19 Noyabr 2026 11:58
434
CƏMİYYƏT
A- A+
Əmək Məcəlləsindəki yeniliklər işəgötürənlərə hansı üstünlükləri verəcək? – nazirdən açıqlama 

Əmək Məcəlləsindəki yeniliklər işəgötürənlərə hansı üstünlükləri verəcək? – nazirdən açıqlama 


Minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi, əməkhaqqı ödənişlərinin elektronlaşdırılması, işçinin məzuniyyət hüququnun təmin edilməsinə dair Əmək Məcəlləsinə təklif olunan və hazırda Milli Məclisdə müzakirə olunan dəyişikliklər praktikada yaranan qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi tətbiqetmədə vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcək.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunun rəsmi açılış mərasimində çıxış edərkən deyib. A.Əliyev qeyd edib ki, bununla yanaşı, müvafiq dəyişikliklər işəgötürənlərin əmək ödənişlərinin uçotu, hesablanması, ödənilməsi, habelə vergi və digər icbari sosial ödənişlərlə bağlı iş yükünün azaldılmasına imkan yaradacaq: "Bundan başqa, növbəti ildən Naxçıvan Muxtar Respublikası üzrə məcburi dövlət sosial sığorta haqlarına təklif edilən güzəştlər və subsidiyalaşma mexanizmi işəgötürənlərə göstərilən dövlət dəstəyini daha da gücləndirəcək".

Nazir xatırladıb ki, Əmək Məcəlləsinin 150-dən çox maddəsini əhatə edən 457 dəyişiklik qəbul edilib, “bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı” prinsipi qanunvericilikdə təsbit edilib, minimum əməkhaqqının məbləğinin dövri olaraq nəzərdən keçirilməsi ilə bağlı yeni mexanizm yaradılıb, ailə və iş həyatının uzlaşdırılmasına, o cümlədən ödənişli atalıq məzuniyyətinin tətbiqinə dair mühüm yeniliklər edilib. Eyni zamanda, distant işin hüquqi əsasları formalaşdırılmış və əməyin mühafizəsi sahəsində preventiv yanaşmanı gücləndirən yeni mexanizmlər müəyyən edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sitrusçuluq, çayçılıq və çiyələk əkini ilə məşğul olan fermerlərin təklifləri dinlənildi  

16:22
19 Noyabr

Si Cinpin: Çin, Rusiya və ABŞ liderlərinin görüşü məhsuldar olub

16:13
19 Noyabr

Polşanın hərbi təhsil üzrə nümayəndə heyəti Azərbaycana səfər edib  

16:12
19 Noyabr

Gəncədə “Mənəvi dəyərlər” həftəsi çərçivəsində növbəti tədbir   

16:04
19 Noyabr

Belçikada iğtişaşlara qarşı yeni hərbi polis bölməsi yaradılır

16:03
19 Noyabr

Nadir genetik xəstəlik immun sisteminin gizli qüsurunu üzə çıxarıb  

16:00
19 Noyabr

Dövlət Sosial Müdafiə Fondunun vətəndaşlara göstərdiyi 79 xidmətdən 78-i elektronlaşdırılıb  

15:58
19 Noyabr

Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib  

15:07
19 Noyabr

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir  

15:05
19 Noyabr

Tbilisidə baş verən partlayışda 7 nəfər itkin düşüb

15:01
19 Noyabr

“Şəki” sərhəd dəstəsinin ərazisində müasir komendantlıq binası istifadəyə verilib  

14:52
19 Noyabr

Putin Rusiya, ABŞ və Çinin münaqişələrin həllində ortaq maraqlarını qeyd edib  

14:44
19 Noyabr

Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırıb  

14:23
19 Noyabr

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır  

14:16
19 Noyabr

Azərbaycan və Xüsusi Olimpiya Avropa-Avrasiya regionu arasında əməkdaşlıq müzakirə olunub  

14:13
19 Noyabr

Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir

14:09
19 Noyabr

Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir  

14:08
19 Noyabr

Soltanlı kəndində daha 16 ailəyə evlərinin açarları təqdim olunub  

14:04
19 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb - PROQNOZ

13:27
19 Noyabr

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 

13:27
19 Noyabr

Azərbaycan-Türkmənistan qardaşlıq münasibətləri uğurla inkişaf edir  

13:01
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!