02 Aprel 2024 09:45
2779
Səhiyyə
A- A+

Fəsil dəyişikliyi sağlamlığımıza necə təsir edir

 

Yazın gəlişi ilə təbiət canlanır, ətraf aləm oyanır. Gecələrin qısalması və günlərin uzanması kimi faktorlar bədənin hormon tarazlığını dəyişir. 
Fəsil dəyişikliyi zamanı ona uyğunlaşmaqda çətinliklə üzləşənlər olur. Bu zaman baş qaldıran xəstəliklər müxtəlif problemlərə yol açmaqla insanların özlərini narahat hiss etmələrinə səbəb olur. Yuxu nizamında baş verən dəyişikliklər isə orqanizmin yetərincə dincəlməməsinə, davamlı yorğunluğa, unutqanlığa və sairəyə səbəb olur.

 

Təmiz hava, fiziki aktivlik, mövsümi qidalanma tövsiyə edilir

 

Hava şəraitinin dəyişməsi insan orqanizmində əksər hallarda özünü müəyyən dəyişikliklər, bir sıra hallarda xəstəliklərin baş qaldırması ilə göstərir. Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə açıqlama verən həkim-terapevt Rəsmiyyə Atakişiyeva deyir ki, mövsüm dəyişikliyi orqanizm üçün stres mənbəyidir: "Orqanizmdə gedən bütün proseslər neyrohumoral tənzimin təsiri nəticəsində baş verir və stres zamanı bu tənzim arasında tarazlıq pozulur. Bu da orqanizmin immunoloji sisteminə öz təsirini göstərir, psixo-emosional pozğunluqların yaranmasına və orqanizmin müdafiə funksiyasının zəifləməsinə gətirib çıxarır. Buna görə də hər hansı bir virus infeksiya ilə təmasda olduqda, bu xəstəliyə yoluxma ehtimalı daha çox olur. Yaz fəslində ağacların çiçəkləməsi, tozlanma hadisələrinin baş verməsi havada allergik komponentlərin artmasına səbəb olur ki, bu da bronxial astma, allergik riniti və dəri xəstəliyi olan insanlarda kəskinləşmələrin yaranmasına səbəb olur. Yaz fəsli ölkəmizdə xüsusilə sevilir, qarşılanır. Novruz bayramı ərəfəsində və sonra süfrəmizdə yüksək kalorili şirniyyatlara, qidalara üstünlük verilir. Buna görə də nevroz, şəkərli diabet, ürək və qan-damar sistemi xroniki xəstəlikləri olan insanlar üçün problemlər yaranır".
R.Atakişiyevanın sözlərinə görə, yaz fəslində insanların günəş şüaları ilə daha çox təmasda olması dəridə sintez olunan D vitamininin miqdarını, xoşbəxtlik hormonu olan serotinin qanda miqdarını artırır. Bu da təbii ki, həm immunitetin yüksəlməsinə, həm də əhvali-ruhiyyənin artmasına səbəb olur. Beləliklə, qış fəslində orqanizmdə azalan A, D, B vitaminləri və sink bərpa edilir. Bu vitaminlərin çatışmazlığı nəticəsində yaranan yorğunluq, yuxululuq, dəridə quruluq, saç tökülməsi və sümüklərin kövrəkləşməsi tədricən aradan qalxır.
"Fəsil dəyişikliyi zamanı insan ilk növbədə orqanizmin vəziyyətini düzgün qiymətləndirməli, özünü öncədən hazırlamalıdır. Bunun üçün bol maye qəbul etməyi, mövsümə uyğun meyvə-tərəvəzlərlə qidalanmağı, təmiz havada gəzməyi və fiziki aktivliyi tövsiyə edirik. Hər kəs bu deyilənlərə riayət etsə, orqanizmini təbiətin, mövsüm dəyişikliyinin zərərli amillərindən müdafiə etmiş olar", - deyə terapevt bildirir.

 

Yazın gəlişinin psixoloji fəsadları

 

Fəsil dəyişikliyi bir sıra hallarda psixoloji fəsadlar da törədir. Mütəxəssislər yazın ilk həftələrində insanlarda əhval dəyişikliyinin müşahidə edildiyini vurğulayırlar. Bu mövzu ilə bağlı qəzetimizə danışan psixoloq Təhminə Cəfərova deyir ki, qışdan yaza keçid etdikdə psixoloji fonda müəyyən dəyişikliklərin müşahidə olunması təbiidir: "Havalar istiləşdikcə evə qapanma istəyi bizi tərk edir. Açıq havada gəzmək, əylənmək istəyirik, bir sözlə pozitivliyə daha meyilli oluruq. İnsanlarda yaşamağa həvəs sevinci formalaşır".
T.Cəfərova mövsüm dəyişikliyinin kimlərə, hansı şəkildə təsir edəcəyinin insanların temperament tipindən asılı olduğunu bildirir: "Qışdan yaza keçid etdikdə bu, melanxolikə ciddi təsir edə bilər. Amma fleqmatik üçün bu çox da böyük bir fərq etməsə də, melanxolik və sanqvinik bunu daha optimist, pozitiv surətdə qəbul edəcək. Bu psixoloji problemləri necə həll etmək isə hər bir insanın fərdi xüsusiyyətlərindən asılıdır. Depressiyadan əziyyət çəkən insanlar daha çox günəşdə olmalı, mühiti dəyişmək üçün idmanla məşğul ola, dil kurslarına gedə bilər, həyatlarına yeni insanlar daxil etməyə çalışmalıdırlar. Bu, insan səhhətinə olduqca çox müsbət təsir göstərir. Mövsümi dəyişiklik zamanı yaranan depressiya yüngül formadadırsa, insan bununla özü də mübarizə apara bilər. Lakin əgər bu, xroniki hal alıbsa, insan özü bununla tək mübarizə apara bilmirsə, o zaman mütəxəssisə müraciət etməlidir".

Ülkər XASPOLADOVA,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video