30 İyun 2026 14:03
172
CƏMİYYƏT
A- A+
Ədalət Həsənov: 454 şəxsə məxsus sümüklərin qalıqları üzərində həyati xəsarətlər aşkar edilib

Ədalət Həsənov: 454 şəxsə məxsus sümüklərin qalıqları üzərində həyati xəsarətlər aşkar edilib

Laboratoriyalarda müayinələrdən keçən sümüklər əsasında məhkəmə-tibbi ekspertləri tərəfindən indiyədək 454 şəxsə məxsus sümüklərin qalıqları üzərində küt və çapıcı alətlərlə, güllə və qəlpə yaralanmaları ilə və.s müxtəlif həyati xəsarətlər aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, professor Ədalət Həsənov Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən bildirib.

O deyib ki, Birinci Qarabağ müharibəsi ilə əlaqədar olaraq indiyə qədər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib, 327 şəxsin qalıqları eyniləşdirilib, 226 şəhidin meyiti ailələrinə təhvil verilib.

Ədalət Həsənov, eyni zamanda, diqqətə çatdırıb ki, iyulun 1-də 3, 3-də isə 3 şəhidin meyiti ailələrinə təhvil veriləcək. “Bütün bu proseslərin icrası zamanı qurumun əməkdaşları beynəlxalq təşkilatlarla sıx əlaqələr saxlayır, çoxsaylı görüşlər keçirir və dünyanın müxtəlif bölgələrindən olan təcrübəli mütəxəssislərin təcrübəsindən yararlanırlar", - deyə o qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Katrin Bomberger: Azərbaycanın məhkəmə-genetik ekspertləri ilə əməkdaşlıq etməkdən məmnunluq duyuruq 

14:21
30 İyun

Onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir

14:14
30 İyun

Sabah axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

14:13
30 İyun

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəzdində yeni şöbə yaradılacaq

14:07
30 İyun

Ədalət Həsənov: 454 şəxsə məxsus sümüklərin qalıqları üzərində həyati xəsarətlər aşkar edilib

14:03
30 İyun

Qanunda dəyişiklik: Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq

14:01
30 İyun

Komitə sədri: Şuşada təməli qoyulan əməkdaşlıq platforması Türk dünyasının ortaq gələcəyinə xidmət edəcək  

13:56
30 İyun

NİİM sürücülərə növbəti dəfə müraciət edib 

13:49
30 İyun

Ermənistanın ədliyyə naziri parlament seçkilərinin nəticələrindən danışıb

13:39
30 İyun

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər edilir

13:32
30 İyun

DSX Akademiyasının kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub  

13:23
30 İyun

Ramin Məmmədov: TDT regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində əsas amilə çevrilən nüfuzlu geosiyasi güc mərkəzidir  

13:16
30 İyun

Qazaxıstanlı mütəxəssis: Bakıda Birinci Türkoloji Qurultayda səslənən ideyalar bu gün gerçəyə çevrilir 

12:58
30 İyun

Ötən gün 51 cinayətin açılması təmin olunub

12:48
30 İyun

Tahir Budaqov: Azərbaycan süni intellekt ekosisteminin inkişafını prioritet hesab edir  

12:43
30 İyun

ICMP-nin baş direktoru: İndi ailələr itkin düşən şəxs barədə məlumat bazasına hesabat verə bilərlər

12:39
30 İyun

Maliyyə naziri: Uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyi artırılacaq

12:31
30 İyun

Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib  

12:28
30 İyun

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir

12:23
30 İyun

Rüfət Əliyev: Nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb  

12:22
30 İyun

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilir

12:20
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!