05 Fevral 2026 19:17
1395
Elm və texnika
A- A+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, sənədi komitə sədri Anar Quliyev və ADA Universitetinin rektoru Hafiz Paşayev imzalayıblar.

Anlaşma Memorandumu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında 2026-cı ilin 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində akademik tərəfdaşlığın genişləndirilməsi, şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, akademik proqram və kursların dizaynı, həmçinin tələbələr və akademik heyət üçün təlim və inkişaf proqramlarının təşkili kimi sahələrdə əməkdaşlıq istiqamətlərini əhatə edir.

Qeyd olunub ki, akademik ictimaiyyət ümumilikdə WUF13-ün əsas iştirakçı qruplarından biridir və forum müddətində keçiriləcək tədbirlərdə yerli və beynəlxalq akademik heyətin fəal iştirakının təmin edilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdə tutulur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında uzun müddətdir davam edən əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində Dizayn və memarlıq fakültəsinin açılmasının ölkədə urbanistik mühitin keyfiyyətinin artırılmasına, habelə müasir memarlıq, şəhərsalma və dizayn sahələri üzrə ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcəyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli 858 nömrəli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında əməkdaşlığın əhəmiyyətini artırmaqla yanaşı, bu istiqamətdə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsinə zəmin yaradır.

3 il müddətinə bağlanan Memorandum tərəflərin qarşılıqlı razılığı əsasında uzadıla bilər və şəhərsalma və memarlıq sahəsində elmi potensialın artırılmasına, beynəlxalq təcrübənin ölkədə tətbiqinə və Azərbaycanın qlobal urbanistik platformalarda fəal iştirakına xidmət edəcək.

İmzalanma mərasimindən sonra A.Quliyev İtaliya-Azərbaycan Universitetinin yeni tədris korpusu ilə tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: Yaxın Şərqdə müharibənin daha da genişlənməsini istəmirik

23:10
07 Mart

Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub

23:08
07 Mart

Nazir: TDT son illər siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib

23:07
07 Mart

Hakan Fidan: Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində atılan addımları məmnuniyyətlə qarşılayırıq

23:06
07 Mart

XİN: ABŞ Dövlət Departamentinin İranın Azərbaycana dron hücumlarını pisləyən bəyanatını yüksək qiymətləndiririk

23:05
07 Mart

Azərbaycan və Özbəkistan XİN başçılarının görüşündə ölkəmizlə həmrəylik ifadə olunub

23:04
07 Mart

Naxçıvana qarşı həyata keçirilmiş dron hücumları pislənilib

23:03
07 Mart

Azərbaycan və Türkiyə XİN başçıları hər iki ölkəyə qarşı həyata keçirilmiş hücumları qətiyyətlə pisləyiblər

23:02
07 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib

22:34
07 Mart

TDT-nin Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb

22:31
07 Mart

ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pisləyib

22:26
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:24
07 Mart

Livana qarşı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

20:34
07 Mart

Türkiyə Prezidenti TDT ölkələrinin xarici işlər nazirləri ilə görüşüb

20:16
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:41
07 Mart

İranla müharibənin başlamasından bu yana 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb

19:14
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:12
07 Mart

Livana hava zərbələri nəticəsində 41 nəfər ölüb

19:10
07 Mart

Avstriyanın İrandakı səfiri: Sərhəddə göstərilən əla münasibətə görə Azərbaycana minnətdarıq

19:08
07 Mart

Müharibələrə və fəlakətlərə hazırlıq: Türkiyədə 16 yeni idarə rəhbəri təyin edilib

19:06
07 Mart

XİN: Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır

17:59
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!