01 May 2026 10:48
211
SİYASƏT
A- A+
İdmana göstərilən yüksək diqqət və qayğının parlaq təzahürü

İdmana göstərilən yüksək diqqət və qayğının parlaq təzahürü

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərin qəbul edilməsi ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının növbəti parlaq təzahürüdür. 

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan idman strategiyası nəticəsində ölkəmiz regionun idman mərkəzlərindən birinə çevrilib, Azərbaycan bayrağı beynəlxalq yarışlarda dəfələrlə yüksəklərə qaldırılıb. Müasir idman infrastrukturu, peşəkar məşqçi heyəti və dövlət dəstəyi bu uğurların əsasını təşkil edir. Hesab edirəm ki, Avropa çempionatında güləşçilərimizin komanda hesabında çempion olması təsadüfi nəticə deyil. Bu, illərdir aparılan düzgün siyasətin və zəhmətin məntiqi nəticəsidir”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin idmançılarla görüşləri müntəzəm xarakter daşıyır: “Bu kontekstdə Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərimizin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də həmin ardıcıl siyasətin və formalaşmış ənənənin tərkib hissəsidir. Möhtərəm Prezidentin görüş zamanı idmançıların qazandığı qələbəyə yüksək qiymət verməsi, onların əməyinə göstərilən diqqət və gələcək uğurlarına dair səsləndirdiyi fikirlər bir daha göstərdi ki, dövlətimizin başçısı idman sahəsində əldə olunan hər bir nailiyyəti şəxsən izləyir və yüksək dəyərləndirir. Fikrimcə, görüşün ən önəmli məqamlarından biri də onun motivasiyaedici xarakter daşımasıdır. Cənab Prezident İlham Əliyevin idmançılarla səmimi ünsiyyəti, onların hər birinin əməyini xüsusi qeyd etməsi yalnız qalibləri deyil, bütövlükdə Azərbaycan gəncliyini ruhlandırır. Bu diqqət hər bir idmançıya aydın mesaj verir ki, zəhmət, əzmkarlıq və Vətənə bağlılıq hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir”.

S.Salmanova vurğulayıb ki, Azərbaycan bu gün artıq təkcə regionda deyil, beynəlxalq miqyasda da güclü idman ölkəsi kimi tanınır: “Son illərdə ölkəmizdə idmanın inkişafı sistemli dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib, nəticədə Azərbaycan bir sıra nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib. Xüsusilə Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların Bakıda yüksək səviyyədə təşkili Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunu daha da gücləndirib. Bu tədbirlər yalnız idman yarışı kimi deyil, eyni zamanda ölkəmizin təşkilatçılıq imkanlarını, müasir infrastrukturunu və beynəlxalq əməkdaşlıq potensialını nümayiş etdirib. Eyni zamanda, müxtəlif Avropa və dünya çempionatlarının Azərbaycanda keçirilməsi ölkəmizin idman xəritəsində xüsusi yer tutduğunu təsdiqləyir. Bakı bu gün beynəlxalq idman tədbirlərinin keçirildiyi etibarlı mərkəzlərdən biri kimi qəbul olunur. Bütün bu uğurların əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü idman siyasəti dayanır”.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keniyalı ekspert Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirib  

12:03
01 May

Çinin “sıfır tarif” rejimi Afrikanın 53 ölkəsinə şamil olunacaq  

12:01
01 May

Bu gündən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq ovu qadağan edilir

12:00
01 May

Media: Pentaqon Trampın Almaniyadan qoşunların çıxarılması ilə bağlı açıqlamasından təəccüblənib

11:58
01 May

Nazir müavini: Azərbaycanda internetə çıxış səviyyəsi dünya ortalamasını üstələyir  

11:48
01 May

Qızılın qiyməti Yaxın Şərqdəki münaqişə başlayandan bəri 13 faiz ucuzlaşıb  

11:46
01 May

Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz notası təqdim edilib  

11:42
01 May

BDYPİ "Bakı Marafonu-2026" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

11:37
01 May

Məsud Pezeşkian: ABŞ danışıqlar prosesində İrana yenidən hücum edə bilər

11:31
01 May

Ötən gün 69 cinayətin açılması təmin edilib

11:25
01 May

Milli Məclis 8 məsələnin müzakirəsinə başlayıb  

11:21
01 May

Kanadalı ekspert: Gənclər postkolonial reallıqların formalaşmasında fəal rol oynayır  

11:16
01 May

Hakim: Borc mübahisələrində sübutetmə hər iki tərəfin vəzifəsidir

11:04
01 May

ÜST-nin viruslar siyahısı yenilənib

11:03
01 May

“Sabah” son 18 mövsümdə ilk çempionluğunu yaşayan yeganə komandadır  

10:52
01 May

İdmana göstərilən yüksək diqqət və qayğının parlaq təzahürü

10:48
01 May

Kəlbəcərdə qonur ayı görünüb

10:40
01 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

10:35
01 May

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

10:24
01 May

Dünya birjalarında neft bahalaşıb

10:15
01 May

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi olub

10:01
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!