21 May 2025 15:13
711
CƏMİYYƏT
A- A+
“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib.

Prezident Kitabxanasının direktoru Afət Abbasovanın moderatorluğu ilə keçən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən “Azərbaycan” qəzetinə bildirilib ki, tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri Akademik Kamal Abdulla bildirib ki, fotoalbom Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dini və mədəni irsin dağıdılmasını sübut edən zəngin mənbədir və 30 illik işğal müddətində baş verənlər haqqında dolğun təsəvvürün yaradılmasında mühüm rol oynayır. O, fotoalbomun təkcə sənədli material deyil, həm də tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, Fotoalbom Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun işğalı zamanı Azərbaycanın mədəni irsinin məruz qaldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan nəşrdə Qarabağ ərazisində yerləşən, tarixin səssiz şahidləri olan, məhv edilən və dağıdılan mədəni irs nümunələrinin işğaldan əvvəlki və sonrakı fotoları yer alıb.

İcraçı direktor diqqətə çatdırıb ki, işğal zamanı təkcə İslam dini abidələri deyil, həmçinin Qafqaz Albaniyasına aid Xristian abidələri də erməni vandalizminin və saxtakarlığının hədəfinə çevrilib. O vurğulayıb ki, işğal altında qalmış ərazilərimizdə tarix və mədəniyyət abidələrinin məqsədyönlü şəkildə məhv edilməsi, onların etnik, hətta dini mənşəyinin qəsdən saxtalaşdırılması və mənimsənilməsi beynəlxalq humanitar hüquqa, müvafiq beynəlxalq hüquqi sənədlərə ziddir, müharibə cinayətidir.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində illər ərzində təkcə infrastruktur yox, həm də mədəni və dini irsimiz sistemli şəkildə məhv edilib. “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mədəni və dini abidələrin məhv edilməsini sənədləşdirən mühüm bir layihədir. Qarabağ Dirçəliş Fondu bu kimi təşəbbüsləri dəstəkləyərək, dağıdılmış abidələrin bərpasına, bölgənin bərpası və dirçəlişinə töhfə verməyə davam edəcək.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib ki, milli yaddaş üzərindən ərsəyə gətirilən hər bir iş bu istiqamətdə qazandığımız uğurdur: “Belə layihələrin davamlı olması arzuolunandır. Mədəniyyət Nazirliyi bu layihələri dəstəkləməyə hər zaman hazırdır”.

Digər çıxış edənlər BBMM-in Himayəçilik şurasının üzvü Elmira Axundova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinin baş məsləhətçisi Fərqan Abaszadə, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəni, dini və tarixi irsə qarşı törədilmiş vandalizm aktlarının sənədləşdirilməsinin və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıblar.

Tədbirdə “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunda yer alan fotolardan ibarət sərgi nümayiş olunub.

Qeyd edək ki, fotoalbomun tərtibatçısı məşhur fotoqraf Reza Deqatidir.  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə 

01:26
18 Mart

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 466 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:25
18 Mart

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 216-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 iyul tarixli 653 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Mart

Gürcüstanda matəm elan edilib

01:11
18 Mart

Çempionlar Liqasında ilk 1/4 finalçı “Sporting” olub

01:10
18 Mart

Zelenski: Ukrayna 200-dən artıq hərbçi mütəxəssisi Yaxın Şərqdə göndərib  

01:09
18 Mart

Gürcüstanın Katolikos-Patriarxı II İliya vəfat edib  

23:30
17 Mart

Ceyhun Bayramov Naxçıvana dron hücumlarının İran tərəfindən araşdırılmasının vacibliyini vurğulayıb  

23:29
17 Mart

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb  

22:57
17 Mart

Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub  

22:51
17 Mart

Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb  

22:50
17 Mart

Şuşada İlaxır çərşənbə: Qala qapısı qarşısında bayram tonqalı qalanıb  

21:23
17 Mart

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb  

20:51
17 Mart

Tramp NATO-dan çıxmaq barədə: Bu düşünməli olduğumuz bir məsələdir  

20:43
17 Mart

Xocavənd şəhərində 34 ildən sonra Novruz bayramının rəmzi olan tonqal alovlandırılıb  

20:19
17 Mart

Ağdam şəhərində Novruza həsr olunmuş bayram konserti

20:03
17 Mart

Tramp: Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur

19:47
17 Mart

Nazir: Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub

19:01
17 Mart

Milli Məclis Aparatının rəhbəri: Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlıq qurulub

18:21
17 Mart

İranla müharibəyə görə ABŞ-də ilk istefa

18:17
17 Mart

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:05
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!