17 Aprel 2024 08:25
835
İQTİSADİYYAT
A- A+
COP29-a hazırlıq işləri davam edir

COP29-a hazırlıq işləri davam edir

 

Ölkəmizin evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas mövzuları təbiətin, ətraf mühitin qorunması, yaşıllıqların qurulması, biomüxtəliflik, "yaşıl enerji" və digər prioritet sahələrdir. 
Bütün dünya üçün olduqca əhəmiyyətli məsələlərin əhatə olunacağı bu beynəlxalq tədbirin respublikamızda təşkil edilməsi mühüm hadisəyə çevriləcək. 
Hazırda COP29-a hazırlıq işləri uğurla davam etdirilir. Sözügedən beynəlxalq tədbirlə bağlı aprelin 15-də COP29-un baş qərargahında təşkil olunan ilk mətbuat konfransında edilən çıxışlar da bunu təsdiq etdi. COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev konfransa hazırlıq işlərindən danışdı. Vurğuladı ki, COP29-un ölkəmizdə keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. Muxtar Babayev Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyi üzərinə götürdüyünü xatırlatdı. O, ölkəmizin COP29-a sədrliyi və evsahibliyi etməsi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət göstərəcəyini bildirdi.
"Yaşıl keçid" Azərbaycanın milli prioritetləri sırasındadır" deyən COP29-un müəyyən olunmuş prezidenti ölkəmizin metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulduğunu və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasının hədəf kimi müəyyən edildiyini xatırlatdı: "Azərbaycan baza ili - 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılmasını hədəfləyir".
Muxtar Babayev bu gün Azərbaycanın da qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini söylədi. O, çaylarda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri qeyd etdi.
Azərbaycanın COP29-a evsahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşdığını vurğulayan COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirdi ki, COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur, danışıqların uğurlu nəticələnməsi üçün mümkün həll yolları üzərində fəal iş aparılır.
Bu tədbirin "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacağını nəzərə çatdıran COP29-un baş icraçı direktoru Elnur Soltanov Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əmin olduğunu dedi: "Azərbaycanın rolu sadəcə evsahibliyi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada bu ilin noyabr ayında Bakı bütün dünyanın diqqət mərkəzində olacaq".
Bildiyimiz kimi, ölkəmiz dünyada bir çox beynəlxalq tədbirə evsahibliyi edib. COP29 isə iştirakçı sayına və miqyasına görə ən böyük tədbir olacaq. Bakı Olimpiya Stadionu tədbirin keçiriləcəyi məkan olaraq seçilib.  Bu qərar BMT ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul olunub. Mətbuat konfransında COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova indiyədək bu məkanda keçirilən böyükmiqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığının tam təmin edildiyini diqqətə çatdırdı. Bildirdi ki, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonalar stadion ərazisində kompakt şəkildə təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında konstruksiyalar quraşdırılacaq.
Vətəndaş cəmiyyəti nümayəndələrinin və özəl sektorun COP29-da iştirakından bəhs edən COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai onların mühüm qərarların müzakirəsi və qəbuluna cəlb edilməsinin vacibliyini qeyd etdi.
Gənclərlə bağlı fəaliyyət istiqamətlərinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında önəmli yer aldığını, bu sahədə mövcud təcrübələrin və qlobal layihələrin əhəmiyyətini vurğulayan COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova isə mətbuat nümayəndələrinə gənclərin inkişaf və təcrübə mübadiləsi istiqamətlərinin genişləndirilməsinə, qlobal proseslərdə onların iştirakçılığının təmin olunmasına yönəlmiş tədbirlərdən söz açdı.
Mətbuat konfransı həm də COP29-un loqosunun ictimaiyyətə təqdim edilməsi ilə yadda qaldı. Bildirildi ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!