20 Mart 2024 09:05
4917
Mədəniyyət
A- A+
Çövkən oyunu mübarizlik və məğlubedilməzlik rəmzidir

Çövkən oyunu mübarizlik və məğlubedilməzlik rəmzidir

 

İdman yarışları iştirak edən mübarizlərin cəldliyi, çevikliyi ilə ta qədimdən insanların diqqətini özünə cəlb edib. Atların iştirakı ilə olan yarışlar isə daha maraqla qarşılanıb. Keçirilən oyunların hədəfi iştirakçılar arasında ən güclü, ən çevik olanını və ən başlıcası, atla mükəmməl qarşılıqlı anlaşmanı tapa bilən idmançını aşkar etmək olub. Azərbaycan hələ qədim zamanlardan atçılığın inkişaf etdiyi ölkələrdən biridir. At üstündə milli oyunlardan biri olan çövkən (bu oyunun adı "çovqan", "çövkan" və "çövkən" kimi də yazılır) hələ eramızdan əvvəl yaranıb və nəsillərdən-nəsillərə keçərək, zəmanəmizə qədər yol gəlib. 
Çövkən ən çox Novruz bayramında və digər el şənliklərində təşkil olunurdu və ta qədimdən kübarların oyunu hesab edilirdi. Oyunçular yarış zamanı uzunluğu 1,5 metr olan "klyuşka"larla (çövkənlər) kiçik taxta topu rəqibin qapısına vurmağa çalışırlar. Bunun üçün xüsusi olaraq öyrədilmiş atlardan istifadə edilirdi. Çövkən yarışlarına şah ailəsinin nümayəndələri də qatılırdılar. Təəccüblü deyil ki, çövkən bütün dünyada geniş yayılmış, "şahların oyunu və oyunların şahı" sayılan müasir polo oyununun əcdadı hesab edilir. 
Çövkən IX-XVII yüzilliklərdə Azərbaycanda geniş yayılmış, əsasən at üstündə, qismən atsız oynanılan qədim oyun və bu zaman istifadə olunan ucu əyri uzun dəyənəyin adıdır. Musiqinin müşayiəti ilə keçirilən bu oyunda atları rəng etibarilə bir-birindən fərqli olan hər dəstədə 6-8, bəzən isə daha çox atlı iştirak edirdi. Oyunda əsas məqsəd dəyənəklə rəqib qapısına top vurmaq idi. 
"Çövkən" sözünün bir neçə mənası var. Bu oyunun adı türk mənşəli "çovutmaq" və "cövlan" sözləri ilə bağlıdır. "Çovutmaq" sözünün bir mənası - əl ağacını yelləyərək vurmaq, digər mənası - boran, tufan kimi izah edilə bilər. Yəni çaparın hərəkətləri "yaxınlaşan tufan" kimi olmalıdır. "Cövlan" sözünün mənası isə atın oynaya-oynaya çapması deməkdir. Oyunun adının müxtəlif şəkildə tələffüz edilməsi həm bu oyunun qədimliyi, həm də Azərbaycanın regional dialektləri ilə bağlıdır.
Çövkən oyunu "Kitabi-Dədə Qorqud" eposunun boylarında da tez-tez xatırlanır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında bu oyunun təsvirinə geniş yer verilmişdir. Əsərin qəhrəmanları Xosrov və Şirin çövkən oynayırlar: 

Şirinə dedi ki:  "Gəl, at çaparaq, 
Bu geniş düzəndə çövkən oynayaq". 
Xosrovun çövkəninə top atdılar.
Gözəllər səs-küyə at oynatdılar...
Topa yel əlindən vuranda çövkən
Günəşin topunu salırdı tovdan.

Bu isə onu göstərir ki, oyunu həm kişilər, həm də qadınlar oynayırmışlar. Qədim Azərbaycan miniatürlərində bu oyunun səhnələrinin çoxsaylı təsvirləri, ilk yazılı mənbələrdə onun qaydaları və inkişafı çövkənin qədim Azərbaycan oyunu olduğunu göstərən daha bir sübutdur.
Çövkən oyunu iştirakçılardan şəxsi bacarıqla yanaşı, həm də yaxşı at sürməyi, manevrlər etməyi və diqqətli olmağı tələb edir. At ortaboylu, möhkəm bədən quruluşlu, cəld və gözəl olmalı, vəhşi və aqressiv olmamalıdır. Bu baxımdan Qarabağ atları çövkən oyunu üçün ideal dərəcədə münasibdir. Oyun təxminən 200 x 120 metr ölçülü, ot örtüklü hamar meydançada keçirilir. Çövkən oyununu qapıçı ilə də oynamaq mümkündür. Bu halda qapıların eni 7 metr, cərimə xəttinin uzunluğu isə 4 metr olur.
Oyunda iştirak edənlər hərəsi 5-6 oyunçudan ibarət olan iki komandaya bölünür. Bir oyunçu və onun atı ehtiyatda saxlanılır. Oyunçuları bir-birindən fərqləndirmək üçün hər komandanın oyunçuları müxtəlif rəngli formalar geyinirlər.
Oyun meydanın mərkəzindən başlanır və vurulmuş hər qoldan sonra oyunçular yenidən həmin yerə gəlirlər. Matç hər biri 15 dəqiqə olmaqla iki hissədən ibarət olur və hissələr arasında 10 dəqiqə fasilə verilir. Fasilədən sonra komandalar qapıları dəyişirlər.
Oyunçular milli forma - papaq, çuxa, atın belində rahat oturmaq üçün geniş balaqlı şalvar, yüngül ayaqqabı geyinirlər. Onlar yüngül ağacdan hazırlanmış eyni uzunluqlu çomaqlardan istifadə edirlər. 
2013-cü il dekabrın 3-də Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Azərbaycanda Qarabağ atları üstündə keçirilən ənənəvi çövkən oyunu Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısına daxil edilib. Əsrlərlə yaşı olan bu oyun xalqımızın çox qiymətli milli-mənəvi sərvətlərindən biridir. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

15:41
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!