Erməni vəhşiliklərini əks etdirən ensiklopedik kitab
Bu günlərdə Azərbaycan Milli Onkologiya Mərkəzinin əməkdaşı, həkim-onkoloq, tibb elmləri üzrə fəlsəfə doktoru, respublikanın Əməkdar həkimi Elçin Mansurovun "Kim üzr istəməlidir?" adlı ensiklopedik kitabı işıq üzü görüb.
Milli Onkologiya Mərkəzinin konfrans zalında respublikanın müxtəlif profilli alimlərinin, millət vəkillərinin, elm və incəsənət xadimlərinin, media nümayəndələrinin iştirakı ilə yeni nəşrin təqdimat mərasimi keçirilib. İnanırıq ki, bu kitab hər bir Azərbaycan vətəndaşının, hər bir ailənin stolüstü kitabına çevriləcəkdir.
Kitabın əsas leytmotivini XX əsrin sonlarında erməni separatçılarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı cinayətləri və onların nəticələri haqqındakı dolğun məlumatlar təşkil edir. Bununla yanaşı, nəşrdə Qarabağın tarixinə, ermənilərin 200 il bundan əvvəl məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına yerləşdirilmələrinə, hayların tədricən Azərbaycan torpaqlarını assimilyasiyaya uğratmalarına, SSRİ dövründə isə bu prosesin daha intensiv şəkildə həyata keçirilməsinin qeyri-qanuniliyinə, açıq-aşkar işğalçılıq hərəkatının güclənməsinə də xüsusi diqqət yetirilmişdir.
Müəllif 30-35 il bundan əvvəl - 1988-1993-cü illərdə həm Qərbi Azərbaycanda, həm Qarabağın qeyri-qanuni muxtariyyət verilən dağlıq hissəsində - Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə, Kosalarda, Xocavənddə, Hadrutda, Malıbəylidə, Quşçularda və digər yurd yerlərimizdə, eləcə də Qarabağın həmin hissəsinə aidiyyəti olmayan bölgələrdə - Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Laçında, Qubadlıda, Cəbrayılda hayların törətdikləri amansız qırğınları, deportasiyaları, torpaqların işğalını təsvir etməklə kifayətlənmir. O həm də işğalçıların bütün cinayətkar əməllərini dəlil-sübutlarla, təkzibedilməz faktlarla ortaya qoyaraq ümumiləşdirilmiş və xeyli dərəcədə yumşaldılmış şəkildə "Kim üzr istəməlidir?" sualını səsləndirir və hər dəfə saysız-hesabsız olan hər bir cinayətin şərhindən sonra bu suala məntiqli cavab tələb edir. Suallar verilib, lakin Fransa, ABŞ, Kanada, eləcə də bir sıra digər Avropa ölkələri başçılarının qeyri-konstruktiv mövqe tutmaları, cinayətkarları açıq-aşkar, vicdan əzabı çəkmədən müdafiə etmələri, haqqın yox, haqsızlığın tərəfində dayanmaları sayəsində "Kim üzr istəməlidir?" sualına cavabın alınmasına imkan verilmir, buna qeyri-insani - vicdandan-kənar münasibət göstərilir.
Kitabı oxuyarkən hər bir oxucu dərk edir ki, erməni cinayətkarları özbaşına bu suallara nəinki cavab vermək iqtidarında deyillər, onlar bu ritorik suala heç vaxt özbaşına cavab verməyəcəklər.
