01 Oktyabr 2025 21:16
6628
COP29
A- A+
COP29 Prezidenti: Süni intellekt dövründə iqlimlə mübarizədə yeni texnologiyalardan istifadə vacibdir  

COP29 Prezidenti: Süni intellekt dövründə iqlimlə mübarizədə yeni texnologiyalardan istifadə vacibdir  


Artıq üç gündür davam edən Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) kifayət qədər maraqlı və məhsuldar müzakirələrlə yadda qalır. Həftə ərzində ümumilikdə 46 sessiya nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən üçüncü günün yekun panelində deyib.

Muxtar Babayev qeyd edib ki, həftə çərçivəsində dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gətirilib: “Məqsədimiz o idi ki, bu platforma açıq olsun, dialoq formasında keçsin. Həftə ərzində ümumilikdə 46 sessiya nəzərdə tutulub. Buraya panel müzakirələri, şəhərin müxtəlif mərkəzlərində keçirilən tədbirlər, dəyirmi masalar, gənclərin xüsusi proqramı daxildir”.

Muxtar Babayev qeyd edib ki, artıq üç gün ərzində iqlim dəyişiklikləri ilə mübarizə mövzusu müxtəlif sektorlarla geniş müzakirə olunub: “Biz həm yaşıl iqtisadiyyata keçid və yaşıl bacarıqlar, həm də enerji sektorunun bu istiqamətdəki fəaliyyəti barədə danışdıq. Bu gün isə dayanıqlı kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma və qadınların rolu mövzularını müzakirə edirik. İqlim dəyişmələrinin təsirini qadınlar daha çox hiss edirlər və bunu statistika da təsdiqləyir”.

Muxtar Babayev vurğulayıb ki, heç bir mövzu diqqətdən kənarda qalmır və hər sahə üzrə dərin müzakirələr aparılır: “Dəyirmi masalarda dövlət qurumları ilə özəl sektorun nümayəndələri bir araya gətirilir, çağırışlar və imkanlar müzakirə olunur. Biz açıq platforma formalaşdırırıq ki, maraqlı tərəflər bir araya gəlib yaşıl iqtisadiyyata keçid mövzusunda dialoq aparsınlar”.

COP29 Prezidenti özəl sektorun rolunu xüsusi qeyd edərək deyib: “Çünki məhz özəl sektor texnologiyalarla, innovativ həll yolları ilə çıxış edir. Onlar üçün uyğun ekosistem yaradılmalıdır. Biz süni intellektin həyatımızın bütün sahələrinə təsir etdiyi bir dövrdə yaşayırıq. Bu şəraitdə iqlim dəyişmələri kontekstində texnologiyalardan necə istifadə edəcəyimiz əsas müzakirə mövzusudur”.

Muxtar Babayev əlavə edib ki, tədbir çərçivəsində bəyanatların imzalanması, tərəfdaşlıqların qurulması və gələcək əməkdaşlıqlar xüsusi əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!