06 Fevral 2026 20:41
265
İQTİSADİYYAT
A- A+
Hesablama Palatası Əbu-Dabidə dövlət auditində süni intellektin tətbiqi məsələlərini müzakirə edib  

Hesablama Palatası Əbu-Dabidə dövlət auditində süni intellektin tətbiqi məsələlərini müzakirə edib  


Azərbaycan Hesablama Palatasının auditoru Hilal Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində “Dövlət auditində süni intellekt” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.

Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, EUROSAI-ın prezidentliyi, İsrail Dövlət Müfəttişi və Ombudsmanı Ofisinin təşkilatçılığı ilə keçirilən konfransda Birləşmiş Ərəb Əmirlikləri (ev sahibi), Azərbaycan, Albaniya, Bəhreyn, Braziliya, Ekvador, Estoniya, Fransa, İtaliya, Qazaxıstan, Latviya, Malta, Şimali Makedoniya, Paraqvay, Rumıniya, Slovakiya, İsveçrə və Amerika Birləşmiş Ştatları ali audit orqanlarının nümayəndələri iştirak edib. Bununla yanaşı, Avropa Auditorlar Məhkəməsi (ECA) və İnformasiya Sistemləri Auditi və Nəzarəti Assosiasiyası (ISACA) kimi beynəlxalq təşkilatlar da konfransda təmsil olunub.

Konfrans İsrail Dövlət Müfəttişi və EUROSAI Prezidenti Matanyahu Englman açılış nitqi ilə başlayıb.

Sonra ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin nümayəndəsi dövlət auditində süni intellekt texnologiyalarının tətbiqinə dair təqdimatla çıxış edib. Daha sonra “Süni intellekt dövründə dövlət auditinin rolu” mövzusunda panel müzakirələr keçirilib, süni intellekt əsaslı audit həlləri və platformaları təqdim etdirilib.

Konfransın ikinci günündə audit sahəsində süni intellekt üzrə sertifikatlaşdırma proqramları, bu sahədə paralel audit təşəbbüsləri, auditorların ixtisaslaşdırılması və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib, iştirakçı ölkələrin AAO-larının nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb.

Tədbir çərçivəsində BƏƏ Hesabatlılıq Təşkilatının Audit Sektorunun Baş direktoru Wael Abdulqader Mahmoud ilə rəsmi protokol görüşü də keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub

02:12
07 Fevral

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib  

01:30
07 Fevral

QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib  

21:13
06 Fevral

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

20:57
06 Fevral

Hesablama Palatası Əbu-Dabidə dövlət auditində süni intellektin tətbiqi məsələlərini müzakirə edib  

20:41
06 Fevral

"Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun buraxılış mərasimi keçirilib  

20:39
06 Fevral

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət gücləndirilməlidir  

19:43
06 Fevral

Turistlər Azərbaycanda ən çox nəyə pul xərcləyirlər? – STATİSTİKA 

19:43
06 Fevral

Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb: Zatulinin bəyanatına görə Moskvaya etiraz notası verilib  

19:36
06 Fevral

Ədliyyə naziri Göyçayda vətəndaşların müraciətlərini dinləyib  

19:18
06 Fevral

Həyəcan təbili çalmağın zamanıdır

18:36
06 Fevral

Oman danışıqları neftin qiymətinə təsir edib  

17:44
06 Fevral

Proyektorlu smartfon təqdim edilib  

17:28
06 Fevral

Sülhə, humanizmə və qarşılıqlı anlaşmaya əsaslanan siyasət  

17:26
06 Fevral

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Tovuzda fermerlərin müraciətlərini dinləyib  

17:25
06 Fevral

Murat Demirci: Heydər Əliyev adına ibtidai məktəb Azərbaycanın Kahramanmaraş uşaqlarına ən gözəl hədiyyəsidir

17:24
06 Fevral

Səudiyyə Ərəbistanı fevralın 8-də Həcc ziyarəti üçün vizaların verilməsinə başlayır  

17:23
06 Fevral

Azərbaycanın müdafiə naziri İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri ilə müzakirələr aparıb  

17:20
06 Fevral

Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Fəxri xiyaban ziyarət edilib  

17:17
06 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:16
06 Fevral

Pakistanda antiterror əməliyyatı: 24 silahlı zərərsizləşdirilib  

17:15
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!