15 Sentyabr 2026 21:30
187
SİYASƏT
A- A+
Ermənistanın revanşist yanaşmaları sülh yoluna kölgə salır

Ermənistanın revanşist yanaşmaları sülh yoluna kölgə salır

Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfəri ətrafında Ermənistan cəmiyyətində və bəzi siyasi çevrələrdə müşahidə olunan reaksiyalar regionda yaranmış yeni reallıqların qəbul edilməməsi kimi qiymətləndirilə bilər. Xarici diplomatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə səfər etməsi onların təmsil etdikləri dövlətlərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətinin praktiki ifadəsidir. Bu səfərlərin siyasiləşdirilməsi isə Azərbaycanın suveren hüquqlarına kölgə salmaq cəhdi təsiri yaradır.

Məsələnin digər mühüm tərəfi tarixi və mədəni irsin siyasi müstəvidə birtərəfli təqdim edilməsidir. Gəncəsər və Xudavəng kimi abidələr Azərbaycanın qədim tarixi-mədəni irsinin ayrılmaz hissəsidir. XIII əsrdə Alban Xaçın knyazı Həsən Cəlal tərəfindən inşa edilən Gəncəsər Qafqaz Albaniyası Katolikosluğunun mühüm dini-inzibati mərkəzi olmuş, Xudavəng kompleksi isə Yuxarı Xaçın alban knyazlarının hakimiyyəti dövründə formalaşmışdır. Bu abidələrin memarlığı, epiqrafik yazıları və tarixi konteksti onların Azərbaycan ərazisinin və tarixinin ayrılmaz tərkib hissəsi olduğunu göstərir. Buna görə də bu irsin yalnız bir etnosun müstəsna irsi kimi təqdim edilməsi regionun çoxqatlı tarixini təhrif edir və obyektiv elmi yanaşma ilə uzlaşmır.

 

Bu baxımdan, Qafqaz Albaniyasının tarixi və irsi ilə bağlı mübahisələrin də siyasi qarşıdurma predmetinə çevrilməsi yolverilməzdir. Azərbaycanın mövqeyinə görə, ölkə ərazisində yerləşən tarixi-mədəni abidələrin qorunması dövlətin məsuliyyətidir və bu irsin gələcək nəsillərə çatdırılması üçün müvafiq tədbirlər görülür. Tarixi abidələrə münasibətdə əsas meyar siyasi maraqlar deyil, onların elmi əsaslarla tədqiqi, qorunması və beynəlxalq irs prinsiplərinə uyğun şəkildə mühafizəsi olmalıdır.

Ermənistanda müşahidə olunan siyasi ritorikanın digər mühüm aspekti revanşist yanaşmaların cəmiyyətin yalnız ayrı-ayrı müxalif təbəqələri ilə məhdudlaşmamasıdır. Hakimiyyətə yaxın informasiya resurslarında mövzunun gündəmə gətirilməsi və parlament səviyyəsində səsləndirilən bəzi fikirlər məsələnin siyasi müstəvidə də müəyyən aktuallıq qazandığını göstərir. 14 sentyabrda 2022-ci ilin sentyabr hadisələri zamanı həlak olmuş erməni hərbçilərinin parlamentdə bir dəqiqəlik sükutla yad edilməsi də bu kontekstdə diqqət çəkir. Belə addımlar rəsmi İrəvanın sülh gündəliyi ilə cəmiyyətdə formalaşdırılan siyasi-emosional ritorika arasında müəyyən ziddiyyətlərin mövcudluğu barədə suallar yarada bilər.

Bu mənzərə Ermənistanın sülh prosesinə yanaşmasının ardıcıllığı və səmimiliyi ilə bağlı müzakirələri də aktuallaşdırır. 2023-cü ildən sonra regionda yaranmış vəziyyət fonunda sülhün və dövlətlərarası münasibətlərin normallaşdırılmasının alternativinin olmadığı daha aydın görünür. Belə bir şəraitdə hakimiyyətə yaxın çevrələrdə və ictimai diskursda revanşist və qarşıdurma yönümlü fikirlərin yayılması etimad mühitinin formalaşmasına mənfi təsir göstərə bilər.