Bu suallara düzgün cavabı yalnız dinindən, irqindən, dilindən, ictimai vəziyyətindən asılı olmayaraq, həqiqəti, obyektivliyi qoruyan Haaqa məhkəməsi verməlidir və ümid edirik ki, gec-tez verəcəkdir. Təbii ki, həqiqətin qələbəsi də onda olacaqdır. Əgər bunu Haaqa məhkəməsi də etməsə, Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev özü bu məhkəməni təşkil edəcək və ədalətli məhkəmədə onlara bu suallar mütləq veriləcəkdir. Artıq bu prosesə də start verilmişdir. Müzəffər Ali Baş Komandanın apardığı düzgün istiqamətli müdrik siyasət nəticəsində Xankəndidə at oynadan bir qrup cinayətkar 23 saatlıq antiterror əməliyyatından sonra həbs edilərək Bakıya gətirilib və onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməyə başlayıblar. Demək, artıq hay cinayətkarlarının müəyyən hissəsinin törətdikləri əməllərə görə cavab vermələrinin təməli qoyulub. Onların sırasında qatı cinayətkar, milyarder Ruben Karlenoviç Vardanyan da yer alıb. Baxın, Bakıda təcridxanada olan cinayətkarı cəzalandırmaq əvəzinə himayədarları - cinayət tərəfdarları onu yeni cinayətlərə şirnikləndirir, "Nobel "sülh" mükafatı"na namizəd etməyə hazırlaşırlar. Budur ikiüzlülük, budur naqislik, budur haqsızlıq və riyakarlıq.
Bu kitab təkcə dünənə və bu günə aid olan kitab deyil. Bu həm də gələcəyə işıq saçandır, kimliyindən asılı olmayaraq, ürəklərə yatan, qəlblərə yol tapan kitabdır. Elçin Mansurovun zərif həkim ürəyinin incə tellərindən süzülüb gələn hər bir cümlə bir yerə cəmləşərək qaynar bulağı xatırladır. Onun "Qurani-Kərim"ə, "İncil"ə, "Tövrat"a müraciəti də XXI əsrin ən böyük sərkərdəsi Prezident İlham Əliyevin Azərbaycana bəxş etdiyi yenilməz zəfərlərin major notlarının təntənəsinin təsdiqləyicilərindəndir.
Əsəri vərəqlədikdə onun elmiliyinə də diqqət yetirməkdən yan keçmək olmur. Kitab sözün həqiqi mənasında əsl monoqrafiya stilində yazılmış elmi əsəri xatırladır. Burada qarşıya qoyulan giriş, aktuallıq, məqsəd, material və metodlar, nəticələr, elmi-praktik əhəmiyyət kimi müddəalar geniş araşdırılıb, onların hamısına yüksək səviyyədə anlaşıqlı cavablar verilib. Fikrimizcə, yüksəkkeyfiyyətli orijinal illüstrasiyalarla müşayiət olunan 347 səhifəlik kitab həm də mükəmməl bir elmi əsər səviyyəsindədir. Bu nəşr xarici dillərə də tərcümə olunacaq.
Belə əsərlər heç də hər vaxt hər yerdə yaranmır. Bunun üçün əlverişli şəraitin olması əsas amillərdəndir. Faktiki dəlillərlə zəngin olan belə bir dolğun salnamənin işıq üzü görməsində dünyaşöhrətli alim, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əziz oğlu Əliyevin müstəsna xidmətləri olub.
Çox istərdik ki, Azərbaycanda elmin, təhsilin inkişafına, istedadların parlamasına, şəxsiyyətin hərtərəfli inkişafına münbit şərait yaradılan, hər kəsə əsl qayğı göstərilən belə müəssisələrin sayı və sanbalı bu nümunədən qaynaqlanaraq daha da artsın. Bu, Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin bütün sahələrinin parlaq gələcəyi, gənclərin boyartımı, şaxələnməsi, proqresləşməsi naminə çox vacibdir.
Mübariz ALLAHVERDİYEV,
ATU-nun professoru, Əməkdar müəllim, Xocalı sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədr...
02 May
Nazir: Regionda davamlı sülhün əldə olunması Zəngəzur dəhlizinin açılmasına imkan verəcək ...
02 May
Nazir Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional nümayəndəsi ilə görüşüb ...
02 May
Bakı Forumunda “Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” möv...
02 May
Panel sessiya: Turizm insanları birləşdirir və mədəniyyətlərarası dialoqu təşviq edir
02 May
Dini liderlər Füzuli şəhərində olublar FOTO YENİLƏNİB
02 May
Baş katib: Azərbaycan pandemiyadan sonra tez bir zamanda turizm sənayesini yenidən qura bildi ...
02 May
Ötən ay Dövlət Neft Fondu dollar satışını artırıb
02 May
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqla...
02 May
Elm və Təhsil Nazirliyinə on beş gün ərzində 27 mindən çox vətəndaş müraciəti daxil olub ...
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!