31 Dekabr 2025 08:00
236
SİYASƏT
A- A+
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müəllifi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müəllifi


Şərəfli adının qarşısında hər zaman "dünyanın ən böyük azərbaycanlısı" kimi fəxri titul yazılan Ulu Öndər Heydər Əliyev tariximizə yalnız müstəqil dövlətçiliyimizin qurucusu kimi deyil, eyni zamanda azərbaycançılıq ideologiyasının banisi, milli kimliyimizin qoruyucusu kimi əbədi həkk olunub. Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə, dilinə və mədəniyyətinə dərindən bələd olan Ümummilli Lider bu irsimizin qorunmasını dövlət siyasətinin əsas prioritetinə çevirib, azərbaycançılığı müstəqil Azərbaycanın ideoloji dayağı kimi formalaşdırıb. 

Ulu Öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" sözləri sadəcə şəxsi mövqenin ifadəsi deyil, milli özünüdərkin, milli kimliyin gələcək nəsillərə ünvanlanan mesajı, çağırışı idi. Bu çağırış Azərbaycan xalqının gələcəyinin məhz azərbaycançılıq ideologiyasına bağlı olduğunu aydın şəkildə ortaya qoyurdu.

Məhz bu möhkəm milli-ideoloji təməl üzərində qurulan müstəqil Azərbaycan dövləti bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayır. Dövlətimizin qazandığı bütün uğurlar, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması Heydər Əliyev dühasının uzaqgörənliklə formalaşdırdığı ideoloji xəttin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilməsinin parlaq nəticəsidir. Azərbaycançılıq ideologiyası bu gün milli məntiqinə uyğun olaraq real tarixi nəticələr doğurub və bunun sayəsində vətənimiz bütövləşib. 


Milli birliyin tarixi zəfəri


Prezident İlham Əliyevin "Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başıdik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər" fikri milli birliyimizin hansı zirvəyə yüksəldiyini ifadə edən təntənəli bəyandır. Xalqımızın məhz milli həmrəylik sayəsində qazandığı möhtəşəm Zəfər azərbaycançılıq ideologiyasının gücünü bütün dünyaya nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı sarsılmaz birlik nümayiş etdirərək Vətən uğrunda apardığı mübarizədən qalib çıxdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq, kökləri ilə bu torpağa bağlı olan bütün soydaşlarımız, eyni zamanda Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri bu müqəddəs mübarizədə vahid amal ətrafında birləşdilər. 44 günlük Vətən müharibəsi milli həmrəyliyimizin ən yüksək tarixi zirvəsi oldu.

Bütün bunlar müstəqil Azərbaycan dövlətinin əsas ideyasının  azərbaycançılıq olduğunu qətiyyətlə müdafiə edən Ulu Öndərin vaxtilə bu istiqamətdə atdığı uzaqgörən və məntiqli addımların öz nəticəsinə çatdığının bariz nümunəsidir. 

Dahi lider milli həmrəyliyin yalnız çağırışlarla deyil, düşünülmüş konsepsiya ilə təmin olunduğunu dəqiq bilirdi.

Heydər Əliyev dünya azərbaycanlılarının harada yaşamasından asılı olmayaraq, ümummilli mənafelərə xidmət etməli olduqlarını qəti şəkildə müəyyənləşdirərək diaspor quruculuğunu dövlət siyasətinin mühüm istiqamətinə çevirmişdi. Xarici ölkələrə səfərləri zamanı mütləq oradakı azərbaycanlılarla görüşən Ulu Öndər onları milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa çağırırdı. O, çıxışlarında dəfələrlə vurğulayırdı ki, harada doğulmağın fərqi yoxdur, əsas olan azərbaycanlı kimliyini, ana dilini, milli mədəniyyəti yaşatmaqdır.

Məhz Ulu Öndərin yorulmaz səyləri nəticəsində azərbaycançılıq milli ideologiyamıza çevrildi, cəmiyyətimizdə möhkəm həmrəylik formalaşdı, dünya azərbaycanlıları vahid ideya ətrafında birləşdilər. 2001-ci il noyabrın 9-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı bu prosesin tarixi kulminasiya nöqtəsi oldu.

Həmin qurultayda Ümummilli Lider Heydər Əliyev böyük sevinclə nitqinə bu sözlərlə başlamışdı: "Dünya Azərbaycanlılarının I Qurultayı müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisədir. Bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycan icmalarının nümayəndələri ilk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşmışlar və özlərinin I Qurultayını keçirirlər". 

Ulu Öndər tarixi qurultayda üzünü həmvətənlərimizə tutub deyirdi ki, müstəqil Azərbaycan dövləti gənc olduğu kimi, Azərbaycanın həmrəyliyi də, dünya azərbaycanlılarının birliyi də, müxtəlif ölkələrdəki Azərbaycan icmaları da gəncdirlər: "Ancaq indi biz yeni bir mərhələyə keçmişik. Biz formalaşırıq, müstəqilliyimiz möhkəmlənir, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha sürətlə təşkilatlanır və bizim hamımız birlikdə azərbaycançılığı yaşadacağıq, daimi edəcəyik, əbədi edəcəyik".

