonaqpərvərliyi, insanlarımızın səmimiyyəti və mehribanlığı oldu. Braziliyalı qonağımız Cilto Olevera dedi: "Bakı həyatımda ən çox xatırlayacağım ən gözəl şəhər kimi qalacaq. Bu şəhər doğmalığı ilə məni heyran etdi. Gördüyüm hər bir yer məni özünə bağlayır. İnsanların münasibəti isə tamam başqadır. Yalnız doğma adamınla belə səmimi davrana  bilərsən". 

Dubaydan gəlmiş Raşid Məcid ürək sözlərini belə ifadə etdi: "Mən dünyanın çox ölkəsində olmuşam. Azərbaycanda olan qonaqpərvərliklə, insanpərvərliklə dünyanın heç bir yerində rastlaşmamışam. Xidmət təşkilatlarının işi də nümunəvidir. Bakı gözəlliyi, rəngarəng gül-çiçəyi ilə məni valeh edib. İnsanların səmimi ünsiyyəti, mehriban davranışları məni çox düşündürür. İnsanların bir məqsədi var - yaxşılıq etmək".

Hindistanlı  Deepak Suaminin də xoş təəssüratları var: "Azərbaycan, Bakı haqqında çox da məlumatlı deyildim. COP29-un Bakıda keçiriləcəyini mətbuatdan xəbər tutdum. Fikirləşdim ki, dünyanın 190-dan çox ölkəsinin nümayəndələrinin üz tutduqları şəhərə getmək maraqlı olar. Ölkənizlə tanışlıqdan sonra indiyə kimi bu gözəl diyara gəlmədiyim üçün təəssüfləndim. Əvvəllər eşitmişdim ki, Azərbaycanda müharibə gedir. Açığını deyim ki, ölkəniz haqqında fikrim çox qarışıq idi. İnsanlarınızı, buradakı mehribanlığı, qonaqpərvərliyi görüb heyrətləndim. Anladım ki, 30 il haqsız olaraq müharibəyə cəlb edilmisiniz. Bu cür istiqanlı, mehriban insanlar başqalarına pislik edə bilməzlər".

Deməli, COP29 dünyaya Azərbaycan həqiqətlərinin çatdırılması üçün də növbəti bir vasitə oldu.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

14:17
14 Yanvar

Polis Nərimanovda əməliyyat keçirib, 11 kiloqram narkotik vasitə və 9 odlu silah aşkarlanıb 

14:16
14 Yanvar

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

14:14
14 Yanvar

Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

14:13
14 Yanvar

Rusiyada Amur pələngi insan ölümünə səbəb olub

14:10
14 Yanvar

Ötən il dünyada satılan elektromobillərin yarıdan çoxu Çinin payına düşüb  

14:09
14 Yanvar

STM Qərbi azərbaycanlılar arasında rəy sorğusu aparıb  

14:08
14 Yanvar

Nazirlik “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına öz maarifləndirici stendi ilə qoşulub  

14:05
14 Yanvar

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibinə və İnsan hüquqları üzrə Ali Komissarına məktublar ünvanlayıb

13:58
14 Yanvar

Milli Qəhrəman Hökumə Əliyevanın həyatından bəhs edən film çəkiləcək

13:57
14 Yanvar

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib  

13:41
14 Yanvar

Burkina-Fasonun Prezidenti Makronu ittiham edib

13:39
14 Yanvar

Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankı çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

13:38
14 Yanvar

Tramp Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib

13:37
14 Yanvar

Nobel mükafatı laureatları qlobal aclıq fəlakətinin qarşısını almağa çağırırlar

13:36
14 Yanvar

Qərbi Azərbaycan İcması “Deutschlandfunk” ictimai radio kanalının yol verdiyi irqi ayrı-seçkiliyi qınayıb  

13:34
14 Yanvar

Los-Ancelesdə meşə yanğınları səbəbindən 92 min insan təxliyə edilib

13:27
14 Yanvar

Kaliforniyada meşə yanğınlarının vurduğu zərər 275 milyard dollara çatıb

13:21
14 Yanvar

Yeni Azərbaycan Partiyası müşavirə keçirib

13:14
14 Yanvar

AZAL-ın Gəncəyə yönləndirilən üç aviareysi Bakı hava limanına çatıb - YENİLƏNİB

13:12
14 Yanvar

Ötən il 19 qadın əməkdaş prokurorluq orqanlarında işə qəbul olunub

13:05
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!