02 Aprel 2026 11:31
163
SİYASƏT
A- A+
Əli Əsədov: Qırğızıstanın Avropaya yaşıl enerjinin ixracı üzrə əməkdaşlığa qoşulmaq niyyətini alqışlayırıq 

Əli Əsədov: Qırğızıstanın Avropaya yaşıl enerjinin ixracı üzrə əməkdaşlığa qoşulmaq niyyətini alqışlayırıq 


Azərbaycan Orta Dəhlizin inkişafına böyük sərmayələr yatırıb, müasir nəqliyyat və logistika infrastrukturu yaradıb. Həmçinin Xəzər dənizində ticarət donanmasının gücləndirilməsi, beynəlxalq dəniz limanı imkanlarının artırılması, dəmir yolu və avtomobil yolu infrastrukturunun yenilənməsi, logistika mərkəzlərinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Baş nazir Əli Əsədov deyib.

“Əminik ki, üzv dövlətlər arasında koordinasiyanın daha da gücləndirilməsi, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi və tarif siyasətinin uyğunlaşması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq. Bu kontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması da böyük əhəmiyyət daşıyır. Bu layihənin önəmi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması ilə məhdudlaşmır. Bu layihə həm də bütün Türk dünyasının birləşdirilməsi və bütövlükdə daha geniş region üçün yeni nəqliyyat və kommunikasiya imkanlarının açılması baxımından strateji əhəmiyyətə malikdir”, - deyə Əli Əsədov vurğulayıb.

Baş nazir bildirib ki, enerji sahəsində əməkdaşlıq da gündəliyin mühüm istiqamətlərindəndir. Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır. “Ənənəvi enerji resursları sahəsində qazandığımız təcrübə və formalaşdırdığımız infrastruktur bu gün yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb. Bununla da Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sırada qərarlaşıb. Lakin bizim enerji siyasətimiz yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. Azərbaycan hazırda yaşıl enerji gündəliyini fəal şəkildə təşviq edərək bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir.

Azərbaycanın, eyni zamanda, Özbəkistan və Qazaxıstanın bərpaolunan enerji potensialından faydalanmaqla regionlararası əlaqələrin inkişafı əməkdaşlığımızın əsas istiqamətlərindən biridir.

Bu baxımdan Qırğızıstanın Avropaya yaşıl enerjinin ixracı üzrə əməkdaşlığa qoşulmaq niyyətini alqışlayırıq”, - deyə Baş nazir bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə cüdo üzrə Avropa Kuboku turniri yüksək səviyyədə təşkil olunub

13:31
05 Aprel

İranda neft-kimya kompleksinə hava hücumu nəticəsində 5 nəfər ölüb  

09:03
05 Aprel

SEPAH: İran səmasında daha bir pilotsuz təyyarə vurulub

06:41
05 Aprel

Azərbaycanın gənclər və idman nazirinin Türkiyəyə səfəri başa çatıb

23:47
04 Aprel

Buşehr Atom Elektrik Stansiyası yaxınlığına mərmi düşüb, bir nəfər ölüb

21:43
04 Aprel

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

20:45
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!