Bəli, dahi şəxsiyyət xalqımızın, dövlətimizin parlaq zəfərlərlə bol xoş gələcəyinin milli həmrəyliyimiz, azərbaycançılıq ideyası ətrafında birləşməyimiz sayəsində mümkün olacağına qəti şəkildə əmin idi. 


Milli azadlıq mübarizəsinin məntiqi nəticəsi 


Milli həmrəyliyin inkişafı istiqamətində ölkəmizdə ardıcıl olaraq mühüm qərarlar verilib, qanunlar qəbul edilib. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Həmin vaxtdan bütün dünyada azərbaycanlılar bu günü böyük qürurla bayram kimi qeyd edirlər.

Bu günün mühüm məram və mahiyyəti barədə Ümummilli Lider 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərinin birində deyib: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir.

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır..."

Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası da irəli sürülüb.  5 iyul 2002-ci ildə isə Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi, dövlət başçısının 2018-ci il 5 iyul tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb.

Dünya Azərbaycanlılarının II Qurultayı Prezident İlham Əliyevin sərəncamına əsasən 2006-cı ildə, III qurultayı 2011-ci ildə, IV qurultayı isə 2016-cı ildə keçirilib.

Dünya azərbaycanlılarının ötən müddətdə keçirilən qurultaylarının hər biri həmrəyliyimizə, milli mənafelərimizin təmini istiqamətində təşkilatlanmağımıza böyük təkan olub.


İlham ƏLİYEV: "...Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik"


Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitdə daha da zənginləşdirildi və parlaq uğurlarla salnamələrimizə həkk edildi. Vətən müharibəsi zamanı xalqın birliyi "dəmir yumruğ"a çevrilərək düşmənin başını əzdi, diaspor təşkilatlarımız dünya miqyasında aktiv  mübarizə apardı, Azərbaycan həqiqətləri qlobal səviyyədə müdafiə olundu. İkinci Qarabağ müharibəsində diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər. Nümayiş etdirilən milli birliyin gücü sayəsində Azərbaycan xalqı adını dünya tarixinə qalib xalq kimi yazdırdı. 

2022-ci il aprelin 22-23-də azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı milli həmrəyliyimizin rəmzinə çevrildi. Bu qurultay sübut etdi ki, azərbaycançılıq ideologiyası artıq təkcə milli ideya deyil, tarixi qələbələr doğuran güc mənbəyidir. "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır", - deyə tarixi qurultaydakı çıxışında Prezident İlham Əliyev qürurla qeyd etdi ki, bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün.

Həmin vaxt Şuşada Müzəffər Lider İlham Əliyev I qurultayda Ümummilli Liderin dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirərək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini, işğal altında olan torpaqların azad ediləcəyini və Azərbaycan xalqının öz dədə-baba torpaqlarına qayıdacağını xatırladaraq xüsusi vurğuladı ki, biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik.

Bu gün harada yaşamasından asılı olmayaraq, dünya azərbaycanlıları öz dövlətləri ilə qürur duyur, Azərbaycan adı beynəlxalq aləmdə güc, qətiyyət və Zəfər rəmzi kimi hallanır. Milli birliyimizin sarsılmaz gücü sayəsində Azərbaycan hər ötən gün daha da qüdrətlənir və gələcəyə doğru inamla addımlayır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güclü, qalib və nüfuzlu Azərbaycan dövləti hər bir azərbaycanlının qürur mənbəyidir

09:04
31 Dekabr

Həmrəylik gününün təsis olunması ideoloji birliyə yol açdı

09:02
31 Dekabr

Dünyanı birləşdirən bayram

08:45
31 Dekabr

Gücümüz həmrəyliyimizdir

08:40
31 Dekabr

2026-cı il "Şəhərsalma və Memarlıq İli"dir

08:35
31 Dekabr

Milli irs və müasirliyin vəhdəti

08:30
31 Dekabr

Əbədiyyət ömürlü şəxsiyyət

08:25
31 Dekabr

Həmrəylik qərbi azərbaycanlıların doğma yurda qayıdacaqlarına böyük inam yaradır

08:20
31 Dekabr

Davamlı sosial güvənlik, sürətli Böyük qayıdış və etibarlı müdafiə

08:15
31 Dekabr

İdmanın inkişafı dövlət siyasətinin prioritetidir

08:10
31 Dekabr

Parlamentin payız sessiyası başa çatdı

08:05
31 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müəllifi

08:00
31 Dekabr

Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında

02:16
31 Dekabr

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:11
31 Dekabr

İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsi haqqında

02:10
31 Dekabr

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:09
31 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol"un təsdiq edilməsi haqqında

02:09
31 Dekabr

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında

02:08
31 Dekabr

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında

02:06
31 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi haqqında

02:04
31 Dekabr

R.N.Musabəyovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:03
31 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!