29 Yanvar 2026 13:34
248
DÜNYA
A- A+
Fransa Avropa İttifaqının Tehrana qarşı sanksiyalarını dəstəkləyəcək  

Fransa Avropa İttifaqının Tehrana qarşı sanksiyalarını dəstəkləyəcək  


Fransa hökumət əleyhinə etirazları yatırdığına görə bir neçə İran rəsmisinə və təhlükəsizlik qüvvələrinə qarşı Avropa İttifaqının yeni sanksiyalarına səs verəcək, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasını dəstəkləyəcək.

AZƏRTAC xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bu barədə Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə çıxışı zamanı deyib.

“Bu gün hökumət əleyhinə nümayişlərin yatırılmasında məsul olan şəxslərə qarşı Avropa sanksiyaları barədə razılığa gələcəyik”, - deyə o bildirib.

Jan-Noel Barronun sözlərinə görə, sanksiyalar Avropa İttifaqına girişi qadağan ediləcək və maliyyə aktivləri dondurulacaq 20-dən çox şəxs və təşkilata aiddir. Siyahıya İslam İnqilabı Keşikçiləri Korpusunun və İran hökumətinin üzvləri, prokurorlar və polis orqanlarının rəhbərliyi daxildir.

“Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun da Avropa İttifaqının terrorçu təşkilatlar siyahısına əlavə edilməsini dəstəkləyəcək”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da İran valyutasının kəskin ucuzlaşması səbəbindən Tehranda tacirlərin etiraz aksiyası başlayıb. Dekabrın 30-da aksiyaya tələbələr də qoşulub. Az sonra etirazlar ölkənin əksər böyük şəhərlərinə yayılıb. Yanvarın 23-də İranın hakimiyyət orqanları iğtişaşlarda həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla 3 min 117 nəfərin öldüyünü təsdiqləyib. Tehran iğtişaşlara görə İsraili və ABŞ-ı günahlandırıb. Donald Tramp isə öz növbəsində İrana qarşı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyini deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryogin yad edilib  

16:42
29 Yanvar

Daha beş məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:31
29 Yanvar

Qazaxıstanın Azərbaycana ixracı idxal göstəricisini üstələyib

16:23
29 Yanvar

Türkiyənin partiya lideri: Türk dünyası üçün birlik və həmrəylik xüsusilə vacibdir  

16:16
29 Yanvar

Qızıl bazarındakı artım dünya texnologiya şirkətlərinə də təsir göstərib

16:11
29 Yanvar

Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb  

16:01
29 Yanvar

Ukrayna ilə Rusiya arasında həlak olanların cəsədlərinin növbəti mübadiləsi edilib  

15:51
29 Yanvar

Nikol Paşinyan: "Qarabağ hərəkatı" mövzusu birdəfəlik bağlanmalıdır  

15:48
29 Yanvar

İşğaldan azad olunmuş ərazilərdə elmi-tədqiqat işləri davam etdirilir  

15:31
29 Yanvar

Ər-Riyadda keçirilən beynəlxalq konfransda su və tullantıların idarə olunması məsələləri müzakirə edilib  

15:17
29 Yanvar

Azərbaycan və Gürcüstan dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib  

15:09
29 Yanvar

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi üç ölkə sırasında yer alıb  

14:43
29 Yanvar

Nigeriya yenidoğulmuşların sayına görə Avropa və Rusiyanı geridə qoyub  

14:31
29 Yanvar

İspaniya yarım milyona qədər miqrantı leqallaşdırmağı planlaşdırır  

14:23
29 Yanvar

Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!  

14:16
29 Yanvar

Məmmədbəyli kəndində daha 26 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:13
29 Yanvar

Ötən il Naxçıvanda sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi 13,4 milyon manata çatıb  

14:02
29 Yanvar

ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

13:53
29 Yanvar

ABŞ-da qar fırtınası azı 73 nəfərin həyatına son qoyub  

13:41
29 Yanvar

Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

13:39
29 Yanvar

Fransa Avropa İttifaqının Tehrana qarşı sanksiyalarını dəstəkləyəcək  

13:34
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!