16 Fevral 2026 17:56
429
SİYASƏT
A- A+
Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  


Sovet İttifaqının dağılmasından sonra Ermənistanın siyasi inkişaf trayektoriyası ardıcıl və ziddiyyətli mərhələlərdən keçib. Postsovet dövründə formalaşan Ermənistan siyasi sistemi müxtəlif liderlik modelləri və idarəetmə yanaşmaları ilə səciyyələnib. Xüsusilə son illərdə ölkədə baş verən siyasi proseslər göstərir ki, Ermənistan cəmiyyətində həm institusional dəyişikliklərə, həm də köklü islahatlara dair gözləntilər mövcuddur.

Bu fikirləri Ankara Universitetinin professoru, ermənişünas Yıldız Deveci Bozkuş AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərdən sonra regionda yaranan yeni reallıqlar Ermənistanın gələcək siyasi və hüquqi kursuna birbaşa təsir göstərir. Ermənistanda Konstitusiya və qanunvericilik müstəvisində mümkün dəyişikliklərin gündəmə gəlməsi obyektiv proses kimi qiymətləndirilə bilər. Bu, cəmiyyətin daxili transformasiya axtarışlarının nəticəsidir.

Professorun sözlərinə görə, bu məsələ Azərbaycanla başlanmış normallaşma prosesi baxımından da mühüm əhəmiyyət daşıyır.

“Məlumdur ki, Azərbaycanın regional sülh və sabitlik təşəbbüsləri Türkiyə ilə əlaqəli şəkildə irəliləyir. Bu kontekstdə Konstitusiya dəyişikliyinin müzakirəyə çıxarılması təkcə daxili deyil, həm də regional gündəmin tərkib hissəsidir. Ermənistan cəmiyyətində bu məsələlərə münasibət birmənalı deyil. Müxalif siyasi qüvvələrin və diaspor dairələrinin etirazları mövcud olsa da, regionda sülh və normallaşmanın yaratdığı imkanlar bu müzakirələri daha da aktuallaşdırır. İndiyədək Azərbaycan və Türkiyə ilə aparılan danışıqlar və atılan praktik addımlar göstərir ki, normallaşma xətti ardıcıl şəkildə gündəmdə saxlanılır və erməni cəmiyyəti də tədricən bu reallığa uyğunlaşmağa çalışır”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu məsələ Vaşinqton bəyannaməsi və TRIPP layihəsi kontekstində də mühüm əhəmiyyət kəsb edir. Ermənistan hakimiyyəti Konstitusiyada Azərbaycanla bağlı müddəaların dəyişdirilməsi məsələsində Bakının geri addım atmayacağının fərqindədir. Bununla bərabər, Türkiyə və Azərbaycan ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olan Ermənistanın danışıqlar masasından qalxmaq niyyətində olmadığı aydındır.

Ekspert bildirib ki, 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri Ermənistanın siyasi gələcəyi və regionda davamlı sülhün istiqaməti baxımından tarixi əhəmiyyət daşıyır. “Bu seçkilər təkcə yeni siyasi konfiqurasiyanı deyil, həm də regionda uzunmüddətli sülhün hansı istiqamətdə formalaşacağını müəyyən edəcək”, – deyə Yıldız Deveci Bozkuş vurğulayıb.

Professorun qənaətinə görə, mövcud proqnozlar yeni Konstitusiyanın hazırlanması və referendum məsələsinin məhz 2026-cı il parlament seçkilərindən sonra gündəmə gələcəyini göstərir. Bu isə siyasi aktorlara mövqelərini cəmiyyətə daha açıq şəkildə təqdim etmək və yeni Konstitusiyanın formalaşmasında çoxluğun dəstəyini qazanmaq imkanı yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

11:39
06 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

11:38
06 Mart

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib  

11:34
06 Mart

Xocalıda şagirdlərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib  

11:33
06 Mart

“Hürriyet” qəzeti: Naxçıvana hücum Türkiyəyə zərbə endirmək anlamına gəlir

11:31
06 Mart

Hərbi Hava Qüvvələrində Bayraktar kursunun birinci buraxılış mərasimi keçirilib

11:02
06 Mart

Vəkillər Kollegiyasının 12 üzvü mükafatlandırılıb, 1-i kollegiyadan xaric edilib, 3-ü cərimələnib  

11:00
06 Mart

Kot-d’İvuar ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib

10:39
06 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:16
06 Mart

Dünya birjalarında neft ucuzlaşıb

10:15
06 Mart

Azərbaycan nefti 7 faizədək bahalaşıb

10:11
06 Mart

Tramp: ABŞ üç gündə 24 İran gəmisini məhv edib

09:37
06 Mart

Britaniya mediası Prezident İlham Əliyevin İranın dron hücumları ilə bağlı çıxışını işıqlandırıb

09:36
06 Mart

Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır

09:28
06 Mart

Bakı növbəti beynəlxalq tədbirə də yüksək səviyyədə evsahibliyi edəcək

09:05
06 Mart

Əlişir Nəvai: bütün zamanların söz memarı

09:00
06 Mart

Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir

08:55
06 Mart

Azərbaycanın rəqəmsal gələcəyi

08:50
06 Mart

Günəş enerjisindən istifadə gələcəyə uğurlu yatırımdır

08:45
06 Mart

Milli maraqlardan qlobal təsirə: Prezident İlham Əliyevin "Strateji diplomatiya" fəlsəfəsi

08:40
06 Mart

Seçkilər Ermənistanın hansı yolla gedəcəyini müəyyən edəcək

08:35
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!