17 Aprel 2024 09:05
199
SİYASƏT
A- A+

Ermənistan cəmiyyətində çaşqınlıq yaranıb

 

Hökumət rüşvət almaqda ittiham edilir

 

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ və Aİ-nin yüksəksəviyyəli nümayəndələri ilə Brüsseldə bu yaxınlarda keçirdiyi görüşdən sonra erməni cəmiyyətinin və elitasının qərbyönümlü hissələri Qərb tərəfdaşlarının "səxavətindən" şoka düşüb. "Səxavət" maliyyə yardımı vədlərindən ibarət idi: amerikalılar demokratiyanın inkişafı üçün 65 milyon dollar, avropalılar isə infrastruktur üçün 4 il ərzində bölüşdürülmüş 270 milyon avro ayırıblar. 
Bu vədlər indi hökumət başçısının səfərinin nəticələrini "həzm edən" Ermənistan cəmiyyətində çaşqınlıq və müzakirələrə səbəb olub. 
Ermənistan Rusiya ilə münasibətləri yavaş-yavaş pozmaqda davam etsə də, iqtisadi və siyasi inkişaf üçün yeni müttəfiqlərinə ümid bəsləyir, lakin bu, təbii ki, Moskvanın nəzərindən yayınmır. 
İrəvanın Moskva ilə münasibətlərinin pozulması Qərbə müəyyən məbləğə başa gəlir, lakin ABŞ və Aİ ilə əməkdaşlığın gücləndirilməsi fonunda bu, heç də az əhəmiyyət kəsb etmir. 
Münasibətlərin məqamlarını Ermənistan müxalifəti üzə çıxarıb və hökuməti Rusiya ilə uzun müddətdir mövcud olan əməkdaşlığı pozmaq üçün rüşvət almaqda ittiham edib. 
Qərb İrəvanın anti-Rusiya sanksiyalarına qoşulmasını və Moskva ilə iqtisadi sövdələşmələrdə vasitəçi roluna son qoymasını istəyir. Lakin bu, Qərb dövlətlərinin, Rusiya ilə əməkdaşlıqdan və potensial olaraq çoxmilyardlı gəlirlərdən imtina müqabilində, erməniləri pulla almağa cəhd etməsi ilə bağlı ittihamlara səbəb olub. Müxalifət hesab edir ki, Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakını dayandırdıqdan və öz ərazisində rus hərbçilərindən xilas olmaq və yaxa qurtarmaq qərarına gəldikdən sonra ölkənin müdafiə qabiliyyəti təhlükə altındadır. 
Brüsseldə keçirilən görüşdə bütün məsələlər, o cümlədən infrastruktur layihələri və iqtisadi modernləşdirmə planları açıqlanmasa da, Ermənistanın Rusiya və İrandan qaz asılılığının azaldılması, eləcə də "yaşıl enerji"nin təşviqi ilə bağlı müzakirələr aparıldığı bildirilir. Bu müddət ərzində isə qəbul edilən qərarların nəticələrini yumşaltmaq üçün fəal diplomatik danışıqlar aparılacaq. 
Qərb ekspertləri qeyd edirlər ki, Ermənistanın baş nazirinə Brüsseldə geniş dəstək təklif olunub və ona "demokratiya prinsipləri" öyrədilməyə başlanılıb. Bu yaxınlarda isə İrəvan USAID-dən qərbyönlü siyasət yürüdən qeyri-hökumət təşkilatlarını dəstəkləmək üçün nəzərdə tutulmuş 23,1 milyon dollar dəyərində yeni proqramlar təqdim etdiyini açıqlayıb.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video