19 Aprel 2025 08:00
2380
SİYASƏT
A- A+
İlham Əliyevin bir tələbi ilə...

İlham Əliyevin bir tələbi ilə...


Ötən ilin bu günü Qazaxın kəndlərinin qaytarılması ilə bağlı razılıq əldə edildi


2024-cü il aprelin 19-da Azərbaycan xalqının zəfər tarixinə daha bir əlamətdar gün yazıldı. Həmin gün bütün ölkəyə Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin bir güllə atılmadan, bir itki verilmədən qaytarılacağının qürurdoğuran xəbəri yayıldı. 

Bu, tarixi torpaqlarımızı qarış-qarış əsl sahiblərinə qaytaran qalib lider İlham Əliyevin xalqımıza növbəti qələbə ərməğanı oldu. 

Ədalətin təntənəsi kimi qiymətləndirilən sözügedən qələbə sayəsində daha neçə-neçə keçmiş məcburi köçkünümüzün onilliklərdir çəkdikləri torpaq həsrəti bitdi və onlar da tezliklə dədə-baba yurdlarına qovuşacaqlarının xoşbəxtlik hisslərini yaşadılar. 

Nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən müzəffər lider İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi uzaqgörən siyasət xalqımıza 2020-ci il noyabrın 8-də Şuşa zəfərini bəxş etdi. Həmin il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan, bir itki verilmədən azad edildi. 2023-cü ildə cəmi 23 saata həyata keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimiz, dövlətimizin konstitusion əsasları da tam təmin edildi. İkiəsrlik erməni cəfəngiyyatına son qoyan "dəmir yumruq" tarixi torpaqlarımıza göz dikərək milli nifrət zəminində xalqımıza qarşı qanlı əməllər törədən erməni faşistlərinə, onların xaricdəki havadarlarına unutmayacaqları bir dərs verdi. 


Bir qarış torpağımız belə işğal altında qalmayacaq


Qarabağda separatizmin kökünün kəsilməsi ilə daha Rusiya sülhməramlılarının fəaliyyətinə də bölgədə ehtiyac qalmadı. Beləliklə, vaxtından əvvəl Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərini tərk etdi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinin prioritetindəki növbəti məsələ isə Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması oldu. 

Prezident İlham Əliyev hələ 2020-ci ildə qeyri-anklav kəndlərin qaytarılması məsələsini qaldırmışdı. Ötən müddət ərzində bu məsələ daim gündəlikdə saxlanıldı, bu istiqamətdə hərtərəfli və ardıcıl iş aparıldı. 

Eləcə də 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bildirmişdi ki, o kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. 

Həmin vaxt ölkəmizin lideri anklav kəndlərlə bağlı fikirlərini qətiyyətlə bildirmişdi: "O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir".

Prezident İlham Əliyevin bu bəyanı həm də torpaqlarımızın bir qarışının belə işğal altında qalmasına imkan verilməyəcəyinin mesajı idi. 

Beləliklə, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da keçirilən səkkizinci görüşündə Qazaxın dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının Azərbaycana qaytarılması barədə razılıq əldə edildi. Mayın 24-də isə bu proses uğurla başa çatdırıldı. 


Bağanıs Ayrımın da qisası alındı


Erməni faşistləri digər ərazilərimizin işğalı zamanı olduğu kimi, Qazaxın yuxarıda adıçəkilən kəndlərini zəbt edərkən də hərbi cinayətlərə əl atmış, 1990-cı il martın 23-dən 24-nə keçən gecə Bağanıs Ayrımda qətliam törətmişdilər. Düşmən gecə vaxtı 400-dən çox əhalinin yaşadığı kəndə hücuma keçərək 17 evi yandırmış, kənd sakinlərini qətlə yetirmişdi. 

Bağanıs Ayrım faciəsindən sonra 1992-ci il martın 8-də Xeyrımlı, mayın 11-də Qızılhacılı, iyunun 4-də Aşağı Əskipara kəndləri işğala məruz qalmışdı.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakini zərərçəkmiş Ramiz Adıgözəlov 1990-cı il martın 23-dən 24-nə keçən gecə 39 günlük körpəsinin ermənilər tərəfindən qətlə yetirildiyini bildirib. O söyləyib ki, kəndə xeyli sayda Ermənistan hərbçisi gəlmişdi. Əvvəlcə qadınlar evləri talan edirdilər, sonra da kişilər evləri yandırırdılar. Zərəçəkən həmin gün 6 kənd sakininin və bir milis işçisinin yandırılaraq qətlə yetirildiyini qeyd edib.

2020-ci ilin sentyabrında başlayan və cəmi 44 gün sürərək Şuşa zəfəri ilə sonlanan Vətən müharibəsində düşməni məhv edən qəhrəman oğullarımız 35 il əvvəl Bağanıs Ayrımda vəhşicəsinə qətl edilən insanlarımızın da qisasını aldılar. 2024-cü ildə Qazaxın adıçəkilən dörd kəndinin bir güllə atılmadan azadlığına qovuşdurulması ilə Bağanıs Ayrım şəhidlərinin də ruhları şad oldu.  


"Burada söz sahibi bizik"

 

Üç onillik ərzində danışıqlar yolu ilə, sözün əsl mənasında, Qordi düyününə çevrilən  Qarabağ münaqişəsi "dəmir yumruğ"un güclü zərbəsi ilə çözüldü və tarixin arxivinə göndərildi. Siyasi əzmi, diplomatik məharəti ilə düşməni və ona arxa duran qüvvələri bütün müstəvilərdə ağır məğlubiyyətə uğradan qalib lider İlham Əliyev Cənubi Qafqazla bağlı baş verən hər bir məsələdə söz sahibinin, şərtləri diktə edən tərəfin məhz Azərbaycan, şəxsən özünün olduğunu nümayiş etdirdi. 

Ölkəmizin postmüharibə dövründə əldə etdiyi milli qalibiyyətlər, Prezident İlham Əliyevin bir tələbi ilə Ermənistanın Qazaxın kəndlərini qaytarması da bunun əyani təsdiqidir. 

Ötən il mayın 10-da - Ulu Öndər Heydər Əliyevin doğum günündə Qarabağın zəfər qalası Şuşada xilaskar lider İlham Əliyevin vurğuladığı kimi: "Düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir. Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır".


Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!