24 İyul 2025 08:00
2063
SİYASƏT
A- A+
Donald Trampdan İlham Əliyevə dəstək

Donald Trampdan İlham Əliyevə dəstək


ABŞ Prezidentinin Cənubi Qafqaz ölkəsinin liderinin çıxışını paylaşması onun siyasətinə verilən yüksək dəyərdir


ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşmaqla diqqət çəkib. 

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışının həmin hissəsində Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-də onun prezident seçilməsini istədiyini bildirib. Bildirib ki, Tramp yeganə ABŞ Prezidentidir ki, müharibə başlatmayıb, əksinə, müharibələrə son qoymaq məqsədi güdür. Prezident İlham Əliyev həmçinin daha böyük qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmasına baxmayaraq, Trampın Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki niy-yətinə görə ona minnətdarlığını ifadə edib.

Öncə onu vurğulayaq ki, iki ölkənin liderləri arasında olan səmimi münasibətlər  Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açıb. Ümumiyyətlə, Azərbaycan-ABŞ tərəfdaşlığının 33 ildən artıq tarixi var. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmət və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb. İki ölkə arasında siyasi əlaqələr dinamik olaraq inkişaf edir. 

Xatırladaq ki, ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-də səfirliyi 1992-ci il martın 6-dan, ABŞ-nin Azərbaycanda səfirliyi isə həmin il martın 16-dan fəaliyyət göstərir. Bu illər ərzində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 90-a yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. 1997-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Məhz Donald Trampın birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənib. Bunu Prezident İlham Əliyevin seçkilərdə qələbə münasibətilə Donald Trampa açdığı telefon  zamanı liderlərin danışığında eşitmişik. İlham Əliyev seçkilərdə inamlı qələbənin Amerika xalqının Donald Trampın yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsi olduğunu vurğulayaraq qeyd etmişdi ki, Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.

Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirmişdi. Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə İlham Əliyevə dərin təşəkkürünü bildirərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulamışdı.

2024-cü il iyulun 21-də Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda dünyada geniş tüğyan edən dezinformasiya, böhtan və yalan informasiyalar bəlasından danışan Prezident İlham Əliyev amerikalı həmkarını belə xatırlamışdır: "Prezident Tramp "Vaşinqton Post"u və "Nyu York Tayms"ı feyk-nyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır".

Ardınca isə Prezident İlham Əliyevə qarşıdakı seçkilərdə hansı namizədin qalib gəlməsini arzuladığı barədə sual verilmiş və dövlətimizin başçısı prezident seçkilərindən əvvəl bu suala cavab verməyin siyasi mədəniyyət anlayışı baxımından doğru olmadığını bildirsə də, kimin qalib gəlməsinin bütün dünya üçün xüsusi əhəmiyyətə malik olduğunu dilə gətirmişdir: "Mən çalışıram, əlimdən gələni edirəm ki, maksimum dərəcədə fikirlərimi səmimi ifadə edim. İstənilən auditoriya qarşısında, istər mətbuat qarşısında və yaxud da Azərbaycan ictimaiyyəti qarşısında keçirilən tədbirlərdə mən heç bir halda yanlış məlumat paylaşmıram. Lakin siyasi mədəniyyət anlayışı var və bu anlayış sizin sualınıza birbaşa cavab verməyə imkan yaratmır. Ancaq sizin sualınız başa düşürəm ki, tamamilə ritorikdir. Biz bir-birimizi onilliklərdir tanıyırıq və tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə, bu mövqedə yeganə deyiləm". Əlbəttə ki, bu cümlələrdən İlham Əliyevin Donald Trampa dəstəyi məlum olmuşdu.

Prezident İlham Əliyev eyni zamanda ABŞ-dəki seçki marafonunu belə dəyərləndirmişdi: “Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.

Bir qədər də əvvələ baxsaq, Prezident İlham Əliyevin hələ İkinci Qarabağ müharibəsinin gedişində -  2020-ci ilin 25 oktyabrında ABŞ-nin "Fox News" televiziya kanalına müsahibəsində Donald Trampın Cənubi Qafqaz siyasətini yüksək dəyərləndirmişdir: “Donald Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik" fikirləri həmin dövrdəki gərgin diplomatik situasiyada Ağ Ev rəhbərinin tutduğu ədalətli mövqeyi isbatlayır. "Biz görürük ki, ABŞ-nin mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin eyni zamanda Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir".

Bütün bunlar, eləcə də əlamətdar günlərdə göndərilən qarşılıqlı rəsmi məktublarda qeyd edilən səmimi fikirlər iki ölkənin liderlərinin bir-birilərinə olan münasibətini açıq şəkildə ortaya qoyur. 

Donald Tramp Azərbaycanın və İlham Əliyevin böyük liderlik rolunu qəbul edir, dövlətimizin başçısının islahatlar kursuna dəstəyini bildirir, ölkəmizin bütün region üçün meyar olduğunu söyləyir. Bu gün isə Donald Tramp ilk dəfə Cənubi Qafqaz ölkəsinin bir liderinin çıxışını paylaşır. 

Bu, Azərbaycanın qlobal liderinin yürütdüyü siyasətə verilən yüksək dəyərdir. Bu, həm də onu deməyə əsas verir ki, İlham Əliyevin Xankəndidən verdiyi mesajlar ünvanına çatıb. 


Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!