16 Sentyabr 2015 01:09
131
CƏMİYYƏT
A- A+
Dövlət Sosial Müdafiə Fondu daha 3 yeni elektron xidmət istifadəyə verdi

Dövlət Sosial Müdafiə Fondu daha 3 yeni elektron xidmət istifadəyə verdi

Sentyabrın 16-da Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti – “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidmətləri ilə bağlı təqdimat mərasimi keçirib.

AZƏRTAC xəbər verir ki, mərasimi giriş sözü ilə açan Fondun sədri Elman Mehdiyev bildirib ki, Azərbaycan Republikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə qısa müddət ərzində yeni iqtisadi sistemin qurulmasını təmin edən ciddi islahatların aparılması və çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafına nail olunması nəticəsində bütün istiqamətlər üzrə konkret proqramlar icra edilib, əhalinin müxtəlif təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirlər gerçəkləşdirilib.

Qeyd olunan nəticələrin əldə edilməsində ölkənin sığorta-pensiya sisteminin köklü islahatı tədbirləri də mühüm rol oynamışdır.

Hazırda Azərbaycanda müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur. Bu sahədə görülən işləri məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması, pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması istiqamətində qruplaşdırmaq olar.

Daha sonra DSMF-nin sədri E.Mehdiyev vurğulayıb ki, “Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin 8 ayı ərzində Fondun öz saytı, “Elektron Hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln 800 mindən çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü il müqayisədə 2 dəfə artıqdır. Ən çox müraciət olunan elektron xidmətlər sırasında məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi, sığortaolunanın onlayn uçota alınması, sığortaolunanlara məlumatların verilməsi, sığortaedənin uçot nömrəsinin öyrənilməsi və sosial sığorta müavinətlərinin ödənişi sahəsindəki elektron xidmətlər yer alıb.

Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilib. 2015-ci il ərzində bu məqsədlə çoxsaylı mərkəzi və regional təqdimatlar, kütləvi informasiya vasitələri arasında müsabiqə keçirilib, elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı televiziya kanallarında yayımlanıb. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərib. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan “Doing Business 2015” hesabatında 32 pillə irəliləyib. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 23 faiz azalıb.

Cari il ərzində bir sıra yeni elektron xidmətlər də əhalinin istifadəsinə veriləcək və həmin xidmətlərlə bağlı işlər yekunlaşmaq üzrədir.

Daha sonra Fond sədri ictimaiyyətə təqdim olunan “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” adlı yeni xidmətlər barədə məlumat verərək vurğulayıb ki, bu elektron xidmətlər vasitəsi ilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu, eləcə də sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmətlərin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin və itkisinin aradan qaldırılmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaqdır.

Sonra DSMF-nin şöbə müdiri Nigar Pənahova ictimaiyyətə təqdim olunan yeni 3 elektron xidmət barədə məlumat verərək bildirmişdir ki, bu xidmətlər interaktiv olmaqla yanaşı istifadəsi ödənişsizdir. Təqdimat mərasimində “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidmətlərinin üstünlükləri barədə məlumat verilmişdir. Bu xidmətlərdən istifadə kağız daşıyıcılarından istifadə ilə yanaşı vaxt itkisinin aradan qalxmasına, eyni zamanda şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.

Tədbirdə DSMF-nin yeni elektron xidmətlərindən istifadə qaydaları da nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

18:51
28 May

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

18:43
28 May

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

18:41
28 May

Küveyt raket və PUA hücumuna məruz qalıb

17:37
28 May

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB

17:27
28 May

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

17:04
28 May

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

17:01
28 May

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

16:54
28 May

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

16:34
28 May

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

15:57
28 May

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

15:51
28 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

15:32
28 May

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

15:24
28 May

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

15:23
28 May

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

15:21
28 May

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

15:19
28 May

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

14:59
28 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:19
28 May

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!