06 May 2026 20:31
370
CƏMİYYƏT
A- A+
Heydər Əliyev irsinin konseptual əsasları: ənənə ilə müasirliyin vəhdəti

Heydər Əliyev irsinin konseptual əsasları: ənənə ilə müasirliyin vəhdəti


Mayın 6-da Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin konseptual əsasları: ənənə ilə müasirliyin vəhdəti” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a YAP-dan məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Ümummilli Lider Heydər Əliyevin xidmətləri misilsizdir və fəaliyyəti həm SSRİ dövrünü, həm də müstəqillik illərini əhatə edib. O, bütün mərhələlərdə Azərbaycanın inkişafına, milli həmrəyliyə və dövlətçilik ənənələrinin qorunmasına töhfə verib. Müstəqillik illərində ölkədə sabitlik və inkişaf təmin edilib, müasir dövlət quruculuğuna nail olunub. Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndirilib, strateji hədəflər gerçəkləşdirilib. Qeyd edib ki, Ulu Öndər mədəni irsin qorunmasını prioritet hesab edib, incəsənət və mədəniyyətin inkişafına xüsusi önəm verib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə mühüm layihələrlə milli-mədəni irsin qorunmasına və tanıdılmasına töhfə verir.

Tahir Budaqov vurğulayıb ki, mədəniyyətin inkişafında təhsil müəssisələrinin rolu böyükdür və Bakı Xoreoqrafiya Akademiyası bu sahədə mühüm yer tutur. Burada yetişən gənclər Azərbaycanı beynəlxalq səviyyədə təmsil edərək ölkənin nüfuzunun artmasına töhfə verirlər.

Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, rektor vəzifəsini icra edən Nailə Məmməd-Zadə bildirib ki, Ümummilli Lider Heydər Əliyev incəsənətə daim önəm verib, xoreoqrafiya isə xüsusi diqqətində olub. Akademiyanın binası da onun təşəbbüsü ilə tikilib. O, incəsənət xadimlərini yüksək qiymətləndirərək Qəmər Almaszadə, Leyla Vəkilova, Əminə Dilbazi, Əlibaba Abdullayev kimi görkəmli xoreoqraflara xüsusi diqqət göstərib. Ümummilli Liderin qərarları, mükafat və təqaüdlər sənətkarların fəaliyyətinə stimul verib, milli xoreoqrafiyanın inkişafında mühüm rol oynayıb. Bu dəyərləri qorumaq və gələcək nəsillərə ötürmək isə hər kəsin borcudur.

Milli Məclisin deputatı Ziyad Səmədzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayıb. Onun fəaliyyəti nəticəsində Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrilib. 1970-ci illərdə yaradılan elmi-texniki potensial müstəqillik dövründə ölkənin inkişafına əsas olub. Ümummilli Lider həyata keçirdiyi strategiya ilə iqtisadi sistemin əsasını qoyub. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlətə çevrilib. Bu uğurların əsasında da Ulu Öndər Heydər Əliyev siyasəti dayanır.

Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafında misilsiz rol oynayıb. SSRİ dövründə ölkənin yüksəlişini təmin edən Ümummilli Lider müstəqillikdən sonra da xalqına böyük uğurlar qazandırıb. Vurğulayıb ki, bugünkü Zəfərin əsasları Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır. Onun sayəsində Azərbaycan parçalanma təhlükəsindən xilas olaraq güclü dövlətə çevrilib. Prezident İlham Əliyevin siyasəti bu xətti davam etdirərək ölkəni daha da qüdrətləndirir və qalib dövlət statusunu möhkəmləndirir.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbir konsert proqramı ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirilib  

16:53
20 May

Avropa Sosial Xidmətlər Konfransında ölkəmizdə aparılan sosial islahatlar diqqətə çatdırılıb

16:41
20 May

Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru: Media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur  

16:30
20 May

Kənd təsərrüfati nazirinin müavini Kürdəmirdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

16:28
20 May

Baş prokuror Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib  

16:26
20 May

Panel müzakirə: “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi”-YENİLƏNİB  

16:23
20 May

BMT qlobal iqtisadi artım proqnozunu aşağı saldı

16:21
20 May

Şirvanda “Dövlət qulluqçularının etik davranış qaydaları”ndan söz açılıb  

16:19
20 May

WUF13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yüksəksəviyyəli dialoqda iştirak edib

16:15
20 May

Respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb

16:13
20 May

Dünyada 1,1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır

16:05
20 May

WUF13-ün milli koordinatoru: "Bakı Şəhərsalma mükafatı” həll yollarının miqyasının genişləndirilməsinə xidmət edəcək   

16:04
20 May

Masallıda turizm mövsümünün açılışı ilə əlaqədar görüş keçirilib  

16:03
20 May

Pakistanlı nazir: İqlim böhranının yaratdığı kütləvi miqrasiya ciddi sosial problemlərə səbəb olur

16:01
20 May

Magistraturaya qəbul imtahan nəticələri açıqlanıb

16:01
20 May

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb  

15:56
20 May

Rusiya-Azərbaycan sərhədində ticarət dövriyyəsi 14 faiz artıb

15:55
20 May

Britaniyalı memar: “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə dəvət olunmaqdan şərəf duyuram  

15:46
20 May

Tom de Qruv: Açıq və müqayisə edilə bilən məlumatlar fəlakət risklərinin idarə olunmasında əsas rol oynayır  

15:42
20 May

Platforma direktoru: Məqsədimiz yeni binalarda karbon emissiyasını azaltmaqdır

15:37
20 May

Bakı-Tbilisi-Bakı qatarları ilə gedişhaqqı açıqlanıb

15:33
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!