18 Fevral 2026 17:15
594
SİYASƏT
A- A+
Bakıda Azərbaycan-C6 ölkələrinin beyin mərkəzlərinin konfransı təşkil olunub - YENİLƏNİB-2 

Bakıda Azərbaycan-C6 ölkələrinin beyin mərkəzlərinin konfransı təşkil olunub - YENİLƏNİB-2 


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda Azərbaycan-C6 (Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri) ölkələrinin beyin mərkəzlərinin konfransı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, “C6: Vahid region, ortaq gələcək - strateji dialoqun gücləndirilməsi” mövzusuna həsr edilən beynəlxalq konfransda C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 60-a yaxın iştirakçı təmsil olunub.

Konfransın açılışında çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması regional əməkdaşlıq baxımından mühüm mərhələdir. Onun sözlərinə görə, bu addım Xəzər dənizi hövzəsi boyunca inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına töhfə verəcək və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrini daha da gücləndirəcək.

“Mərkəzi Asiya Azərbaycan üçün yalnız qonşu region deyil, eyni zamanda, təbii tərəfdaşdır. Ortaq tarix və zəngin mədəni irs əməkdaşlıq üçün mühüm zəmin yaratsa da, bugünkü münasibətlərin əsas fərqləndirici xüsusiyyəti geoiqtisadi amildir. Bu, xüsusilə enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqda özünü göstərir”, - deyə Fərid Şəfiyev qeyd edib.

Daha sonra çıxış edən Türkmənistan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev Azərbaycanın Mərkəzi Asiya Liderlərinin Məşvərət Görüşlərinə qoşulmasını regional əməkdaşlıq tarixində yeni mərhələ kimi qiymətləndirib. Onun sözlərinə görə, C6 yalnız dialoq platforması deyil, həm də qlobal qeyri-sabitlik şəraitində ortaq həllər tapmağa, qarşılıqlı faydaya əsaslanan dayanıqlı iqtisadi əlaqələr qurmağa, eləcə də humanitar əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə etimadı gücləndirməyə imkan verən canlı mexanizmdir.

Konfrans işini tematik mövzular üzrə sessiyalarla davam etdirib.

x x x

Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Azamat Sulimanovun moderatorluğu ilə keçirilən “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi” mövzusunda birinci sessiyada formal institutların zəruriliyi və çevik əməkdaşlıq formatlarının səmərəliliyi müzakirə edilib.

Müzakirələrdə Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Sanat Kuşkumbayev, Qırğız Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunun Analitika və Koordinasiya şöbəsinin baş eksperti Temirlan Razbayev, Qazaxıstan Prezidenti yanında Milli Qurultayın üzvü Talqat Kaliyev, Qırğızıstandan olan politoloq Şeradil Baktuqulov çıxış ediblər.

Sessiya çərçivəsində mövcud mexanizmlər - məsləhətləşmə platformaları, ekspert şəbəkələri və iqtisadi təşəbbüslər dəyərləndirilib. Həmçinin regional dialoqun institusionallaşdırılmasında beyin mərkəzlərinin rolu, C6 ölkələrinin beynəlxalq platformalarda mövqelərinin əlaqələndirilməsi və humanitar əməkdaşlığın davamlı mexanizmlərə çevrilməsi məsələləri diqqət mərkəzində olub.

x x x

BMTM-in baş məsləhətçisi Yunis Qurbanovun moderatorluğu ilə keçirilən “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf” sessiyasında isə Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Javlon Vahabov, Türkmənistan XİN yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Aytən Turabova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Roza Bayramlı çıxış ediblər.

Sessiyada Trans-Xəzər regionu və Orta Dəhliz çərçivəsində regional sinerji və rəqabət məsələləri müzakirə olunub. Həmçinin C6 ölkələri arasında enerji əməkdaşlığı, investisiya imkanları və mövcud maneələr, eləcə də ekoloji çağırışlar və etimadın möhkəmləndirilməsi kimi mövzulara toxunulub. Bununla yanaşı, iqtisadi əməkdaşlığın dayanıqlı mexanizmlərə çevrilməsi yolları da əsas müzakirə istiqamətlərindən biri olub.

x x x

BMTM-in baş məsləhətçisi Roza Bayramlının moderatorluğu ilə keçirilən “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzusundakı sessiyada təhlükəsizlik sahəsində mövcud ümumi və fərqli təhdidlər təhlil edilib. Qazaxıstanın Asiya Araşdırmaları İnstitutunun direktoru Sultan Akimbekovun, Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktorunun birinci müavini Akramjon Nematovun, Tacikistan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin Sosial məsələlərin təhlili, miqrasiya və ictimai rəyin öyrənilməsi idarəsinin rəisi Baxtiyor Xamdamovun, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədovun, politoloq İlqar Vəlizadənin iştirak etdiyi müzakirələrdə bloklaşma yaratmadan hərbi-siyasi əməkdaşlığın təşviqi, xarici aktorlarla münasibətlərdə balansın qorunması və regionun strateji muxtariyyətinin təmin olunması məsələlərinə xüsusi diqqət yetirilib. Sessiya iştirakçıları qlobal qeyri-sabitlik fonunda C6 regionunun dayanıqlılığını artıran praktik yanaşmaları və səmərəli əməkdaşlıq mexanizmlərini müzakirə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib

18:19
08 Mart

Tom Berendsen Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib

17:55
08 Mart

Nazir Nadejda Neynski İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib

17:49
08 Mart

Ceyhun Bayramovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri arasında telefon danışığı olub

17:45
08 Mart

Misli Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib

17:15
08 Mart

Livanda 450 mindən çox insan daxili köçkünə çevrilib 

16:47
08 Mart

Türkiyə ordusunun qadın zabitləri Atatürkün xatirəsini yad ediblər

16:39
08 Mart

Azərbaycanın həyata keçirdiyi təxliyə tədbirləri İordaniya mediasında

16:23
08 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma üçün xüsusi avtobuslar ayrılıb  

15:57
08 Mart

Türkiyənin müdafiə və xarici işlər nazirləri İran ətrafında vəziyyətlə bağlı parlamentə məlumat verəcəklər

14:09
08 Mart

Pakistan Senatının sədri Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib

13:35
08 Mart

Təxliyə davam edir: Qazaxıstan diplomatları və Rusiya vətəndaşları təxliyə olunub

13:24
08 Mart

Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

13:23
08 Mart

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı proqnozlaşdırılır

13:07
08 Mart

Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var

12:59
08 Mart

İrandan növbəti təxliyə: Alman və ispan diplomatik nümayəndələri Azərbaycana təxliyə olunub

11:07
08 Mart

Azərbaycan qadınları güclü dövlətimizin zərif siması və qüdrətin simvoludur

10:57
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!