12 İyul 2025 08:05
868
SİYASƏT
A- A+
İkitərəfli görüşlər daha nəticəyönümlüdür

İkitərəfli görüşlər daha nəticəyönümlüdür


Bu baxımdan Əbu-Dabi görüşü çox faydalı və səmərəli oldu


Cənubi Qafqazın lideri Azərbaycan regionun inkişaf tarixinin yeni mərhələsini formalaşdırır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmiz bölgədə yeni reallıqların müəllifidir. 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, dövlətimizin əsas məqsəd və hədəfi regionu sülh və əməkdaşlıq məkanına çevirməkdir. Bu baxımdan, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü müəyyən perspektivlər vəd edir. 

Deputat bildirib ki, liderlərin görüşünün konstruktiv ruhda keçməsi regionda sülhün əldə olunması və kommunikasiyaların açılması yönündə proseslərin sürətlənəcəyinə ümidləri artırır. Görüşün nəticələrinə dair verilən rəsmi məlumata görə, görüşdə ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. "Əbu-Dabi görüşündə sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Ümid edirik ki, bu görüş sülh üçün konkret nəticələr verəcək", - deyə o bildirib.

S.Fətəliyeva qeyd edib ki, ikitərəfli görüşlərdə tərəflər sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri daha da nəticəyə istiqamətlənmiş şəkildə müzakirə etmək imkanı qazanırlar. Təsadüfi deyil ki, indiyədək əldə olunan razılaşmalar ikitərəfli görüşlərin sayəsində baş verib. 2023-cü ilin dekabrında hər iki ölkənin müvafiq dövlət strukturlarının birgə açıqlama yayması, qarşılıqlı olaraq hərbçilərin azad edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi, İrəvanın Bakının COP29-a evsahibliyini dəstəkləməsi, ötən ilin aprelində Qazaxın 4 kəndinin qaytarılması, dövlət sərhədinin 12 kilometrlik hissəsinin delimitasiya və demarkasiya olunması da bunun göstəricisidir.

Azərbaycanın mövqeyinin konstruktiv olduğunu deyən deputat vurğulayıb ki, dövlətimiz regionun tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır: "Azərbaycan bu məsələdə hər zaman özünün lider mövqeyini ortaya qoyur. Ermənistanın indiyədək öz havadarlarının təhriki ilə regionu fərqli məcraya yönəltmək cəhdləri fiaskoya uğrayıb. Qalib və güclü Azərbaycan dövləti bütün təxribatların qarşısını alıb. Bütün bunların fonunda İrəvan üçüncü qüvvələrin hansısa vədlərinə güvənməməlidir. Paşinyan hakimiyyəti anlamalıdır ki, Ermənistanın gələcəyi Azərbaycanla münasibətlərin bərpasından asılıdır. Bu baxımdan düşünürəm ki, Əbu-Dabi görüşü çox faydalı və səmərəlidir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Xalq Respublikasının səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib 

15:12
17 Mart

Energetika naziri: Yeni qanunvericilik aktları sektorun səmərəliliyinin artırılmasında mühüm rol oynayır

15:11
17 Mart

Yaxın Şərq neftinin qiyməti dünyada ən yüksək həddə çatıb  

15:10
17 Mart

İzmir səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Parkını ziyarət edib  

15:06
17 Mart

Kaya Kallas: Heç bir ölkə Hörmüz boğazında öz xalqını təhlükəyə atmağa hazır deyil  

15:04
17 Mart

Qazaxıstan Prezidenti yeni Konstitusiyanı imzalayıb

15:03
17 Mart

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:51
17 Mart

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim cərimələnəcək 

14:49
17 Mart

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edilib 

14:48
17 Mart

İxraca göndərilən neft məhsullarının həcmi azalıb

14:36
17 Mart

Azərbaycanın təbii qaz ixracı 5 faizədək artıb

14:30
17 Mart

“Neftçi” növbəti dəfə azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib

14:28
17 Mart

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

13:52
17 Mart

Mərkəzi Bank: 2025-ci il üzrə ölkənin xalis xarici maliyyə aktivləri 5,4 milyard dollar artıb

13:41
17 Mart

Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir

13:33
17 Mart

San-Marinanın Kapitan-Regenti: Azərbaycan bir sıra beynəlxalq iqtisadi əlaqələrin inkişafına dəstək verən layihələrin iştirakçısıdır  

13:23
17 Mart

Gürcüstan Patriarxı II İlya xəstəxanaya yerləşdirilib

13:01
17 Mart

Ağdam şəhərində Novruz yarmarkası açılıb

12:56
17 Mart

Donald Trampa Fars körfəzində İranın qisas tədbirləri ilə bağlı xəbərdarlıq edilibmiş  

12:50
17 Mart

Xocavənd kəndində daha 11 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

12:47
17 Mart

Sabah gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

12:46
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!