18 Fevral 2026 08:30
199
SİYASƏT
A- A+
Əməkdaşlıq üçün yeni platforma

Əməkdaşlıq üçün yeni platforma


Azərbaycanla Serbiya arasında münasibətlər son illərdə siyasi, iqtisadi və enerji sahəsində dinamik inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri, Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi ikitərəfli münasibətlərdə dönüş nöqtəsi hesab oluna bilər. Toplantının Serbiyanın Dövlətçilik Gününə təsadüf etməsi bu baxımdan rəmzi xarakter daşıyır. Dövlətimizin başçısının da söylədiyi kimi, Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur: "Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə maksimum dərəcədə çataq".

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan-Serbiya münasibətləri son illərdə təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş geosiyasi məkanda - Cənubi Qafqaz və Balkanlar arasında yeni körpü modelinin formalaşması kontekstində diqqət çəkir: "Bu əlaqələr iki region arasında siyasi dialoq, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından yeni mərhələnin əsas elementlərindən biri kimi dəyərləndirilə bilər. Cənubi Qafqaz və Balkanlar tarixən mürəkkəb siyasi proseslərin, etnik və ərazi münaqişələrinin yaşandığı region olub. Hər iki regionda dövlət suverenliyi və ərazi bütövlüyü məsələləri xarici siyasətin prioritet istiqamətlərindəndir. Məhz bu oxşar geosiyasi təcrübə Bakı ilə Belqrad arasında qarşılıqlı dəstəyi gücləndirir".

Səfərin əsas istiqamətlərindən birinin enerji əməkdaşlığı olduğunu deyən deputat qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır və alternativ mənbələrin şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Serbiya üçün də etibarlı və sabit enerji tərəfdaşı ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır. "Cənub qaz dəhlizi" vasitəsilə Xəzər resurslarının Avropa bazarına çıxışı regionlararası inteqrasiyanın real iqtisadi bünövrəsinə çevrilib. "Serbiya üçün alternativ mənbələrə çıxış ilk növbədə iqtisadi sabitlik deməkdir. Bu mənada Azərbaycan-Serbiya əməkdaşlığı Cənubi Qafqaz-Balkanlar arasında enerji körpüsünün formalaşması kimi qiymətləndirilə bilər. Bu əlaqələr enerji təhlükəsizliyi, nəqliyyat-logistika inteqrasiyası baxımından regionlararası əməkdaşlığın praktik modelini təqdim edir", - deyə əlavə edib.

N.Məmmədova vurğulayıb ki, Bakı ilə Belqrad arasında inkişaf edən strateji tərəfdaşlıq yalnız ikitərəfli münasibət deyil, həm də Cənubi Qafqaz-Balkan xəttində sabitlik, qarşılıqlı fayda və uzunmüddətli əməkdaşlıq üçün yeni platforma kimi çıxış edir: "Bu kontekstdə hər iki ölkənin gələcək üçün birgə açıq planları var. Prezident İlham Əliyev də qeyd etdi ki, məqsəd həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır".


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş prokuror: İstər tənqidi, istərsə də faktlara əsaslanan məlumatlar bizim üçün mühüm əhəmiyyət daşıyır  

15:42
18 Fevral

Volodimir Zelenski: Cenevrədə Ukrayna-Rusiya danışıqları artıq son mərhələyə çata bilərdi

15:39
18 Fevral

Kamran Əliyev: Prokurorluq orqanları ötən il yüksək peşəkarlıq və səmərəlilik nümayiş etdirib  

15:36
18 Fevral

Maksim Şevçenko: Vardanyan barəsində çıxarılan məhkəmə hökmü münaqişə tərəfdarlarına verilən siqnaldır  

15:34
18 Fevral

Şamil Ayrım: Biz mədəniyyətimizə sahib çıxaraq gənclərimizə də düzgün istiqamət verməliyik  

15:28
18 Fevral

Ramazan ayında necə qidalanmaq lazımdır?  

15:27
18 Fevral

Şəhid övladları qış düşərgəsində  

15:24
18 Fevral

Cenevrədə Rusiya, Ukrayna və ABŞ danışıqları davam edir

14:55
18 Fevral

“Bayraktar TB3” Baltik dənizinin sərt sınağından uğurla çıxıb  

14:54
18 Fevral

Gürcüstan polisi xüsusi əməliyyat keçirib, 97 nəfər həbs edilib  

14:39
18 Fevral

İran və Rusiya sabah birgə dəniz təlimləri keçirəcəklər  

14:08
18 Fevral

“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasında  

14:01
18 Fevral

TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi imkanları müzakirə olunub  

13:26
18 Fevral

Sabah şimal və qərb rayonlarından başlayaraq hava bəzi yerlərdə arabir yağıntılı olacaq  

13:24
18 Fevral

İftar və imsak vaxtları CƏDVƏL  

13:22
18 Fevral

Azərbaycan neftinin qiyməti azalıb

13:19
18 Fevral

Ötən ay əlilliyi olan 10 min 600 nəfərə reabilitasiya xidmətləri göstərilib  

13:18
18 Fevral

“Yuventus” 66 ildən sonra avrokuboklarda 5 top buraxıb  

13:17
18 Fevral

Estoniya XİN: NATO zəruri bilsə, ölkədə nüvə silahı yerləşdirilə bilər  

13:16
18 Fevral

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb  

13:14
18 Fevral

ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb

13:07
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!