20 Yanvar 2026 13:08
316
SİYASƏT
A- A+
Gürcüstan portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub  

Gürcüstan portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub  


Acarıstan Muxtar Respublikası ərazisində dərc olunan və geniş oxucu auditoriyasına malik ajaratimes.ge portalında "20 Yanvar - Azərbaycan xalqının qanla yazılmış tarixi" sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 1980-ci illərin sonlarında SSRİ-də baş verən ictimai-siyasi proseslər, imperiyanın zəifləməsi fonunda Azərbaycanda milli oyanış hərəkatının sürətləndiyi qeyd olunub. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsinin başlanması və mərkəzi hökumətin qərəzli mövqeyi xalqın narazılığını daha da artırdı.

Məqalədə qeyd olunub ki, 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda, sonrakı günlərdə isə Azərbaycanın bölgələrində törətdiyi amansız qırğınlar törədilib. Günahsız insanlar, o cümlədən qadınlar, uşaqlar və yaşlılar həlak olublar.

20 Yanvar hadisələrinə ilk obyektiv və siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyi məqalədə xüsusi vurğulanıb. Bildirilib ki, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində çıxış edən Heydər Əliyev bu qanlı əməliyyatı SSRİ rəhbərliyinin cinayəti adlandırıb.

Məqalədə bir fikir xüsusi olaraq vurğulanır ki, 20 Yanvar təkcə böyük faciə deyil, həm də Azərbaycan xalqının sarsılmaz iradəsinin göstəricisidir.

“20 Yanvar şəhidləri Şəhidlər xiyabanında dəfn olunub. Hər il 20 yanvarda minlərlə insan xiyabanı ziyarət edir və şəhidlərin xatirəsinə ehtiramını bildirir. Dövlət bayraqları endirilir və ölkədə milli matəm hökm sürür”, - deyə məqalədə vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur  

16:13
16 Fevral

“Aqroservis” ASC-nin sədri Qəbələdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

16:03
16 Fevral

Ankarada Türkiyə ilə Liviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

15:51
16 Fevral

Ukrayna üzrə Cenevrə danışıqlarının mövzu dairəsi genişləndiriləcək

15:41
16 Fevral

Neft məhsulları ixracının həcmi 7 faizdən çox artıb

15:39
16 Fevral

Ötən ay ölkədən 2 milyard kubmetrdən çox təbii qaz ixrac edilib  

15:38
16 Fevral

Rəsədxana: G1 səviyyəli geomaqnit qasırğası gözlənilir

15:32
16 Fevral

Yanvarda ixrac olunan neft koksunun dəyəri 23 dəfə artıb

15:29
16 Fevral

Azərbaycandakı nəqliyyat dəhlizləri ilə daşınan yükün həcmi açıqlanıb  

15:13
16 Fevral

Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur

15:12
16 Fevral

Ötən həftə 60 mina və 130 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:10
16 Fevral

Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib 

15:03
16 Fevral

Yerlan Nısanbayev: Xəzərin dayazlaşması Xəzəryanı ölkələr üçün əsas problemdir  

15:01
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!