07 Fevral 2017 05:02
279
CƏMİYYƏT
A- A+
Əlilliyi olan şəxslər Respublika Əlillərin Bərpa Mərkəzində yaradılmış müasir reabilitasiya şəraiti ilə tanış olublar

Əlilliyi olan şəxslər Respublika Əlillərin Bərpa Mərkəzində yaradılmış müasir reabilitasiya şəraiti ilə tanış olublar

Ölkəmizdə əliliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan fəal dövlət siyasəti həmin insanlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi ilə müşahidə edilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə görülən işlərlə əyani tanış olmaq üçün bir qrup əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində olub.

Mərkəzlə tanışlıq zamanı bildirilib ki, əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblərə uyğun qurulması Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindəndir. Əsaslı təmir və yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi, habelə 2016-cı ilin dekabr ayında istifadəyə verilən Uşaq Bərpa Mərkəzi, bu müəssisələrdə dünyanın qabaqcıl təcrübəsi əsasında səmərəli bərpa-müalicə şəraitinin yaradılması bunun real təcəssümüdür. 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin bərpa-müalicəsi sahəsində ən yüksək standartların tətbiq edildiyi Respublika Əlillərin Bərpa Mərkəzində 2016-cı il ərzində 1756 nəfərə əlilliyi olan şəxsə ən müasir tibbi-fizioterapevtik aparatlarla, səmərəli reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti göstərilib.

Qeyd olunub ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin bütün bölgələri üzrə 15 bərpa-müalicə müəssisəsi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi müvafiq şəxslərin istifadəsindədir. Görülən işlərin davamı kimi, ötən il həmin müəssisələr tərəfindən 23,3 min nəfər reabilitasiya xidmətləri ilə təmin olunub, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 32,8 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Əlilliyi olan şəxslər Respublika Əlillərin Bərpa Mərkəzində fizioterapiya və psixoloji korreksiya, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri, müasir avadanlıq və qurğularla təchiz edilmiş böyük idman zalı, əlavə məşğələ otaqları ilə yaxından tanış olublar. Burada kompleks tibbi, sosial və peşə reabilitasiyası, əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən bərpa-müalicə prosedurları barədə onlara məlumat verilib. Müalicəvi vannalar, hovuz, müxtəlif duşlar, şarko sirkulyator, müasir fizioterapiya və kineterapiya aparatları, müalicəvi bədən tərbiyəsi və s. vasitəsilə aparılan reabilitasiya işləri nəzərdən keçirilib. Burada bərpa xidmətləri ilə təmin olunan əlilliyi olan şəxslər ölkəmizdə yaradılan belə bir reabilitasiya şəraitindən, mərkəzdə qabaqcıl təcrübələr əsasında və müasir avadanlıqlardan istifadə edilməklə tətbiq olunan reabilitasiya metodlarından razı qaldıqlarını vurğulayıblar.

Mərkəzlə tanış olan əlilliyi olan şəxslər burada gördükləri ilə bağlı təəssüratlarını bölüşüb, eləcə də təkliflərini ifadə ediblər. Reabilitasiya sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!