14 Fevral 2014 01:02
55
CƏMİYYƏT
A- A+
Gürcüstan Prezidenti Qax rayonunda olmuşdur

Gürcüstan Prezidenti Qax rayonunda olmuşdur

 

Fevralın 13-də Qax rayonuna gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvili əvvəlcə Qaxingiloy kəndində yerləşən "Müqəddəs Georgi" kilsəsini ziyarət etmişdir.

Ali qonağın diqqətinə çatdırılmışdır ki, XVIII əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şərait yaradılmışdır. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Prezident Georgi Marqvelaşvili kilsədə şam yandırmış, ianə vermiş, abidənin həyətində kənd sakinləri ilə görüşmüş, yerli musiqiçilərin ifasında gürcü xalq musiqisini dinləmişdir.

Sonra Gürcüstan Prezidenti "El Resort" otelinin Konfrans Mərkəzində rayonun gürcü əhalisi ilə görüşmüşdür. Ali qonağa məlumat verilmişdir ki, geniş turizm potensialına malik olan Qax rayonunda son illər turizm infrastrukturunun yaradılması istiqamətində davamlı iş aparılır, yüksək standartlara uyğun yeni otellər, istirahət mərkəzləri inşa edilir. 2011-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "El Resort" oteli də belə turizm obyektlərindən biridir.

Diqqətə çatdırılmışdır ki, tikintisinə 2011-ci ildə başlanılan bu Konfrans Mərkəzi 2013-cü ilin avqustunda istifadəyə verilmişdir. Müasir layihə əsasında tikilən Konfrans Mərkəzində bütün infrastruktur ən müasir səviyyədə qurulmuşdur. Mərkəzin birinci mərtəbəsindəki sütunsuz böyük zal 900 nəfərə xidmət göstərə bilər. Zalda dörd böyük ekran və bunlara uyğun proyektorlar quraşdırılmışdır. İkinci mərtəbədəki zallar da ən müasir mobil audio-video avadanlığı ilə təchiz edilmişdir.

Konfrans zalında gürcü ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşən Prezident Georgi Marqvelaşvili Qax rayonuna səfərindən, gürcülərlə görüşündən məmnun qaldığını bildirmiş, rayon əhalisinin yaşayış səviyyəsinin yüksək olduğunu qeyd etmişdir. Prezident İlham Əliyevlə görüşünün çox səmərəli keçdiyini vurğulayan Gürcüstan Prezidenti, yüksək qonaqpərvərliyə görə bir daha Azərbaycan Prezidentinə minnətdarlığını bildirmiş, bu səfərin ikitərəfli əlaqələrin, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə etmişdir. Görüşdə çıxış edən gürcü millətinin nümayəndələri burada Azərbaycanın tam hüquqlu vətəndaşları olduqlarını, heç vaxt ayrı-seçkilik hiss etmədiklərini, rahat, əmin-amanlıq şəraitində yaşadıqlarını bildirmişlər.

Məlumat verilmişdir ki, Qax rayonunda 7 min nəfərdən artıq gürcü yaşayır. Rayonda milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır, dini tolerantlıq yüksək səviyyədədir. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 11 mədəniyyət müəssisəsi, 1 sahə xəstəxanası, 2 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Gürcü Dövlət Dram Teatrı fəaliyyət göstərir. Rayonda yaşayan digər xalqlar kimi gürcülər də Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini ürəkdən bəyənir və dəstəkləyirlər.

Görüşdə Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsində belə görüşlərin əhəmiyyəti xüsusi vurğulanmışdır.

Sonra Gürcüstan Prezidenti gürcülərin yaşadığı Meşəbaş kəndinə gəlmiş, yeni tikilmiş məktəb binası ilə tanış olmuşdur. Ali qonağın diqqətinə çatdırılmışdır ki, kənd məktəbinin binası 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü. Zəlzələdən zərər çəkmiş digər məktəblər kimi, Meşəbaş kənd məktəbi üçün də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qısa müddətdə hər cür şəraiti olan yeni bina tikilib istifadəyə verilmişdir. Diqqətə çatdırılmışdır ki, binanın bir korpusunda kəndin uşaq bağçası da fəaliyyət göstərir.

Gürcüstan Prezidenti məktəbin sinif otaqlarını gəzmiş, yaradılan şəraitlə tanış olmuş, uşaq bağçasında tərbiyə alan balacalarla görüşmüşdür. Məktəbin müəllimləri və valideynlər kənddə belə gözəl təhsil ocağının binasının istifadəyə verilməsini Azərbaycan və gürcü xalqları arasında əbədi dostluq münasibətlərinin bariz nümunəsi olduğunu bildirmişlər.

Prezident Georgi Marqvelaşvili Qax rayonundan xoş təəssüratlarla ayrılmışdır.

*  *  *

Bununla da Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatmışdır. Qəbələ Beynəlxalq Aeroportundan yola salınan Prezident Georgi Marqvelaşviliyə xatirə hədiyyəsi təqdim edilmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!