10 Avqust 2023 09:40
785
CƏMİYYƏT
A- A+
Daha 23 ailə Laçına qayıtdı

Daha 23 ailə Laçına qayıtdı

 

Çox keçməz ki, işğaldan azad edilmiş digər rayonlara da köç başlayacaq

 

İşğaldan azad olunmuş rayonlarımıza böyük qayıdış sürətlə davam edir. Avqustun 9-da daha 23 laçınlı ailə doğma yurduna qayıtdı. Beləliklə, daha 93 sakinə Laçın Şəhəri Gününü öz dədə-yurdunda qeyd etmək nəsib olacaq.
Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına mayın 27-dən başlanılıb. Ötən müddətdə şəhərə 10 köç karvanı yola salınıb. Belə ki, mayın 27-də 20 ailə - 97 nəfərin, iyunun 14-də 22 ailə (72 nəfər), 19-da 13 ailə (44 nəfər), 25-də 15 ailə (53 nəfər), iyul ayının 13-də 23 ailə (85 nəfər), 18-də 18 ailə (73 nəfər), ayın 22-də 22 ailə (79 nəfər), 25-də 19 ailə (89 nəfər), 28-də isə 16 ailə (58 nəfər), avqustun 9-da isə  23 ailənin (93 nəfər) Laçında məskunlaşması təmin olunub.
Bununla da şəhərdə məskunlaşan sakinlərin sayı 793 nəfərə çatıb. Avqustun 26-da isə laçınlılar xüsusi tarix olan Laçın Şəhəri Gününü təntənəli şəkildə öz yurdlarında qeyd edəcəklər. 
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Qarabağ və Şərqi Zəngəzurdakı şəhərlərimizin işğaldan azad edildiyi tarixlər şəhər günü kimi təsis edilib. Bundan sonra Azərbaycan xalqı hər il bu xüsusi günləri sevinclə, qürurla qeyd edəcək.
Təbii ki, Laçına qayıdış bununla bitmir. Digər laçınlıların da nisgilinə, Vətən həsrətinə son qoyulacaq. Onlar da mərhələli şəkildə doğma yurdlarına qovuşub məskunlaşacaqlar. 
Zabuxlular da yaxın zamanda öz evlərinə qayıdacaqlar. Qeyd edək ki, bu məqsədlə avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 20 ailə - 88 nəfər iştirak edib. Onlar ailə tərkibinə uyğun olaraq, 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin ediləcəklər. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Zabux kəndində birinci mərhələdə beton zirzəmi-sığınacağı olan 223 birmərtəbəli fərdi yaşayış evi, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və digər obyektlər də istifadəyə veriləcək.  
Vətən müharibəsindən ötən üç ilə yaxın müddətdə Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin nəticəsidir ki, "Böyük Qayıdış Dövlət Proqramı" icra olunur. Artıq ağalılıların, talışlıların və laçınlıların doğma yurdlarına köçü başlanılıb. Növbəti mərhələlərdə isə işğaldan azad edilən digər şəhər və rayonlarımıza da əzəli sahibləri qayıdacaqlar. 
Böyük qayıdış çərçivəsində evinə, ata-baba yurduna ilk dönənlər, bu xoşbəxtliyi yaşayanlar ötən ilin iyul ayında ağalılılar olmuşdular. Zəngilanın Ağalı kəndinə köç  indiyədək üç mərhələdə həyata keçirilib və 420 nəfərin bu kənddə yaşayışı təmin olunub. Amma yaxın günlərdə daha bir qrup ağalılı da qayıdış sevincini yaşayacaqdır. 
Bu məqsədlə 22 ailə - 106 nəfər arasında püşkatma keçirilib. Həmin ailələrin tərkiblərinə uyğun olaraq, 9-na üçotaqlı, 9-na dördotaqlı, 4-nə beşotaqlı fərdi yaşayış evi verilib.
Beləliklə, avqustun 12-də daha 106 ağalılının sevincinin şahidi olacağıq. Füzulililər də şəhər günlərini öz doğma yurdlarında qeyd edə biləcəklər. Çünki artıq Füzuli şəhərinə də köç başlanılır. İlkin mərhələdə 144 ailə - 509 nəfər Füzuli şəhərində məskunlaşacaq. Həmin ailələrin 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dörd-otaqlı mənzil ilə təmin olunub. Onlar da daimi yaşamaq üçün qısa müddətdə el-obalarına qayıdacaqlar. 
Köç prosesi ilin sonuna kimi mərhələli şəkildə davam edəcək. Hələ Sus kəndinin sakinlərinə də, şuşalılara da bu xoşbəxt günlər nəsib olacaq. Ümumilikdə Sus və Zabux kəndlərinə 400 ailənin köçürülməsi planlaşdırılır. 

 

"1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır"

 

Göründüyü kimi, işğaldan azad olunmuş rayonlarımızda həyata keçirilən sürətli yenidənqurma və bərpa işləri keçmiş məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıdışına hesablanıb. 1 milyondan artıq insan illərlə öz evindən, ocağından ayrı düşüb. Onları artıq doğma yurdlarına qaytarmağın zamanıdır. 
Prezident İlham Əliyev də Şuşada keçirilən I Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən Böyük qayıdış məsələsinə toxunaraq qeyd etdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük qayıdış proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. İnfrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq: "Yəni bu ancaq başlanğıcdır. Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir. Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar - Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində".
Prosesin tədricən getdiyini qeyd edən ölkə rəhbəri bildirdi ki, işğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdırlar: "Onu da bildirməliyəm, biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür və hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq".
Bəli, uzun illər ərzində haqları tapdanmış, ermənilər tərəfindən başlarına min bir oyun, faciə, qətliamlar gətirilmiş, torpaqlarından didərgin salınmış bir milyon azərbaycanlı Prezident İlham Əliyevin bərpa etdiyi ərazi bütövlüyü, ədalət sayəsində öz el-obalarına qayıdacaqlar. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!