28 Mart 2023 11:11
515
CƏMİYYƏT
A- A+
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada iftar süfrəsi açılıb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, Moskva şəhəri Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı, RF Müsəlmanları Ruhani İdarəsinin dəstəyi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Poklonnaya Qorodakı memorial məscidin yanında qurulmuş “Ramazan çadırı”nda Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb. Bu il iftar gecəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilib.

Tədbirdə 1500-dən çox insan – ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan müsəlmanlar iştirak ediblər.

Moskva müftisi, Moskva Cümə Məscidinin baş imamı İldar Alyautdinovun adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dini-mənəvi dəyərlərin yüksək qiymətləndirilməsinə görə təşəkkür məktubu təqdim edilib.

Moskva müftisinin müavini Marat-Hazrat Arslanov Heydər Əliyev Fonduna təşəkkürünü bildirərək qeyd edib ki, bu mədəni gecələrin proqramı çox zəngindir. İnsanlar Azərbaycan mədəniyyəti ilə tanış olur, onların qəlbində bu ölkəyə səfər etmək arzusu yaranır. Marat-Hazrat Arslanov Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından Moskvadakı “Əhli-Beyt” dini təşkilatının sədri Nizami Baloğlanova “Əl-Fəxr” ordeni təqdim edib.

Moskvadakı “Risalət” dini icması nəzdindəki müsəlman məktəbinin direktoru Anas-Hazrat Məmmədov tədbirə toplaşanların hamısını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycanın tarixi və ənənələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib, “Buta” triosunun ifasında muğam səslənib, müsəlman məktəbinin şagirdləri Məhəmməd Peyğəmbərin həyatından bəhs edən səhnəciklər təqdim ediblər.

İftar yeməyinin başlanmasından əvvəl müqəddəs Qurandan ayələr və axşam duası oxunub. Sonra müsəlmanlar üçün milli Azərbaycan yeməkləri və şirniyyat düzülmüş iftar süfrəsi açılıb.

2006-cı ildən başlayaraq təşkil olunan “Ramazan çadırı” illik sosial-xeyriyyə layihəsi hər il müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayında həyata keçirilir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hər il bu xeyriyyə layihəsində iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

14:08
27 May

Sabah hava əsasən yağmursuz olacaq

13:29
27 May

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir  

13:17
27 May

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

11:47
27 May

Şuşada bayram namazı qılınıb

11:44
27 May

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib  

10:57
27 May

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

10:43
27 May

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB

10:41
27 May

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub  

10:34
27 May

Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib  

10:27
27 May

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

10:13
27 May

Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

09:54
27 May

Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb  

09:43
27 May

Naxçıvanın məscidlərində bayram namazı qılınıb

09:32
27 May

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb  

09:29
27 May

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib  

09:00
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!