Tarixi yaddaş məsələsi də bu prosesin mühüm elementlərindən biridir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı mədəni irsi ilə bağlı həssaslığın tənqid edilməsi fonunda indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus yaşayış məskənləri, qəbiristanlıqlar, məscidlər və digər mədəni obyektlərin taleyi ilə bağlı məsələlərin diqqətdən kənarda saxlanılması selektiv yanaşma təsiri yaradır. Tarixi irsin qorunması məsələsi yalnız bir xalqın deyil, bölgədə yaşamış bütün icmaların mədəni yaddaşının qorunmasını əhatə etməlidir.

Belə məsələlər yalnız ikitərəfli siyasi mübahisə kimi deyil, mədəni irsin qorunması ilə bağlı beynəlxalq öhdəliklər çərçivəsində nəzərdən keçirilməlidir. 1954-cü il Haaqa Konvensiyasının müddəaları və UNESCO-nun mədəni irsin qorunmasına dair prinsipləri bütün tərəflər üçün obyektiv və ayrı-seçkisiz yanaşmanın vacibliyini önə çəkir.

Bu baxımdan da diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı Ermənistan daxilində səslənən reaksiyalar yalnız konkret səfərə münasibət kimi deyil, regionda baş verən geosiyasi dəyişikliklərə və yeni reallıqlara münasibətin göstəricisi kimi də nəzərdən keçirilə bilər. Davamlı sülhün və qarşılıqlı etimadın yaradılması üçün həm siyasi ritorikada, həm də tarixi-mədəni məsələlərə yanaşmada qarşıdurmanı dərinləşdirən mövqelərdən uzaqlaşmaq vacibdir. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşı, Cənubi Qafqazın bütün xalqlarının tarixi və mədəni irsinə obyektiv, elmi və ayrı-seçkisiz münasibətin formalaşdırılması regionda uzunmüddətli sülhün əsas şərtlərindən biri olaraq qalır.

 

Kamilə Əliyeva,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanın revanşist yanaşmaları sülh yoluna kölgə salır

21:30
15 Sentyabr

Psixoloq yeniyetmələrdə payız təşvişinin öhdəsindən gəlməyin yollarını açıqlayıb  

21:21
15 Sentyabr

İlon Mask kosmosa süni intellekt kompüterləri çıxarmağı planlaşdırır

20:20
15 Sentyabr

Nazir: Azərbaycanın yaşıl enerji potensialı İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır

20:09
15 Sentyabr

ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə rəsmən etiraf edib  

19:18
15 Sentyabr

Polis Akademiyasında andiçmə mərasimi olub

19:01
15 Sentyabr

 Merkuri düşünüldüyündən daha sürətlə kiçilir

18:57
15 Sentyabr

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib YENİLƏNİB-2

18:51
15 Sentyabr

 Alimlər qripə qarşı yeni vasitə hazırlayıblar

18:47
15 Sentyabr

Azərbaycan və Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı perspektivləri nəzərdən keçirilib

18:43
15 Sentyabr

Hörmüz boğazında 5 böyük neft çirklənməsi qeydə alınıb

18:43
15 Sentyabr

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

18:31
15 Sentyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:20
15 Sentyabr

Süni intellekt artıq öz “düşüncəsini” də təhlil edir  

18:13
15 Sentyabr

BMT-dən azərbaycanlı ekspertə etimad

18:11
15 Sentyabr

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

18:05
15 Sentyabr

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

18:04
15 Sentyabr

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

17:57
15 Sentyabr

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

17:56
15 Sentyabr

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

17:55
15 Sentyabr

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

17:53
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!