17 İyun 2025 17:20
391
DÜNYA
A- A+
Daha bir şirkət beyin implantı hazırlayıb

Daha bir şirkət beyin implantı hazırlayıb


İflic olmuş insanların kompüteri birbaşa düşüncə vasitəsilə idarə etməsinə imkan verən beyin implantları dedikdə ilk olaraq ağıla “Neuralink” şirkəti gəlir. İndi isə bu siyahıya daha bir şirkət əlavə edilib. Çin bu istiqamətdə ABŞ-dən sonra uğur qazanan ikinci ölkə olub.

Çinə aid olan bu şirkət insan beyninə neyroimplantın yerləşdirilməsi ilə bağlı klinik sınaqları uğurla həyata keçirib. Məlumata görə, əl və ayaqları iflic olmuş bir pasiyent bu ilin martında beyin implantı əməliyyatı keçirib. Hazırda o, kompüter oyunlarında, o cümlədən yarış simulyatorlarında və şahmatda siçan kursorunu idarə etməyi bacarır. Əməliyyat beyin problemlərini araşdıran Şanxay Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb.

Çin mənbələrinin bildirdiklərinə görə, hazırda Çində hazırlanmış beyin implantı dünyanın ən kompakt implantıdır. Onun diametri 26 mm, gövdəsinin qalınlığı isə 6 mm-dir. Çinli mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu implant istifadə baxımından “Neuralink” həllindən 100 dəfə daha çevikdir. Beyin implantının  2028-ci ildə satışa çıxarılacağı bildirilir.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin dünyada yüksəksürətli qatarların inkişafına mühüm töhfə verəcək  

16:16
09 İyul

Energetika naziri: Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil  

16:15
09 İyul

Avropa Liqası: “Sabah”–“Selye” oyununa 5 min bilet satılıb

16:14
09 İyul

Türkiyə kəşfiyyatının rəhbəri İraqda danışıqlar aparıb  

16:13
09 İyul

Britaniyada həyati vacib orqan nəqlini gözləyən pasiyentlərin sayı rekord həddə çatıb  

15:40
09 İyul

Ağdərə və Xocalının kəndlərində sürətli tikinti-bərpa işləri görülür  

15:39
09 İyul

3D çap vasitəsilə orqan toxumalarının yaradılması üsulu təqdim edilib  

15:38
09 İyul

Arxeoloqlar 12 min illik sualtı şəhər tapıblar

15:36
09 İyul

Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub  

15:01
09 İyul

Ali Məhkəmədə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib  

15:00
09 İyul

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib  

14:59
09 İyul

Rəcəb Tayyib Ərdoğan: Türkiyədə iqlim böhranının fəsadları getdikcə güclənərək hiss olunur  

14:58
09 İyul

Türkiyə şirkətləri Pakistanın ərazi sularında neft-qaz axtarışı aparacaq  

14:55
09 İyul

Kreml Ukrayna ilə nizamlanma üzrə memorandumların müzakirəsinə başlamağı zəruri hesab edir  

14:53
09 İyul

Sorğu: Ukrayna əhalisi Zelenski və Zalujnıya daha çox etimad göstərir  

14:52
09 İyul

Baş katib: OPEC Beynəlxalq Seminarında COP müzakirələrinin mövcud vəziyyəti qiymətləndiriləcək  

14:50
09 İyul

Ankarada türk dövlətlərinin turizm sahəsində əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunub  

14:49
09 İyul

“Politico”: Tramp Rusiyaya qarşı yeni sanksiyaların qəbulu üzrə işin intensivləşdirilməsini dəstəkləyir  

14:47
09 İyul

Ankara 2026-cı il üçün “Türk dünyasının turizm paytaxtı” elan edilib  

14:46
09 İyul

Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşib  

14:44
09 İyul

XİN: İranın Ermənistandakı səfirinin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir  

13:56
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!