Ermənistanın guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyini səsləndirməsi əsassızdır
Ermənistan tərəfinin növbəti dəfə guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyi ideyalarını səsləndirməsi əsassızdır. Bir daha xatırladırıq ki, Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistanın “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması” üzrə öhdəliyi mövcuddur. Ermənistan öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə əməl etməlidir. Eynilə, Azərbaycanın 8 kəndini və onlarla kvadratkilometr əraziini hələ də işğal altında saxlayan Ermənistan tərəfinin Azərbaycanın delimitasiya prosesinə sadiq olmadığını bəyan etməsi təəccüb doğurur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışına dair şərhində yer alıb.
Bildirilib ki, Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən, müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha ölçüb-biçməsi zəruridir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla təhdidlə danışmaq olmaz
03 Fevral
İranın terroru cavabsız qalmayacaq
03 Fevral
"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib
03 Fevral
Vətən könüllüsü
03 Fevral
Ədalət qlobal hüquq müstəvisində təmin olunmalıdır
03 Fevral
Ermənistanda hərbi cinayətlər artıb
03 Fevral
Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin Şuşadan təcəssümü
03 Fevral
Yeni dövrün universitetinə çevrilmək əsas hədəfimizdir
03 Fevral
Nurlu şəxsiyyət
03 Fevral
İxracda qeyri-neft məhsullarının çəkisi yüksəlir
03 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"01 Fevral 2023

İran terrora son qoymalıdır29 Yanvar 2023

Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!