31 İyul 2025 08:00
2132
SİYASƏT
A- A+
İlham Əliyevin qətiyyəti sayəsində

İlham Əliyevin qətiyyəti sayəsində


Azərbaycanın enerji siyasəti daha geniş coğrafiyanı əhatə edir


Məlum olduğu kimi, Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu SOCAR (Azərbaycan   Respublikası Dövlət Neft Şirkəti) qrupuna daxil olan "SOCAR Energy Ukraine" şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb. Həmin müqaviləyə əsasən, bu günlərdə Ukrayna ilk dəfə olaraq Azərbaycan qazını almağa başlayıb. 

Beləliklə, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı getdikcə artır. Bu, Prezident İlham Əliyevin qətiyyətinin, yeritdiyi müstəqil siyasətin, eləcə də ölkəmizin dünyada etibarlı tərəfdaş imici qazanmasının nəticəsidir.

İndiyədək Azərbaycandan qaz alan ölkələrin sayı 12 idi. Bunlar Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyadır.  

Gələn ildən Albaniya da Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan qaz idxalına başlamağa hazırlaşır. Bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib: “Albaniya ilk dəfə TAP boru kəməri ilə qaz alacaq. Qaz kəməri artıq Albaniya ərazisindən keçir və İtaliyaya gedir, lakin gələcəkdə şimala doğru bir qolun çəkilməsi layihəsi müzakirə oluna bilər. Hələlik o, baxılma mərhələsindədir”.

TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq ildə 1,2 milyard kubmetr qaz qəbul edəcəyi planlaşdırılır. Bunun 1 milyard kubmetrini İtaliya, daha 200 milyon kubmetrini isə Albaniya alacaq.

Yeri gəlmişkən, ölkəmiz Albaniyanın qaz infrastrukturunun qurulmasına da dəstək verəcək. Seno Klosi bildirib ki, Albaniya dinamik inkişaf edən enerji sektoruna malik bir ölkə olsa da, qaz sahəsində geri qalır. Bu problemin həll olunmasına Azərbaycanla əməkdaşlıq kömək edəcək. Belə ki, Azərbaycanla, xüsusilə SOCAR şirkəti ilə qarşılıqlı əməkdaşlıq ölkəyə qaz infrastrukturunun inkişafını sürətləndirməyə və enerji potensialını genişləndirməyə imkan yaradacaq: “Biz hər iki ölkənin malik olduğu təcrübə və potensialın, həmçinin enerji sahəsində toplanmış biliklərin mübadiləsi yolu ilə əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Məhz buna görə də sizin şirkətinizin – SOCAR-ın iştirakı ilə biz indi, deyək ki, layihənin ilkin mərhələsini – bu layihəyə investisiya qoyuluşuna başlamaq üçün konkret addımlara keçməzdən əvvəl biznes-planın hazırlanmasını başa çatdırırıq”. 

Azərbaycandan qaz alan ölkələr sırasında Suriya da olacaq. Belə ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın bu ay ölkəmizə işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüş zamanı bir sıra sahələr, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilmişdir. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilmişdir. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanmışdır və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunmuşdur. 

Bu faktın özü də Azərbaycanın enerji strategiyasının getdikcə inkişaf etdiyini göstərir. Ölkəmiz artıq yalnız ənənəvi tərəfdaşlarla deyil, həm də yeni regional bazarlarla əlaqələrini möhkəmləndirir. 

Suriyaya qaz ixracı Türkiyə üzərindən ildə 1 milyard kubmetr həcmində planlaşdırılır. Onu da qeyd edək ki, Azərbaycan qazının Yaxın Şərqə ixracı ilə bağlı mühüm texniki və logistika məsələləri də sürətlə həll olunur. Belə ki, Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri artıq bərpa edilib və bu xətt yaxın vaxtlarda kommersiya qaz nəqlinə hazır olacaq. Daha önəmli bir məqam da var: Suriyanı İordaniya ilə birləşdirən, lakin müharibə illərində dağıdılmış digər qaz kəmərinin də yenidən qurulması perspektivləri dəyərləndirilir.

Bu layihənin reallaşması Azərbaycan qazının Suriyadan keçməklə İordaniyaya, hətta Misirə qədər nəqlinə geniş yol açacaq. Suriyanın bu prosesdə yalnız istehlakçı yox, həm də tranzit ölkə qismində iştirakı mühüm önəm daşıyır. Bu, həm regional əməkdaşlıq formatlarının genişlənməsinə, həm də Azərbaycan qazının ərəb dünyasına çıxışına real zəmin yaradır. Beləliklə, Azərbaycan Avropa ilə yanaşı, həm də Yaxın Şərq ölkələri üçün etibarlı enerji tərəfdaşı olacaq.

Ukrayna isə Azərbaycan qazını artıq almağa başlayıb. Bununla bağlı məlumatı "Naftogaz" Şirkətlər Qrupu yayıb. Şirkətdən bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.

"Naftogaz" İdarə Heyətinin sədri Sergey Koretski sosial media hesabında yazıb: "Bu, miqyasına görə kiçik, lakin strateji əhəmiyyətli addımdır və uzunmüddətli əməkdaşlığa yol açır". O qeyd edib ki, Azərbaycandan qaz almaq ölkənin təchizatını şaxələndirəcək və enerji təhlükəsizliyini gücləndirəcək.

Azərbaycan qazının Ukraynaya tədarükü geosiyasi və iqtisadi baxımdan nə qədər əhəmiyyətlidir? Ekspertlərin fikrincə, ümumiyyətlə, Azərbaycan qazının ixrac coğrafiyasının genişlənməsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür. Artıq Azərbaycan qazının Avropaya çatdırılması və oradan da geriyə dönərək Ukraynaya daxil olması prosesi də başlayıb. Doğrudur, bu, əvvəlcədən müəyyən edilmiş həcmdə qazın bölgüsü çərçivəsində baş verir. Lakin hər bir halda Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsi və xüsusilə Ukrayna istiqamətində yeni bir mərhələnin başlanması mühüm əhəmiyyət daşıyır. 

Bu layihə həm də siyasi baxımdan ciddi bir yenilikdir. Çünki uzun illər ərzində qaz əsasən Rusiya ərazisindən Ukraynaya nəql olunurdu. İndi isə bu tarixi model dəyişir və Azərbaycanın qazı yeni bir marşrut üzrə Ukraynaya çatdırılır. Bu, Avropanın qaz təchizatı xəritəsində baş verən fundamental dəyişikliyin göstəricisidir. 

Qeyd edək ki, hazırda Azərbaycan qazının müəyyən ixrac həcmi və qazı daşıyan kəmərlərin ötürücülük gücü mövcuddur. Əgər gələcəkdə nəql infrastrukturu genişləndirilərsə və ixracın həcmi artırılarsa, iqtisadi səmərə daha böyük olar.


Flora SADIQLI,

“Azərbaycan” 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!