29 Oktyabr 2024 22:14
1019
COP29
A- A+
COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında Anlaşma Memorandumu imzalanıb

COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında Anlaşma Memorandumu imzalanıb


COP29 müddətində tədbir məkanı Bakı Stadionunun tələb olunan enerji ehtiyacının yaşıl enerji mənbələrindən qarşılanması məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərenerji” ASC-nin “Yaşıl Enerji Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Anlaşma Memorandumu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin direktoru Emil İbadov tərəfindən imzalanıb. Sənədə əsasən prosesdə iştirak edən tərəflər — COP29 Azərbaycan Əməliyyat Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Stadium Operating Company” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında müvafiq əməkdaşlıq və koordinasiyanın təmin edilməsi məqsədilə beştərəfli müqavilənin imzalanması nəzərdə tutulur.

Tədbirdə çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf bildirib: “COP29 dayanıqlı tədbir əməliyyatları və idarəçiliyində bir sıra ilklərə imza atmışdır və bununla da COP29 konfransının ölkədə dayanıqlı davranışların təşviqi və tətbiqinə və ümumilikdə “yaşıl keçid”ə təkanı danılmaz xarakter almışdır. Biz inanırıq ki, Bakı Stadionu nümunəsində bir sıra tədbir infrastrukturları və məkanları ekoloji cəhətdən məsuliyyətli idarə olunacaq, enerji qənaətinə və yaşıl enerji ilə təchizata üz tutulacaqdır.”

Daha sonra çıxış edən “Yaşıl Enerji Elektrik Stansiyası" MMC-nin direktoru Emil İbadov ölkə başçısının işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevrilməsi, regionun hidroenerji potensialından səmərəli istifadə edilməsinə dair tapşırıqları vurğulayaraq, hazırda Qarabağ regionunda “Yaşıl Enerji Elektrik Stansiyası” MMC tərəfindən ümumi gücü 270 MVt olan 32 ədəd su elektrik stansiyasında “yaşıl enerji” istehsal edildiyini və yaşıl enerji layihələrinin iqlim dəyişmələrinə qarşı mübarizədə əhəmiyyətli rol oynayacağını vurğulayıb.

Xatırladaq ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tədbirlə bağlı karbon emissiyalarının və ətraf mühitə mənfi təsirlərin azaldılması məqsədilə artıq müvafiq addımların atılmasını təmin edib. Belə ki, konfransın keçiriləcəyi Bakı Stadionunun ətrafında tikilmiş müvəqqəti konstruksiyaların enerji təchizatınında istifadə ediləcək generatorlarda dizel əvəzinə hidrogenləşdirilmiş bitki yağının (HVO) istifadəsi, həmçinin stadion və ətraf tikililərdə səmərəli enerji sərfiyyatını təmin edən qurğu və avadanlığın quraşdırılması icra olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!