17 Aprel 2024 23:33
220
DÜNYA
A- A+

Fələstinin BMT-yə üzvlüyü  Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq


Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tamhüquqlu üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq."Report"un ABŞ bürosu xəbər verir ki, qanun layihəsinin aprelin 18-də BMT TŞ-nin Yaxın Şərqlə bağlı nazirlər səviyyəsində keçirəcəyi iclasda səsverməyə çıxarılacağı gözlənilir.
Qətnamə layihəsinin qəbul edilməsi üçün 15 üzvdən ibarət BMT TŞ-nin 5 daimi üzvü veto hüququndan istifadə etməməli və layihəyə 9 "lehinə" səsi verilməlidir.
Şuradan müsbət qərar çıxacağı təqdirdə, məsələ BMT Baş Assambleyasında müzakirə olunacaq və səsverməyə çıxarılacaq. 193 üzvdən ibarət BMT Baş Assambleyası Fələstinin tamhüquqlu üzvlüyünü təsdiqləmək üçün səslərin üçdə ikisi "lehinə" olmalıdır.
Qeyd edək ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət edib, lakin bu müraciət BMT TŞ-də lazımi dəstəyi almayıb və Fələstin 2012-ci ildə təşkilatda müşahidəçi ölkə statusu alıb.
Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də verdiyi bəyanatda BMT-nin baş katibi Antoniu Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib. A.Quterreş isə aprelin 3-də BMT TŞ-na məktub yazaraq Fələstinin tələbinin gündəmə gətirilməsini istəyib. BMT TŞ aprelin 8-də Fələstinin tələbini Yeni Üzvlərin Qəbulu Komitəsinə göndərib. 
“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video