04 Fevral 2020 02:18
8723
Mədəniyyət
A- A+
İçərişəhərin rəmzlərindən biri - Qoşa qala qapısı

İçərişəhərin rəmzlərindən biri - Qoşa qala qapısı


Qədim İçərişəhərin əsas girişlərindən biri Qoşa qala qapısıdır. Bu qapı əvvəllər Şamaxı qapısı da adlanıb.

Bakının qala divarı Şirvanşah III Mənuçöhrün (1120-1149) göstərişi ilə təqribən 1138-1139-cu illərdə inşa edilib. Qala divarının şimal tərəfindən 1950-ci illərin ortalarında aparılan bərpa işləri zamanı tapılmış yazılı daş kitabədən məlum olanlar budur.

1191-ci ildə Şamaxı zəlzələ nəticəsində dağıldıqdan sonra Şirvanşah Axsitan Şirvanın ikinci paytaxtına çevrilən Bakını iqamətgahı edib. Və şəhərin müdafiəsini təmin etmək, onu düşməndən qorumaq üçün tədbirlər görülüb. Bu məqsədlə XII əsrin sonlarından başlayaraq Bakıda və Abşeronda bürclər, qəsrlər, qalalar və qala divarları ucaldılıb.

Yadellilərin hücumlarından qorunmaq üçün qədim şəhər orta əsrlərdə ikiqat qala divarları ilə əhatə olunub. Şəhəri işğal etmək üçün sudan və oddan keçmək lazım idi. Belə ki, divarlar çöl tərəfdən xəndəklə dövrələnib. Təhlükə yarananda həmin xəndəklər xüsusi kanallar vasitəsilə su ilə doldurulurdu. Qala divarlarının birinci və ikinci qatının arasındakı xəndək isə neftlə doldurulur, düşmən hücumu zamanı yandırılırdı.

Mənbələrdə qalan məlumatlara görə, orta əsrlərdə Qala divarında şəhərin beş giriş qapısı olub. Bakının müxtəlif istiqamətlərində qoyulan bu qapıların üçü dənizə, ikisi quruya açılıb. Quru ilə əlaqə üçün əsas yol şəhərin şimal tərəfindəki Şamaxı və ya Qoşa qala qapıları, qərbdən isə Salyan qapısı idi. Orta əsrlərdə şimaldan - Şamaxıdan gələn karvanlar cənuba - İrana Salyan qapılarından keçiblər.

Darvazalar tağbənd formadadır. Qoşa qala qapısı tağbəndinın üstündə ərəb əlifbası ilə inşaat yazısı və qabarıq şəkildə şəhərin rəmzi olan öküz başı, şir rəsmləri həkk edilib. Tədqiqatçılar bildiriblər ki, 1683-cü ildə Bakıda olmuş alman alimi Engelbert Kempfer bu işarələri şəhərin gerbi kimi şərh edib. Kempfer belə hesab edib ki, şirlər - yəni qala divarları oküz başını - yəni dövləti, Şirvanşahlar sarayını gecə-gündüz qoruyurlar.

Şamaxı və ya Qoşa qala qapısı İçərişəhərin əsas giriş qapılarından biridir. XIX əsrin sonlarına kimi həm də Şah Abbas qapıları adlanan bu qapılar Bakı qalasının yeganə girişi olub. Qeyd edək ki I Şah Abbasın hakimiyyəti dövründə - 1608-1609-cu illərdə Bakı qalasında əsaslı bərpa işləri həyata keçirilib, Zülfüqar xanın göstərişi ilə xarici qala divarları inşa olunub. Qoşa qala qapısı üzərində hicri təqvimi ilə 1017-ci ilə (miladi 1608-1609) aid kitabədə bu barədə məlumat verilib.

1868-ci ildə Bakının hərbi qubernatoru şəhərin abadlaşdırılması, onun hərbi müdafiə istehkamı kimi ləğv edilməsi məqsədilə qala divarının sökülməsi barəsində Qafqaz Hərbi Dairəsinə müraciət ünvanlayıb. İkinci qala divarının sökülməsinə 1870-ci ildə icazə verilib. Bu məsələ 1886-cı ildə Dumanın iclasında yenidən qaldırılıb. Sökülən hissədə yerləşən Zülfüqar xan qapısı adlanan qapının birinci qala divarında yerləşən Şamaxı qapısının yanına köçürülüb. Bundan sonra qapılar birlikdə Qoşa qala qapısı adlandırılmağa başlayıb.

Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması bəşəri əhəmiyyət daşıyır. Çünki onlar tarixlə körpü yaradır. Abidələrin bərpa və konservasiya işlərinin həyata keçirilməsi də bu baxımdan çox böyük diqqət və həssaslıq tələb edir. İnşa tarixi orta əsrlərə gedib çıxan Bakının Qala divarı və onun möhtəşəm Qoşa qala qapısı da zaman keçdikcə xarici qüvvələrin təsiri ilə zədələnməyə, aşınmaya məruz qalır. 1952-1957-ci illərdə bütövlükdə Qala divarları bərpa edilib. Sonra bu əzəmətli abidə yarım əsrdən çox müddətdə restavrasiya olunmayıb. 2011-2012-ci illərdə Qala divarlarının 150 metrə yaxın hissəsi şimal-qərb istiqamətindən bərpa edilib. Bu il Qoşa qala qapısında bərpa-konservasiya işləri uğurla həyata keçirilib. Belə ki, 2019-cu ilin ortasında başlayan layihəyə əsasən bərpa və konservasiya işlərinə Qala divarlarının daxili hissəsindən başlanılıb, daha sonra qapıların yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilib.

İçərişəhər, onun qədim Qoşa qala qapısı Azərbaycan tarixi üçün böyük dəyərə malikdir. Bu möhtəşəm abidə tariximizin bu günədək tədqiq olunmuş və hələ də öz araşdırmaçılarını gözləyən çox hadisələrin şahididir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

15:41
10 May

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

15:32
10 May

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

15:26
10 May

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

15:14
10 May

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

15:09
10 May

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

15:01
10 May

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

14:56
10 May

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

14:56
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!