01 Yanvar 2026 14:33
145
CƏMİYYƏT
A- A+
FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib  

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib  


Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib.

FHN-dən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə nəqliyyat vasitələrinin yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməli olduğu bildirilib.

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər.

Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bayram günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı yarana biləcək mümkün təhlükələri nəzərə alaraq, vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir”, - deyə müraciətdə qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il şənliyi təşkil olunub  

18:47
01 Yanvar

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Yeni il süfrəsi açılıb

17:58
01 Yanvar

Füzuli Şəhər Peşə Liseyində işlərin 60 faizi tamamlanıb 

17:40
01 Yanvar

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

17:15
01 Yanvar

Xankəndiyə gələn turistlərin sayı artıb  

16:59
01 Yanvar

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub

16:32
01 Yanvar

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2026-cı ilin ilk günü ilə bağlı paylaşım edib  

15:52
01 Yanvar

Pensiya artımları bu aydan hesablanacaq 

15:27
01 Yanvar

Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri keçirilib  

14:44
01 Yanvar

Bakı Yeni ilin səhərini təmiz və səliqəli qarşıladı - FOTOLAR  

14:42
01 Yanvar

Rusiya Yeni il gecəsi Ukraynanın enerji obyektlərinə kütləvi hava zərbələri endirib  

14:40
01 Yanvar

Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq

14:39
01 Yanvar

Şuşadakı D 4 yaşayış massivində 12 çoxmənzilli bina inşa olunur

14:38
01 Yanvar

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib  

14:33
01 Yanvar

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Zati-aliləri cənab Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana  

14:33
01 Yanvar

Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə  

14:31
01 Yanvar

Azərbaycan Orta Dəhliz ticarət marşrutunun tutumunu genişləndirir 

14:21
01 Yanvar

Azərbaycan nefti bahalaşıb

11:26
01 Yanvar

TƏBİB-in nəzdindəki tibb müəssisəsində ilin ilk körpəsi Şamaxıda doğulub  

11:25
01 Yanvar

Yeni il gecəsi Berlində 100-dən çox şəxs saxlanılıb  

11:22
01 Yanvar

Bolqarıstan avrozonaya daxil olub

11:21
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!